Polyarlaşmış işıq
== Polyarlaşmış işıq ==
Polyarlaşmış işıq-elektrik vektoru (yaxud maqnit vektoru),işığın yayılma istiqamətinə perpendikulyar müstəvidə bütün istiqamətlərdə eyni cür olmayan işıqdır. Təbi işıq-elektrik vektoru (yaxud maqnit vektoru),işığın yayılma istiqamətinə perpendikulyar müstəvidə bütün istiqamətlərdə eyni cür olan işıqdır. İşığın kimyəvi,bioloji,fizioloji və s. təsirləri əsas etibarı ilə elektrik vektoru ilə baş verir ona görə də polyarlaşma hadisəsində və onun izahinda hemişə elektrik vektorundan bəhs edəcəyik(E).
Müstəvi polyarlaşmış işıq-elektrik vektorunun rəqsləri yalniz bir istiqamətdə baş verən rəqslərdir. Qismən polyarlaşmış işıq-E vektorlarının rəqs istiqamətlərindən biri qalan istiqamətlərə nəzərən üstünlük təşkil edən işıqdır. Polyarizator-tərəflərindən biri kristal oxuna paralel olmaq şərti ilə kəsilmiş kristaldır(məsələn:turmalin)ki, işıq dəstəsi ondan kecdikdə xətti(müstəvi)polyarlaşmış işıq olur. İşığın polyarlaşması-işıq dalğalarının eninə dalğalar olduğunu təsdiq edir.Eninə dalğalar-yayılma istiqaməti rəqslərin yaranma istiqamətinə perpendikulyar olan dalğalardır. Analizator-polyarlaşmış işıgın qarşısına qoyulan polyarizatordur.Analizaroru fıratdıqda ekranda işığın intensivliyi dəyişir. Kristalların oxları bir-birinə paralel olduqda işıqlanma maksimum, perpendikulyar olduqda isə minumum olur.İşıq adi güzgüdən qayıtdıqda və polyaroid adlanan löhvədən qayıtdıqda da polyarlaşır. Polyaroid-şüşə löhvə üzərinə çəkilmiş herapatit kristalının nazik(0,1mm) təbəqəsindən ibarətdir.Dairəvi polyarlaşmış işıq,elliptik polyarlaşmış işıq və s. də vardır. Ədəbiyyat. A.Mehrabov və b. Fizika kursu maarif nəşriyatı Bakı 1982 səh:301
İşığın polyarlaşması. Turmalinlə təcrübələr
İnterferensiya və difraksiya hadisələri heç bir şübhə yaratmır ki, işıq dalğa xassələrinə malikdir. Lakin hansı dalğa – uzununa və ya eninə?
Çox sayda eksperimental faktlar ortaya çıxıb ki, işığın uzununa dalğa olmasını hesab etməklə, bu faktları izah etmək mümkün deyildir.
Çox sadə və yetərincə effektli olan eksperimentlərdən birinə nəzər yetirək. Bu – turmalinlərlə (yaşıl rəngli şəffaf kristallarla) təcrübələrdir.
Turmalinin ox simmetriyası var, özü biroxlu kristallar sinfinə aiddir. Düzbucaqlı formalı turmalin kristalını elə yerləşdirək ki, işıq şüası turmalin lövhəsinin üzərinə oxa perpendikulyar olan vəziyyətdə düşsün. Kristaldan keçən şüanı müşahidə edərək zənn etmək olar ki, şüa yaşıl rəngə boyanıb və onun intensivliyi azalıb. Kristalın fırlanması işığın intensivliyinə heç bir təsir göstərmir. Bundan başqa heçnə baş vermir. Lakin bu belə deyil. İşıq dalğası yeni xassələrə malik oldu.
Əgər verilmiş kristalın arxasınca daha bir turmalin kristalı yerləşdirsək, onda deyilmiş yeni xassələr özünü birüzə verir. Eyni istiqamətlənmiş kristallardan keçən işıq bir azda da zəifləyir. Birinci kristalı tərpətməyib, ikinci kristalı fırlatdıqda maraqlı hadısə yaranır – işıq şüasının tamamilə sönməsi. Kristalların oxları arasındakı bucaq artdıqca, işığın intensivliyi azalır. Oxlar perpendikulyar olduqda, işıq keçmir. O bütövlüklə ikinci kristal tərəfindən udulur.
Bu hadisə işığın eninə dalğa olduğunu təsdiq edir.
Turmalin kristalından keçən işıq polyarlaşmış sayılır. Yəni ki, dalğanın rəqsləri yayılma istiqamətinə perpendikulyar müstəvidə yalnız bir istiqamətdə baş verir.
Müəllif: Ağakişiyev Səbuhi
Dostları ilə paylaş: |