Postpandemiya dövründə makroiqtisadi sabitliyin qorunması yolları


Makroiqtisadi stabilliyin əsas vəzifələri və vasitələri



Yüklə 368,54 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix02.01.2022
ölçüsü368,54 Kb.
#47424
1   2   3   4   5   6   7
Rasim-Həsənov Postpandemiya-dövründə-makroiqtisadi-sabitliyin-qorunması-yolları

Makroiqtisadi stabilliyin əsas vəzifələri və vasitələri. 

Müasir  iqtisadiyyatın  qeyri-stabil  təbiəti,  stabilliyin  və  iqtisadi  böyümənin  əldə 

olunmasına  yönəlmiş  effektiv  dövlət  strategiyasının  hazırlanmasını  zəruri  edir. 

Stabillik yeniləşmənin,  iqtisadiyyatın  innovativ  modelinə  keçidin  və  iqtisadi  artımın 

təmin edilməsinin ən vacib şərtlərindən biridir. Makroiqtisadi stabilliyə nail olmaq isə 

dövlətin ən vacib funksiyalarından  biridir. Bu baxımdan iqtisadi  inkişafın  böhrandan 

sonrakı  mərhələsində, stabilliyin  mahiyyətinin  və  xüsusiyyətlərinin  öyrənilməsi 

zəruridir. Müasir  qloballaşma  prosesləri  və  dünya  bazarının  liberallaşlmasının 

dərinləşməsi  nəticəsində  ölkənin  makroiqtisadi  sabitliyi  və  iqtisadi  təhlükəsizliyi 

potensial  təhdidlərlə  üzləşir.  Bu  şəraitdə  iqtisadi  əlaqələrin  modernləşdirilməsi  və 

iqtisadi sistemin strukturunun dəyişdirilməsi zərurəti yaranır. 



 

Əhalinin  həyat    səviyyyəsinin  sosial  keyfiyyətliliyinin  təmin  edilməsi  (Kopenhagen 



bəyannaməsi),  həmçinin  cəmiyyətin  rifahının  yüksəlməsi  amili  olan  makroiqtisadi 

stabillik   çoxşaxəlidir və həm makroiqtisadi, həm də mikroiqtisadi baxımdan bir sıra 

amillərdən  asılıdır.  Müasir  dünya  təcrübəsində  Dövlət  hakimiyyətinin  effektivliyinin 

dəyərləndirilməsində  adətən,  onun  ölkədə    iqtisadi,  siyasi  və  demoqrafik  sabitliyi 

təmin  etmək  qabiliyyəti  (və  ya  mümkünsüzlüyü)  hökmən    qiymətləndirilir.   Eyni 

zamanda,  makroiqtisadi  sabitləşmənin  ölkənin  iqtisadi  təhlükəsizliyinin  amili  kimi 

öyrənilməsi, səmərəli  makroiqtisadi  sabitləşmənin,  ölkənin  davamlı  sosial-iqtisadi 

inkişaf  trayektoriyasına  malik  olması  üçün  vacib  və  zəruri  olmasına  görə  çox 

aktual hesab olunur. 

Makroiqtisadi  stabillik  problemləri  ,  xüsusi  ilə  transformasiya  ölkələrində    proritet 

tədqiqat  mövzusudur.  Bununla  belə  araşdırmalar  göstərir  ki,  problemin  çoxşaxəliliyi 

səbəbindən   "Makroiqtisadi  stabillik"  fenomenini  öyrənən  alimlər  arasında vahid 

yanaşma,    elmi  əsaslı  fikir  birliyi  yoxdur.  Müxtəlif  mövzular ,  elmi  və  nəzəri  və 

təşkilati-praktik  mənada  araşdırlsa  da  sabitləşmə  proseslərinin  xüsusiyyətləri  və 

qanunları,  həmçinin  qlobal liberallaşma şəraitində,  xüsusi  ilə  böhrandan 

sonrakı dövrdə, makroiqtisadi sabitliyin  təmin olunmasının universal modeli hələdə 

yoxdur. Müxtəlif  prizmalarda  olan,  fərqli  metodoloji  əsaslı  yaxınlaşmalarla,  o 

cümlədən,  bazarların  əlaqələndirilməsi  və  buna  nail  olmağın  yolları,  həmçinin 

makroiqtisadi  sabitliyin  “xüsusi  halları”  kimi istehsal,  qiymət,  innovasiya  və 

investisiya,  maliyyə,  xarici  ticarət,  resurs,  siyasi, institusional  sistemin sabitliyi , 

strateji, ekoloji sabitlik məsələləri öyrənilir.  

Milli  iqtisadiyyatda  pul  amillərinin  makroiqtisadi  sabitliyə  dominant  təsiri, "makro 

maliyyə  sabitliyinin"  makroiqtisadi  sabitliyin  müstəqil  bir  hissəsi  kimi  ayrılmasını 

zəruri edir. Makromaliyyə sabitliyi isə öz növbəsində, bank və bank olmayan maliyyə 

sektorlarının sabitliyi, borc, büdcə və xarici valyuta sabitliyi  və həmçinin  pul –kredit  

sisteminin sabitliyi kimi tərkib hissələrə ayrılaır 

Ona  görədə  bəzi  tədqiqatçılar  makroiqtisadi  sabitliyə  “qarşılıqlı  və  bir-birinə  bağlı: 

iqtisadi, siyasi və hüquqi, demoqrafik, elmi-texniki, təbii davranış tərzi kimi amillərin 

kompleksi  ilə  formalaşan  vəziyyət  kimi  baxır  və  hesab  edir  ki,  belə  vəziyyət 

bütövlükdə  makroiqtisadi  sistemin  uzunmüddətli  sabitliyi  ilə  xarakterizə 

olunur”. Eyni  zamanda,  bir  sıra  ekspertlər,  makroiqtisadi    sabitləşmə prosesini 

“iqtisadiyyatın  innovativ  və  texnoloji  əsasda  istehsal  həcminin  artırılmasında  ifadə 

olunan sabit tarazlıq vəziyyətinə gətirməsi” kimi qiymətləndirir.  

Mahiyyət  etibarı  ilə,"makroiqtisadi  stabilləşmə"  və  "makroiqtisadi  stabillik" 

anlayışlarını  bir-birindən  ayırmaq lazımdır. "Makroiqtisadi  stabilləşdirmə"  proses 

olaraq "makroiqtisadi stabilliyi" yaradır. Makroiqtisadi stabilləşdirmə  əslində iqtisadi 

inkişafın sabitliyini təmin etmək üçün dövlətin iqtisadi inkişaf amillərinə tənzimləyici  

institusional təsiridir. Buna  görə  də  hesab  etmək  olar  ki,  makroiqtisadi  stabillik, 

ölkənin  iqtisadi  təhlükəsizliyini  təmin  etmək  üçün  dövlətin  milli  iqtisadiyyatın 

inkişafının endo və ekzogen amillərinə institusional -tənzimləyici təsirinin nəticəsidir. 




 

Məlum  olduğu  kimi,  Keynsin  qiymətləndirmələrinə  əsasən,  bazar  iqtisadiyyatının 



mühüm  daxili,  zəruri  xüsusiyyətlərindən  biri  də onun  qeyri-stabilliyidir.  Həqiqətən, 

bazar iqtisadiyyatının inkişaf tarixi Keynsin nəticələrini təsdiqləyir. Lakin düşünürük 

ki,  müasir  iqtisadiyyatın  "vəziyyətinin"  qeyri-stabilliyinin  əsas  amilləri təkcə  onun 

inkişafının  dövrü    xarakteri  və  tezləşən  böhranların  nəticələrinin  dərinləşməsi  deyil, 

həmçinin  qloballaşma  proseslərinin  genişlənməsi,qlobal  bazarların  liberallaşması, 

DTT-n  formalaşması  və  inkişafı, məhdud  iqtisadi  resurslardan  istifadə hüququ 

uğrunda beynəlxalq rəqabətin güclənməsidir. 

Beləliklə demək olar ki,  makroiqtisadi sistemin  dayanıqlı və ya "dayanıqlı tarazlıq" 

vəziyyəti  kimi  xarakterizə  edilə  biləcək  makroiqtisadi  stabillik,  müasir  iqtisadiyyatın 

üzvi  yox,    arzu  olunan  vəziyyətidir.  Buna  görə  də  hesab  edirik  ki,  iqtisadiyyatın 

"vəziyyəti"  statik  haldır,  "makroiqtisadi  stabillik"  isə  daima  vasitə,  yol,  metod, 

təhlükəsizlik və nailiyyətin ardıcıl monitorinqini tələb edir. 

"Makroiqtisadi  stabillik"  dəyişkən,  xarici  və  daxili  amillərə  həssas  və 

dinamikdir. Məsələn,  AB  iqtisadiyyatının  vəziyyəti  qeyri  stabildir,  lakin    iqtisadi 

təhlükəsizlik  kifayət  qədər  təminatlı  səviyyədədir.  Bir  sıra  ölkələrdə,  xüsusilə  də 

tranzitiv iqtisadiyyatlarda sanki stabillik mövcuddur,  ancaq, iqtisadi təhlükəsizlik çox 

həssas  vəziyyətdədir.  Bəzi  ekspertlər, makroiqtisadi  sabitliyi  "müsbət  dinamika  üçün 

sistemdə  ilkin  şərtlərin  toplanması  və  zəruri    şəraitin  yaradılması,  dövlətin  təşkilati-

iqtisadi təsiri və bazarın özünü təşkilinin köməyi ilə iqtisadiyyatın mütərəqqi tarazlıq 

vəziyyətinə keçməsi"    prosesi  kimi  qiymətləndirilir.  Başqa  sözlə,  normal  istehsal 

şəraitinin təmin edilməsi prosesi ilə makroiqtisadi sabitliyi eyniləşdirirlər. 

Beləliklə,  "makroiqtisadi  stabilliyə", fərdin,  cəmiyyətin,  dövlətin  və  təsərrüfat 

subyektlərinin artan ehtiyaclarını ödəmək üçün, genişlənən istehsal və davamlı iqtisadi 

artıma  yönəlik təhlükələrinin  qarşısının  alınmasını  təmin  edən,  davamlı,  mütərəqqi 

prosesin  nəticəsi  kimi  baxılması  daha  doğrudur.  Belə  prosesdə,  makroiqtisadi 

meyarların  və  inkişaf  parametrlərinin  dinamikasına  dövlət  tərəfindən  daimi 

monitorinq  və  nəzarətin  təmin  edilməsi  vacibdir.  Makroiqtisadi  stabilliyin  mahiyyəti 

və  məzmununun ən  yaxşı    dərki, onun  iqtisadi  stabilləşmə  prosesinin  nəticəsi  və 

iqtisadi kateqoriya kimi təhlili ilə mümkündür. 

Stabillik,  iqtisadi  sistemin  elə  bir  vəziyyətidir  ki,  özünə  xas  tənzimləyici  vasitələrin 

köməyi ilə uzun müddət saxlanıla bilir. Stabilləşməyə  dəyişkən vəziyyət  kimi deyil, 

iqtisadi dayanıqlığa yaxınlaşan strateji proses kimi baxılmalıdır. Hər bir milli  iqtisadi 

siyasət  çərçivəsində,   makroiqtisadi  stabilliyin  meyarları  kimi  qəbul  ediləcək  kifayət 

qədər konkret iqtisadi göstəricilər və və onların “inkişaf dəhlizi” müəyyən edilməlidir 

ki,  dəhlizdən    kənarlaşmalar,  makroiqtisadi  disbalansın  artması  kimi  identifikasiya 

edilsin.   

Beləliklə,  makroiqtisadi  stabillik, ilk  nöbədə,  iqtisadi  inkişafın  bütün  amillərinin 

səmərəliliyi,  ikincisi,  iqtisadi  siyasətin  səmərəliliyi,  üçüncüsü, ölkənin  iqtisadi 

təhlükəsizlik sisteminin effektivliyini səciyyələndirilməlidir. 

 



 


Yüklə 368,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin