Положение мяса животных


Beşinci Şərt – Qurbanlıq Heyvanının Qanını Axıdmaq, Boğazını Və Qida Borusunu Kəsmək



Yüklə 0,81 Mb.
səhifə33/75
tarix02.01.2022
ölçüsü0,81 Mb.
#1052
1   ...   29   30   31   32   33   34   35   36   ...   75
Beşinci Şərt – Qurbanlıq Heyvanının Qanını Axıdmaq, Boğazını Və Qida Borusunu Kəsmək

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qanı axıdılmış və Allahın adı ilə zikr edilmiş heyvanın ətindən yeyin”. Buxari 2488.

Qurbanlıq heyvanının ətinin yeyilməsi üçün qanının axıdılması vacib şərtlərdən biridir. Ata rahmətullahi aleyhi - deyir ki: “Qurbanlıq – iki boğaz damarının kəsilməsidir”. İbn Abbas – radıyallahu anhu - deyir ki: “Qurbanlıq heyvanının kəsildiyi yer – boğazıdır”. İbn Ömər, İbn Abbas və Ənəs – Allah onlardan razı olsun – deyirlər ki: “Əgər qurbanlıq heyvanın bütün başını kəsib qoparsan bunda heç bir problem yoxdur”. Buxari 4/573.

İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Qurbanlıq heyvanlarını mərhəmətli şəkildə kəsiləcəyi yerə gətirmək, bıçaqı gizlətmək və yalnız kəsilən anda çıxarılmalıdır”. “Cəmiul Ulumul vəl Hikəm” 157. İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: “Bir heyvanı digərinin yanında kəsmək olmaz”. “Şərh Müslim” 13/93. Həmçinin alimlər deyirlər ki: “Kəsiləcək heyvanı sol böyürü üstə uzatmaq (bu kəsməyi asanlaşdırır), bu zaman heyvanın başı onun sol əlində, bıçaq isə sağ əlində olur”. “Şərh Müslim” 13/122.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin