Положение мяса животных


Dördüncü Şərt – Qurbanlıq Kəsilən Zaman Allahın Adını Zikr Etmək



Yüklə 0,81 Mb.
səhifə31/75
tarix02.01.2022
ölçüsü0,81 Mb.
#1052
1   ...   27   28   29   30   31   32   33   34   ...   75
Dördüncü Şərt – Qurbanlıq Kəsilən Zaman Allahın Adını Zikr Etmək

Bu haqda ixtilaf vardır. Bir qrup alimlər Bismilləh kəliməsinin deyilməsini Sünnə (müstəhəb), digərləri isə bunu vacib biliblər. Sünnə (müstəhəb) deyən Şafiilər bu hədisə əsaslanmışlar: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Müsəlman bir kimsənin kəsdiyi heyvan halaldır, hətta Allahın adını zikr etsədə, etməsədə belə”. Əbu Davud “Marasil” 378, əl-Albani “İrva” 2537 zəif hədis.

Lakin bu məsələdə ən səhih rəy qurban kəsilərkən Bismilləh deyilməsinin vacib olduğunu deyənlərin rəyidir. Bu da Quran və Sünnə ilə öz təsdiqini tapmışdır. “Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş (Bismillah deyilərək kəsilmiş) heyvanları yeyin! Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!”. (əl-Ənam 118-119). “Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (Bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükür edəsiniz!”. (əl-Həcc 36).

Ummu Sələmə – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qurbanlıq heyvanlarını kəsin Allahın adını zikr edərək”. Nəsəi 4368, İbn Məcə 3152, əl-Albani səhih. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mən sizin öz bütləriniz üçün kəsdiyiniz heyvanların ətindən yemirəm və mən Allahın adı ilə kəsilməyən heyvanın ətindən də yemirəm”. Buxari 4/58.

Qurbanlıq heyvanının kəsilməsində Allahın adını zikr edərək kəsməyi vacib görənlər özləri də iki fikrə ayrılıblar. Əgər bir müsəlman qəsdli olmadan Bismilləh kəliməsini deməyi unudubsa. Bu əti yemək olar, yoxsa yox? Allahın adı zikr olunmadan kəsilən heyvanın ətinin yeyilməsini qadağan edən alimlər deyirlər ki: “Kəsilən heyvanın ətinin yeyilməsinin halal olması üçün onun üzərində Allahın adının zikr olunmasına görədir. Buna görə də bir kimsə Bismilləh deməyi unudarsa (qəsdli olmadan) bu ətidən yemək olmaz”. “Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır...”. (əl-Ənam 121). Lakin İbn Abbas – radıyallahu anhu - bu ayənin təfsirində deyir ki: “Bu ayədə söhbət Allah üçün kəsilməyən heyvanlardan gedir”. Buna görə də qəsdli olmadan Allahın adı ilə kəsilməyən heyvanın əti halaldı. Bu fikirdə olub: Əli, İbn Abbas, Sad b. Museyyib, Ata, Tavus, Həsənul Bəsri – Allah onlardan razı olsun - və s. “Bidayatul Muctəhid” 1/448. İbn Abbas – radıyallahu anhu - deyir ki: “Hər bir müsəlmanda Allahın adı vardır (Başqa rəvayətdə: Müsəlmanın bu adı daşıması ona kifayətdir). Heyvanı kəsdiyi zaman Allahın adını zikr etməyi unudarsa qoy o, ətdən yesin (Başqa rəvayətdə: Yediyi zaman Bismilləh desin). Lakin heyvanı Allahın adını zikr edərək Məcusi kəssə o, ətdən yeməyin”. Daraqutni 4/296, AbdurRazzaq 8548, “Buluq əl-Məram” 1345, İbn Həcər “Fəthul Bəri” 9/624 səhih, əl-Albani “İrva” 2547 zəif.

İmam ət-Təbəri – rahmətullahi aleyhi - deyir ki: “Müsəlman bir kimsənin unutqanlıqdan kəsdiyi heyvanın ətini yemək olmaz deyənlərin sözləri haqdan çox uzaqdır və onlar Əhli Sünnətin olduğundan əyilmişlər”. “Təfsir Təbəri” 1/52, 8/21. Lakin bir kimsə qəsdli şəkildə (Bismilləh) deməyin vacib olduğunu bildiyi halda Allahın adını zikr etməzsə o, ətdən yemək olmaz.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin