243) Üzdə olan sıyrıqların müalicəsinə hansılar aiddir?
A) Dermobraziya
B) tam qalınlıqlı dəri qrefti
C) İncə dəri qrefti
D) Flep ilə bağlama
E) Sarğı və müşahidə
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
244) Hansı əməliyyat yalnız kosmetik məqsədlə aparılır ?
A) Çəpər əyriliyinin aradan qaldırılması
B) Progeniyanın aradan qaldırılması
C) Liposaksiya ilə kontur düzəltmə
D) Makromastiyada süd vəzisinin kiçildilməsi
E) Total süd vəzi rekonstruksiyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
245) Neçənci dərəcəli yanıq yarası terapevtik müalicə ilə tam sağalmır?
A) Dərin II dərəcə
B) III dərəcə
C) I dərəcə
D) Səthi II dərəcə
E) I və səthi II dərəcə
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
246) Hansı yanıqlarda klassik düsturlara əsasən köçürülməsi lazım olan miqdardan daha artıq maye köçürmək tələb olunur?
A) Bədənin ümumi səthinin 80% dən artıq yanıqlarında
B) Körpə uşaq yanıqlarında
C) Elektrik yanıqlarında
D) Hamısı
E) İnhalyasiya yanıqları ilə birgə yanıqlarda
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
247) Süd vəzisinin protez ilə böyüdülməsi əməliyyatı zamanı hansı ağırlaşmalar yarana bilər ?
A) İnfeksiya
B) Hematoma
C) Kapsulyar kontraktura
D) Hamısı
E) İmplantın cırılması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
Dostları ilə paylaş: |