Plan: Siyasi rejim anlayışı


Aristokratiya – elitanın hakimiyyəti



Yüklə 23,54 Kb.
səhifə3/5
tarix09.05.2022
ölçüsü23,54 Kb.
#56829
növüDərs
1   2   3   4   5
M Ö V Z U 7 Siyasi rejimlər (1)

Aristokratiya – elitanın hakimiyyəti


Plutokratiya- varlı təbəqələrin hakimiyyəti

Timokratiya – yuxarıdan seçilən varlıların hakimiyyəti

Teokratiya – din xadimlərinin hakimiyyəti

Qerontokratiya – qocaların hakimiyyəti

Demokratiya – xalqın əksəriyyətinin hakimiyyəti

Oxlokratiya – kütlənin hakimiyyəti

Monarxiya – bir nəfərin hakimiyyəti

Oliqarxiya – maliyəçi və sənaye qruplarının hakimiyyəti

Poliorxiya – çoxluğun hakimiyyəti

Diktatura – bir nəfərin diktatorluğu


Byürokratiya – məmurların hakimiyyəti

Anarxiya – hakimiyyətin mövcudsuzluğu

2.Siyasi fəaliyyətin metodlarına görə:

Demokratik – parlametli, prezidentli;

Qeyri-demokratik – totalitar və avtoritar

3.Sosial tərəqqiyə münasibətinə görə:

İnqilabi;

Mütərəqqi;

Liberal;

Mühafizəkar;

Mürtəce.

2.Siysi rejimlərin təsnifatı. Bütün yuxarıda sadalanan siyasi rejimlər nəticə etibarilə demokratik və qeyri-demokratik rejimlərdə cəmləşir. Bu baxımdan qeyri-demokratik (totalitar, avtoritar) və demokratik rejimləri fərqləndirməyə çalışaq. Qeyri-demokratik rejimlərdə insanların hüquq və azadlıqları ya qismən saxlanılır, ya da təmamilə öldürülür.

TOTALİTAR REJİMLƏR - ictimai həyatın bütün sahələrinə mütləq nəzarəti hyata keçirən, insanı siyasi hakimiyyətə və hakim ideologiyaya tabe etdirən dövlət quruluşu kimi səgiyyələnir. Totalitarizm latınca «totalist» sözündən olub, bütün, tam deməkdir. Totalitarizm hökumətin insanlar üzərində tam nəzarəti deməkdir. Totalitarizm insanların azad düşüncələrinin qarşısını alan bir rejimdir.Totalitarizm siyasi rejim kimi 20-ci əsrinəvvəlində meydana gəlib. İdeya kimi isə daha keçmişlərin məhsuludur. Hələ b.e.ə. 5 əsrdə Heraklit belə demişdir ki, «hər bir əşyanı qəti şəkildə idarə etmək olar». Sonralar Platon,T.Komponella, Sen-Simon, J.J.Russo, daha sonralar Fixte, Heqel, Marks, Lenin və başqlarıının fikir və ideyaraında bunlara rast gəlmək olar. Siyasi leksikonda isə ilk dəfə Mussolini 1925-ci ildə totalitarizmi işlətmişdir.

Totalitar rejim şəraitində real hakimiyyət dövlət və onun orqanlarından çox hakim partiyaya, hər şeydən əvvəl isə onun liderinə və yaxın ətrafına məxsusdur. Siyasətin başlıca məqsədini də məhz onlar işləyib hazırlayırlar. Burada dövlət ikinci rol oynayaraq partiyanın planını həyata keçirmək kimi vəzifəni yerinə yetirir. Totalitarizmdə hakimiyyət sistemi gizli xarakter daşıyır. Partiyanın, dövlətin, hüquq mühafizə orqanlarının konkret fəaliyyəti xalqın mühakiməsinə məruz qalmır, xalqdan gizlədilir.

Birinci nəzəri tədqiqata F.Xayekanın «Rəzilliyə aparan yol» (1944), X.Arendin «Totalitarizmin mənbələri» (1951), K.Fridrix və Z.Bjezinskinin «Totalitar diktatura və avtokratiya» (1956) adlı əsərldərində başlanılmışdı.

Totalitarizmin meydana gəlməsi müəyyən ictimai şərait zəminində mümkün olmuşdur. Onun ən ümumi şərti cəmiyyətin öz inkişafının sənaye mərhələsinə qədəm qoyması hesab olunur. Daha bir amil də cəmiyyət həyatının mürəkkəbləşməsi, onun rasional idarə edilməsi ilə şəxsiyyətin azadlığı arasında ziddiyyətin dərinləşməsi hesab edilir.

Totalitarizm ideoloji və psixoloji köklərə malikdir. Belə ki, totalitarizmin yaranmasında sənaye mərhələsində meydana çıxan yeni sosial əlaqələr sisteminin insanlarda doğurduğu psixoloji uyğunsuzluq və narahatçılıq halı mühüm rol oynamışdır. İdeoloji nöqteyi-nəzərdən bu rejim zəhmətkeşlərin bərabərliyi prinsipini əsas götürür,bütün cəmiyyətin liderin atalıq qayğısı sahəsində ədalətlə idarə olunması haqqında ideyanı yayır.Totalitar ideologiya ifrat fəal formada təzahür edir, bir növ inqilabi mahiyyt daşıyır. Onun başlıca xüsusiyyəti yeni cəmiyyət və yeni insan formalaşdırmaq zərurətini əsaslandırır. Bu cəmiyyətin ən səciyyəvi cəhəti ictmai həyatın bütün sahəlrinin qəti şəkildə ideologiyalaşdırılması və onların müəyyən baxışlar çərçivəsinə salmasıdır. Siyasi ideologiyanın hakim mövqeyi hakimiyyt aparatlarının ifrat dərəcədə böyüməsi ilə təmin edilir. Totalitarizm siyasi rejimin əsas cəhətləri aşağıdakılardır:



  1. uzurpasiya – latınca ələ almaq deməkdir, hakimiyyətin məhdud qrup tərəfindən ələ alınması;

  2. məcburi siyasi hökmranlıq (kommunist partiyası);

  3. kütləvi eksproriasiya – latınca propriis əmlak deməkdir, əmlakından məhrum edilmə;

  4. Vətəndaşların hüquq və azadlığının qadağanlığı;

  5. Total nəzarət – sosial həyatın bütün sahələrinə nəzarət (ideologiya, KİV, təhsil, mədəniyyət);

  6. Şəxsiyyətin kollektivizmdə boğulması;

  7. Ümumməcburi ideologiyanın cəmiyyətdə hökmranlığı (marksizm-leninizm);

  8. Cəmiyyətdə fövqəladə vəziyyətin mövcudluğu

  9. İmperiyanın başqa dövlətlərin azadlıq və müstəqilliklərinə qəsd (Latviya, Litva, Estoniya).

Totalitarizm rejiminin əsasən 3 forması mövcuddur: kommunist, faşist, milli-sosialist.

Tarixi baxımdan totalitarizmin birinci modeli kommunist (sovet 1918-ci ildən) tipidir. Bu tipin özünəməxsus müsbət və mənfi tərəfləri var. Mənfi tərfləri iqtisadi həyat da daxil olmaqla cəmiyyətin bütün sferalarının total nəzarətə məruz qalması, xüsusi mülkiyyətin aradan qaldırılması, nəticə etibarilə fərdiyyəçiliyin və cəmiyyət üzvlərinin muxtarlığının ləğv edilməsidir. Müsbət tərəfləri isə ümutəhsil sistemi, əhalinin sosial müdafiəsi, cinayətkarlığın az olması və s. ilə səciyyələnir.

İkinci tip faşist tipidir. 1922-ci ildə İtaltyada yaranıb sonra Almaniyada rasional-sosialist formada təşəkkül tapıb. İtaliya faşizminin əsas məqsədi Roma imperiyasını bərpa etmək, möhkəm dövlət hakimiyyəti qurmaqdır. Faşizm güclü, amansız hakimiyyətə əsaslanır və bu hakimiyyət avtoritar partiyanın hökmranlığı, roəhbərə pərəstiş sayəsində qorunub saxlanılır.

Üçüncü tip isə milli-sosializmdir. 1933-cü ildə Almaniyada yaranıb. O özündə həm faşizmin, həm də kommunizmin bəzi cəhətlərini birləşdirirsə də, məqsədi və sosial üstünlüyü baxımından fərqlənir. Milli-sosializmin məqsədi ali irqçiliyin hökmranlığına nail olmaq, almanları ali millət elan etməkdən ibarətdir.

Bu 3 modelin məqsədlərini və sosial üstünlüklərini nəzərdən keçirək:

Kommunist faşist milli-sosialis


Yüklə 23,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin