Plan: Siyasi rejim anlayışı



Yüklə 23,54 Kb.
səhifə4/5
tarix09.05.2022
ölçüsü23,54 Kb.
#56829
növüDərs
1   2   3   4   5
M Ö V Z U 7 Siyasi rejimlər (1)

Məqsədləri: Kommunizm imperiyanın alman irqinin

cəmiyyəti qurmaq bərpası hökmranlığı



sosial üstünlük: fəhlə sinfi Roma nəsli alman milləti

Totalitarizmin kommunist modeli daha uzunömürlü olmuşdur. Ancaq onu demək lazımdır ki, totalitarizm demokratiyaya zidd, qapalı bir rejimdir.



AVTORİTAR rejim - totalitarizmdən fərqli olaraq daha yumşaq xarakter daşıyır və keçicidir. Latın dilində təşəbbüsçü,müəllif, bani yaradıcı və s. deməkdir. Avtoritar rejim dövlətdə hakimiyyəti bir liderin və ya kollektivin əlində cəmləşmişdir. Belə rejim öz məqsədlərinə nail olmaq naminə əvvəllər təşəkkül tapan qanunların və normaların dəyişdirilməsi ilə müşahidə olunur. Avtoritarizm bir-birlə əlaqələndirilən üç başlıca əlamətlə idarəetmənin və hakimiyyətin digər tiplərindən fərqlənir: hakimiyyətin mərkəzləşdirilməsi, rəhbərliyin qəti komanda metodu, avtoritar şəxsə şərtsiz itaət etmə. Tarixi təcrübə göstərir ki, avtoritar rejim bir qayda olaraq siyasi qüvvələrin kəskin qütbləşməsi ilə müşahidə olunan ictimai quruluşun əvəz olunması zamanı baş verir. Bu zaman müşahidə olunan uzunmüddətli iqtisadi və siyasi böhranın demokratik vasitələrlə aradan qaldırılması mümkün olmur. Tarix və müasr dövr avtoritar rejimlərə dair misallarla zəngindir. Avtortar rejimlər xüsusilə XX əsrin ikinci yarısında Asiya, Afrika və latın Amerikasının müstəmləkəçilikdən azad olan bir sıra ölkələrində təşəkkül tapdı.

Sosiologiyada bu termin neomarksizmin cərəyavnlarından olan Almaniyada Frankfurt məktəbinin (əsrin 30-cu illəri) nümayəndəri olan Xorkhaymer, Adorno, Fromm, Markuze və s. tərəfindən irəli sürülmüşdür. Bu rejimdə vətəndaş cəmiyyətinin elementlərini görmək olar. Avtoritar rejimdə insanlar müəyyən hüquq və azadlıqlara malikdirlər. Bu rejimdə siyasi partiya və təşkilatların məhdudlaşdırılmış fəaliyyəti labüddür və iqtisadiyyata dövlət nəzarəti çox azdır. Avtoritar rejimin antidemokratik xarakteri ondan ibarətdir ki, burada baş verən sosial konfliktlər zamanı hakimiyyət orduya arxalanır. Avtolritar rejimin əlamətlərini belə sadalamaq olar:

1. Məhdudlaşdırılmamış hakimiyyət (prezident, monarx, hərbi xunta)

2.Siyasi müxalifətə yol verməmək, verildiyi zaman isə ciddi nəzarət;

3. Hakimiyyətin siyasi həyata ciddi nəzarəti;

4. Hərbi və digər güc qüvvələrinin gücləndirilməsi;

5.Vahid ideologiyanın olmaması;

6. Vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılması.

Son 30 ildə avtoritarizmin aşağıdakı növləri mövcud olmuş və olmaqda davam edir:

Ənənəvi mütləq monarxiya - (İordaniya, Mərakeş, Səudiyyə Ərəbistanı və s.) Onlar hakimiyyət haqqında mifoloji təsəvvürlərlə silahlanan avtoritarizmin köhnə tipləridir. Bu ölkələrdə siyasi rəqabətin səviyyəsi çox aşağıdır, hakimiyyətin idarə olunması kökləri konkret şəxsiyyətlərlə bağlıdır. Aristorkatik sinfin ideologiyası hakim mövqeyə malikdir.

Oliqarxiya avtoritarizmi - (Qvatemala, Tunis və s.) Bu halda hakmiyyət bir neçə güclü ailənin və ya tayfanın – iri torpaq sahiblərinin əlində olur, onlar bütün iqtisadi və siyasi həyata nəzarət edir. Burada bir lider sadə çevrilişin köməyi ilə digərini əvəz edə bilər. Yeni dövlət başçısının hakmiyyətində də siyasi struktur əvvəlki kimi qalır.

Sosialist oriyentasiyalı - (Əlcəzair və s.) Bu ölkələrdə sosializm əlamətləri özünü göstərir.

Hərbi - (Liviya, İndoneziya, latın Amerikası və s.) Burada terrorçu təbiətə malik olan və qoşuna arxalanan, müvəffəqiyyəti və iqtisadiyyatı modernləşdirməyə çalışan, geniş sosial bazaya malik olan və uzunmüddətli xarakter kəsb edən birpatriyalı sistem olur.

Avtoritar rejimdən danışarkən nümunə olaraq Çilini misal çəkmək olar. 1970-ci illərin əvvəllərində Cənubi Amerikada kommunist diktaturası qorxusu almışdır. 1973-cü ildə amerika generalı Auqusto Pinoçet ölkədə avtoritar rejim yaratdı. Lakin kütləvi insan qırğını törətdiyinə görə o, məhkəməyə verildi.

Avtoritar rejim cəmiyyətin köklü, inqilabi yolla yenidən dəyişdirilməsini qarşısına məqsəd qoymur, ictimai həyatın mövcud sferalarına dövlət nəzarət etmir, hakimiyyətdən səriştəlilik, insanlardan tadelik və peşəkarlıq tələb edir. Avtoritar rejim müvəqqəti , keçici xarakter daşıdığından, o, ya totalitar, ya da demokratik rejimlərə çevrilir.


Yüklə 23,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin