Postpandemiya dövründə makroiqtisadi sabitliyin qorunması yolları


Pandemiyanın Dünya iqtisadiyyatına təsiri və  perspektivləri



Yüklə 368,54 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix02.01.2022
ölçüsü368,54 Kb.
#47424
1   2   3   4   5   6   7
Rasim-Həsənov Postpandemiya-dövründə-makroiqtisadi-sabitliyin-qorunması-yolları

Pandemiyanın Dünya iqtisadiyyatına təsiri və  perspektivləri  

Qlobal pandemiyanın dünya iqtisadiyyata təsirləri haqqında məlumatlar  dəyişməkdə 

davam etdiyinə görə onların  yekun dəyərləndirlməsi hələlik mümkün deyildir. Lakin 

fikrimizcə,  Dünya  Bankı  qrupu  və  BVF  kimi  mötədil  strukturların  cari 

qiymətləndirmələri  indiki  mərhələdə  hadisələrin  gedişi  haqqında  ətraflı    məlumat 

almağa  yetərlidir.  Məsələn  Dünya  Bankının  son  məlumatlarına  görə  qlobal 

iqtisadiyyatda  pandemiyanın  təsirləri  son  bir  neçə  on  illiklərdə  baş  verənlərlə 

müqayisəyə  gəlməz  səviyyədədir.  Baza  pronozlarına  əssən  2020-ci  ildə  qlobal 

iqtisadiyytda  geriləmə  5.2%,  inkişaf  etmiş  ölkələrdə  7.0%,  Avropa  və  Mərkəzi  Asiya 

ölkələrində isə 4.7% civarında gözlənilir. Bu proqnozlara görə Azərbaycanda iqtisadi 

geriləmə 2.6% təşkil edəcəkdir 

http://pubdocs.worldbank.org/en/497001588788211664/Global-Economic-Prospects-

June-2020-Regional-Overview-ECA-RU

 

BVF  qiymətləndirmələrinə görə isə, “Covid 19”-n Avropa və Mərkəzi Asiya ölkələrinə 



təsir  istiqamətləri  sırasında  xammalın  qiymətinin  kəskin  düşməsi,  qlobal  və  regional 

istehsal-satış zəncirlərində ciddi kəsilmələr və maliyyə bazarlarında risklərin  nəzərə 

alınmaması  risklərinin  yüksəlməsi    xüsusi  ilə  əhəmiyyətlidir.  Koronovirus  

pandemiyasının sürətli  yayılması region ölkələrində daxili tələbin kəskin azalmasına 

səbəb olmaqla yanaşı, təhcizatda  dayanmalarara və nəticədə ölkədə iqtisadi fəallığın 

azallmasını  doğurdu.  Bu  ölkələr,  “keyfiyyətə  doğru  qaçış”  la  şərtlənən  investisiya 

axının güclənməsi və istiqrazlarla spred əməliyyatlarının genişlənməsi ilə qarşılaşdılar. 

Milli  valyutanın  nisbi  zəifliyi,  borclanmanın  dəyərinin  yüksəlməsinə  səbəb  olmaqla 

yanaşı,  ixracın azalması tədiyyə balansına təzyiqlərin artmasını yaratdı. Belə şəraitdə 

bəzi ölkələrdə, məsələn Azərbaycan, Rusiya və Qazaxstanda  milli pul-krdit sisteminə 

dövlət  dəstəyinin  gücləndirilməsi  siyasəti  aparılmağa  başladı.  Onlar  valyuta 

bazarlarına  intervensiya  edərək,  öz  valyutalarının  stabilliyini  qorumağa  çəhdlər  edir  

və  ya  rifah  fondlarının  vəsaitlərindən  istifadənin  həcmini  yüksəldirlər.” 

www.imf.org/ru/News/Articles/

  2020/08/06.  

Qiymətləndirməni  ümumən  doğru  hesab  etsək  də  qeyd  etməyi  vacib  sayırıq  ki,  

Azərbaycanda  Mərkəzi  bankın  valyuta  bazarına  ciddi  intervensiyası  formal  olaraq  



 

müşahidə  edilmir.  Beləki,  son  illərdə  formalaşmış  ənənəyə  görə  milli  valyuta 



bazarında    əsas  “valyuta  təhcizatçısı”  kimi    Dövlət  büdcəsinə  transfer  öhdəliklərinin  

icrası  adı  ilə  Dövlət  Neft  Fondu  çıxış  edir.  Qeyd  etmək  istərdik  ki,  belə  yanaşma 

nisbətən yenidir və devalvasiyaya qədər ki, dövrdə həmin funksiyanın, yəni DNF-nun  

büdcə transferlərinin  valyutda dəyişikliyinin Maliyyə Nazirliyi tərəfindən aparılması 

təcrübəsinə nisbətən daha yaxşıdır. Bununla belə hesab edirik  ki, valyuta və pul-kredit 

bazarında  tənzimləmənin  yaxşılaşması  və  ilk  növbədə  tənzimləmədə  spekulyativ 

maraqların  aradan  qaldırılması  üçün  DNF  –n  transfer  öhdəliklərini  ilin  əvvəlində 

mövcud məzənnə ilə Mərkəzi Banka vermək daha səmərəli olardı. 

BVF hesab edir ki, büdcə-vergi siyasəti  çərçivəsində geniş imkana malik olmayan belə 

ölkələr  ehtiyatlardan  istifadəni  genişləndirir  və  xərclərdə  üstünlüyü  təbii  olaraq 

səhiyyənin inkişafı, sosial müdafiənin gücləndirilməsi, özəl sektorun dəstəklənməsi və 

maliyyə  bazarlarıda  təlatümlərin  qarşısının  alınmasına  verirlər.  Lakin  bu  ölkələrdə 

səhiyyə sisteminin potensialının zəifliyi səbəbindən  iqtisadiyyatın pandemiyaya qarşı 

dayanıqlqığı yetərli deyildir. 

Beləliklə  beynəlxalq təşkilatların milli iqtisadiyyatlardakı vəziyyətlə bağlı ilkin və qısa 

qiymətləndirmələri  göstərir  ki,  həqiqətən  pandemiyanın  təsirləri  güclüdür  və 

çoxşaxəlidir.  Təsirlərin  hələ  də  artmaqda  davam  etdiyini  nəzərə  aldıqda  isə,  belə 

nəticəyə gəlmək mümkündür ki, indiki mərhələdə milli iqtisadi siyasətin ən mühüm 

vəzifələrindən  biri  iqtisadiyyatın  dayanıqlığının    gücləndirlməsi  və  mənfi  təsirlərin 

dərinləşməsinin qarşısının alınması olmalıdır. Belə yanaşma çərçivəsində Azərbaycan 

iqqtisadiyyatında  hazırki  dövrdə  makroiqtisadi  dayanıqlığın  və  ya  stabilliyin  təmin 

edilməsi, milli iqtusadiyyatın tranzitivlik xüsusiyyətlərinin daha sürətli  ləğv edilməsi 

ilə  birgə,  iqtisadi  siyasətin    mühüm  proritetini  təşkil  etməlidir.  Qeyd  etməyi  vacib 

sayırıq ki, fikrimizcə, Azərbaycan Hökumətinin son  6-7 ayda  həyata keçirdiyi siyasət 

tədbirləri məhz  bu məqsədə yönəlmişdir. Lakin makroiqtisadi stabilliyin də  kifayət 

qədər  əhatəli və universal mahiyyət daşıdığını nəzərə alsaq, onda ölkəmizdə aparılan  

müvafiq  işlərin  sistemliliyi  və  selektivliyinin    gücləndirilməsi  zərurətini  ifadə  edə 

bilərik. 

 


Yüklə 368,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin