Postpandemiya dövründə makroiqtisadi sabitliyin qorunması yolları


Postpandemiya  dövründə  Milli  iqtisadiyyatın    tarazlaşdırılması  üçün



Yüklə 368,54 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix02.01.2022
ölçüsü368,54 Kb.
#47424
1   2   3   4   5   6   7
Rasim-Həsənov Postpandemiya-dövründə-makroiqtisadi-sabitliyin-qorunması-yolları

Postpandemiya  dövründə  Milli  iqtisadiyyatın    tarazlaşdırılması  üçün 

təxirəsalınmaz vəzifələr 

Yaşadığımız  Pandemiya  dövrünün  yaratdığı    ekstrmal  şərait,  bütövlükdə  qlobal 

iqtisadi mühitlə yanaşı milli inkişaf müstəvisində də yeni çağırışlar yaradır. Beləliklə 

əminliklə  deyə  bilərik  ki,  hazırda  Azərbaycan  iqtisadiyyatında  artıq  xroniki  hala 

keçmiş, indiyədək həll olunmamış məsələlərlə yanaşı yeni şəraitin yaratdığı tutumlu 

"çağırışlar  səbəti"  mövcuddur.  Aydındır  ki,  zamanın  heç  bir  kəsimində  və  heç  bir 

ölkədə  "tam  təkmil"  iqtisadi  inkişaf  modeli  olmamışdır  və  iqtisadi  mahiyyət 

baxımından  bu  mümkünsüzdür.  Lakin  sivilizasiyanın  inkişafının  dayanmadan 

yüksəlişi  ilə,    "görünən"  problemlərin  həlli    zərurəti  də  artır,  həll  edilməmənin 

xərcləri isə daha təsirli olur. 

Məsələnin özəlliyi ondadır ki, iqtisadi inkişaf səviyyəsinin bütövlükdə yüksəlməsi və 

bazar  münasibətlərinin  dərinləşməsinə    rəğmən  Azərbaycan  iqtisadiyyatı 

gözlənildiyin əksinə olaraq getdikcə daha çox dövlət sektorunun təsiri altına düşür. 

Bu baxımdan iqtisadiyyatda müşahidə olunan  çoxsaylı təzahürlər sırasında təssüf ki,  

istisnasız olaraq, bütün inhisarçı şirkətlərin dövlət büdcəsinin ağır yükünə çevrilməsi 

də  vardır.    Belə  ki,  formalaşmış  idarəçilik  xüsusiyyətləri  səbəbindən  Azərbaycanda 

dövlət  şirkətlərinin  dövlət  maliyəsindən  asılılığı  azalmaq  əvəzinə  artmaqda  davam 

edir.   


Yaranmış  vəziyyətin  əsas  səbəbləri  dövlət  maliyəsinin  idarəetməsi  ilə  bağlı  təkmil 

qaydaların olmaması, dövlət şirkətlərinin korporativ statusunun zəifliyi, habelə təbii 

inhisarçı dövlət şirkətlərinin oliqarxik idarəetmə üsuludur.  Nəticədə, faktiki olaraq 

iqtisadiyyatda  inhisarçı  mövqeyə  malik,  14  iri    dövlət  şirkəti,  büdcənin  yardımına 

ehtiyacı  olan,  zərərlə  işləyən  qurum  kimi  fəaliyyət  göstərir.  Büdcənin  bu  şirkətlərlə 

bağlı  yükü  böyüyür,  dövlət  şirkətlərin  isə    vergi  ödənişləri  əksinə,  azalır.  Dövlət 

şirkətlərinin büdcə üzərində hegemonluğu, son nəticədə ölkədə sahibkarlıq və biznes 

mühitinin zəifləməsi ilə nəticələnir. Belə ki, onsuz da ədalətsiz, qeyri-sağlam  rəqabət 

şəraitində  fəaliyyət  göstərən  özəl  sahibkarlıq,  dolayısı  ilə  iri  dövlət  şirkətlərinin 

inhisarı altına düşməyə məcbur edilir. Böyük nüfuza malik dövlət şirkətləri özlərinin 




11 

 

əlahiddə statuslarından sui istifadə edərək digər özəl biznesi də öz çətiri altına salır 



və bundan əlavə gəlir əldə etmək istəyir. 

Beləliklə,  yuxarıda  şərh  edilənlərdən  belə  qənaətə  gəlmək  mümkündür  ki, 

Azərbaycan  iqtisadiyyatında  makroiqtisadi  stabilliyin  təmin  olunması  və  onun 

dayanıqlığının  yüksəldilməsi  çoxsaylı  amillərdən  asılıdır.  İndiki  şəraitdə 

makroiqtisadi stabilliyin  yalnız maliyyə faktorları, xüsusi ilə makromaliyyə stabilliyi 

faktorları vasitəsi ilə təmin edilməsi  effektiv olmayacaqdır. Uzun illər ərzində milli 

iqtisadi  siyasətdə  makrostabilliyin  monetar  amillərlə  təmin  olunması  təcrübəsinin 

dərsləri  kifayət  qədər  çoxsaylı  və  ibrətamizdir.  Məsələn,  2016-cı  ildə  kəskin 

devalvasiyalardan  sonra  ölkədə  Maliyə  Sabitliyi  Şurasının  yaradılması  zamanı, 

inkişafın qeyri-maliyyə amillərinin  sərf-nəzər edilməsinin  yolverilməzliyi haqqında, 

bizimdə  qoşulduğumuz  ekspertlrin  çoxsaylı  iradlarının  nəzərə  alınmaması,  MSŞ 

fəaliyyətinin  “nəticəsizliklə”  sona  çatmasına  səbəb  oldu.  Ona  görədə  haqlı  olaraq 

Prezident  Maliyyə  Sabiltliyi  Şurasını  ləğv  edərək  yeni,  geniş  missiyalı  İqtisadi 

Şuranın (İŞ)  yaradılması haqqında 2020-ci ilin Senyabr ayında  sərəncam imzaladı. 

Bu addımı təqdir edərək, onu da qeyd etmək istərdik ki, təəssüf ki, İqtisadi Şuraının 

yalnız  bu  sahədə  funksional  fəaliyyət  göstərən,  yüksək  səlahiyyətlərə  və 

cavabdehliyə  malik    Dövlət  məmurlarından  ibarət  tərkibdə  formalaşması,    bir 

tərəfədn İŞ-n  mövcud dövlət idarəetmə sisteminə paralelliyini yaradır və daha  arzu 

olunmazı  –  maraqların  konfliktinin  Hökumətdaxili  kompomislər  vasitəsi  ilə  həlli 

üçün əlverişli imkanlar açır. 

Problemin  həlli  üçün  fikrimizcə  təcili  olaraq,  dövlət  orqanları,  alim  və  ekspertlərin 

birgə səyi ilə, ölkəmizdə əsas məqsədi -Milli iqtisadiyyatı, sürətlə yeniləşən qlobal və 

lokal çağırışlar şəraitində,  makroiqtisadi stabilliklə müşaiyət olunan Dayanıqlı  artım 

və inklyuziv inkişaf  yoluna irəlilətmək olan,  Milli İqtisadi inkişaf strategiyası (MİİS) 

formalaşdırılmalıdır. 

Nədən başlamaq lazımdır?  İnkişaf  strategiyasının hədəfləri və islahat vəzifələrinin 

prioritetlik  sırasının  düzgün  formalaşması  indiki  mərhələdə  xüsusilə  vacibdir. 

Prioritetlərin    müəyyənləşdirilməsi  zamanı  nəzərə  almaq  vacibdir  ki,  iqtisadiyyat 

bütövlükdə,  inersiyalı  sistem  olaraq  "özüinkişaf"  potensialına  malikdir.  Ona  görədə 

burada  islahatlar,  "poliqon"  yanaşması  əsasında  deyil,  düşünülmüş  ardıcılıq  və 

təkamül prinsipi ilə aparılmalıdır. Bu baxımdan hesab edirik ki, islahatların ana xətti, 

indiki  halda,  ilk  növbədə  inkişafa  mane  olan  aşağıdakı  problemlərin    təcili  həlli 

olmalıdır: 

  Təsərrüfatçılqda    bazar  mexanizminin  hüquqi  əsaslarının  formalaşmasının 



başa  çatdırılması:  Rəqabət,  Büdcə  və  yeni  Vergi  məcəllələri;  Maliyyə  nəzarəti 

haqqında,  Təbii  ehtiyatlardan  istifadə  haqqında  və  s.  zəruri  qanunların  qəbul 

edilməsi; 

  Konstitutsiya  normaları  çərçivəsində  Milli  iqtisadiyyatın,  səlahiyyət  və 



məsuliyyətin  birmənalı  təsnifatına  əsaslanan  Dövlət  idarəçiliyi  sisteminin  

rasional modelinin formalaşdırlması; 




12 

 



  Toplanmış  kapitala  amnistiya  verilməklə,  gəlirlərin  bəyan  edilməsinin  dəqiq 

mexanizminin formalaşdırlması; 

  Dövlət  müəssisələrinin  korporativləşdirilməsinin  başa  çatdırılması,  dövlətə 



məxsus    ASC-nin  özəlləşdirilməsinin  başlanılması,  dövlət  müəssisələrinin 

beynəlxalq maliyyə hesabatlılığı standartlarına keçidin başa çatdırılması; 

  Hökumətin,  dövlət  şirkətləri  və  müəssisələrin,  həmçinin  özəl  sektorun 



fəaliyyətində şəffaflığın və hesabatlılığın, ilk növbədə fəaliyyət üzrə hesabatlılığın  

təmin edilməsi   məqsədi  ilə korporativ idarəetmənin  beynəlxalq standartlarının 

tətbiqinin başa çatdırılması; 

  Mülkiyyət  hüququnun  qorunması  və  müqavilə  öhdəliklərinin  yerinə 



yetirilməsinin məhkəmə-hüquqi təminatının əlçatanlığı və operativliyinin təmin 

edilməsi. 

Yeni  inkişaf  strategiyasının    əhatə  sferasına  milli  iqtisadi  inkişafın  mövcud 

xarakterindən    qaynaqlanan  “xroniki”  problemlərin  həlli  və  həmçinin  Covid-19 

Pandemiyasının  yaratdığı    yeni  çağırışların  qarşılanması  ilə  bağlı  aşağıdakı  

məsələlərin daxil  olunması məqsəduyğundur.   




Yüklə 368,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin