Podrat Müqaviləsi № Bakı şəhəri 2023-cü IL



Yüklə 36,25 Kb.
səhifə3/5
tarix06.10.2023
ölçüsü36,25 Kb.
#152577
1   2   3   4   5
Biznes bərkəzi izolyasiya müqaviləsi

Tərəflərin məsuliyyəti

4.1. İcra edilən sifarişləri Sifarişçiyə təhvil verilənədək hər hansı səbəbdən yararsız hala düşməsi (korlanması, çirklənməsi və s.) riski Podratçının üzərinə düşür.
4.2. Tərəflər bir-birinə aid məlumatların (rəhbərliklərinə, təsisçilərinə, işçilərinə, müştərilərinə, eləcə də hər hansı texniki, texnoloji, ticari, təşkilati, maliyyə və ya şəxsi, habelə proqramlar haqqında məlumatların və ya formasından və tərikbindən asılı olmayaraq başqa informasiyanın, xüsusilə maliyyə məlumatlarının) məxfiliyini qorumalıdırlar.
4.3. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Podratçı digər Tərəfə həm maddi, həm də mənəvi və işgüzar nüfüzuna vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərərin əvəzini tam həcmdə və zərərin vurulmasından 15 (on beş) iş günü ərzində ödəməlidir.
4.4. Podratçı bu Müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımınca icra etmədikdə, öhdəliyin gecikdirildiyi hər gün üçün bu Müqavilə üzrə Podratçıya ödənilməli olan xidmət haqqının 0,1%-i həcmində Sifarişçiyə dəbbə pulu ödəyir. Dəbbə pulunun ödənilməsi Podratçını bu Müqavilə üzrə öhdəliklərin icrasından azad etmir.
4.5. Podratçı Xidməti keyfiyyətlə göstərmədikdə, yəni Müqavilə şərtləri, Sifarişçinin göstərişləri, müvafiq sahə üzrə dünyada və/və ya Azərbaycanda mövcud olan standartlar, biliklər və tələblər pozulmaqla icra etdikə, bunun nəticəsində Sifarişçiyə və hər hansı üçüncü şəxslərə dəymiş hər hansı zərərə görə Podratçı tam məsuliyyət daşıyır
4.6. Podratçı Xidmət göstərdiyi bütün müddət ərzində işçiləri tərəfindən təhlükəsizlik texnikasına riayət edilməsinə görə məsuliyyət daşıyır. Podratçı Sifarişçiyə, onun əməkdaşlarına və ya üçüncü şəxslərə onun və ya işçilərinin təhlükəsizlik texnikasına riayət etmədiklərinə görə vurulduğu ziyana görə məsuliyyət daşıyır.
4.7. Sifarişlərin icrası zamanı Podratçının sifarişlərin icrası üçün cəlb etdiyi əməkdaşların zədələnməsi, yıxılması və ya ölməsi halında Sifarişçi heç bir məsuliyyət daşımır.
4.8. Bir Tərəf digər Tərəfin yazılı razılığı olmadan öz üzərinə düşən öhdəliklərin icrasını hər hansı üçüncü tərəfə həvalə edə bilməz.


  1. Yüklə 36,25 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin