Fsəthi gərilmə= σ ∙ l,
burada σ – səthi gərilmə əmsalıdır. l – maye səthinin sərhədinin uzunluğudur. Dairəvi boruda olan maye üçün: l = 2πr, en kəsiyi kvadrat olan borudakı maye üçün: l = 4a.
Mayenin σ səthi gərilmə əmsalı:
mayenin növündən və temperaturdan asılıdır. Temperatur artdıqda mayenin səthi gərilmə əmsalı azalır.
səthi gərilmə qüvvəsindən və sərhədin uzunluğundan asılı deyil: σ(F) = const və σ(l) =c onst.
Molekulyar qarşılıqlı təsir qüvvələri nəinki maye molekulları arasında, həm də ki maye molekulları ilə bərk cisim molekulları arasında mövcud ola bilər.
Bərk cismin səthi üzərində mayenin yayılması islatma adlanır. Əgər maye molekullarının arasındakı cazibə qüvvəsi, maye molekulları ilə bərk cisim molekulları arasında yaranan cazibə qüvvəsindən böyükdürsə, onda maye bərk cismi islatmır. Fm,m> Fm,b→ islatmır. Əgər maye molekullarının arasındakı cazibə qüvvəsi, maye molekulları ilə bərk cisim molekulları arasında yaranan cazibə qüvvəsindən kiçikdirsə, onda maye bərk cismi isladır. Fm,m< Fm,b→ isladır.
İslatma hadisəsinə ölçü olaraq kənar bucağı götürülüb. İsladılan səth ilə maye səthinə çəkilən toxunan arasında qalan bucağa kənar bucağı və ya islatma bucağı deyilir.
İsladan maye üçün kənar bucağı itidir φ < 90°, islatmayan səth üçün kənar bucağı kordur φ>90°.
Kristal və amorf cisimlər Atom və molekulları nizamlı vəziyyətdə düzülən bərk maddələr kristal maddə adlanır. Krisal maddələr bir neçə xassəyə malikdir:
Anizotropiya;
Müəyyən ərimə temperaturu.
Bütün kristallar – anizotropdur. Bu o deməkdir ki, kristalların bəzi xassələri (istilik, cərəyan, işıq keçirməsi və s.) verilmiş istiqamətdən asılıdır və istiqaməti dəyişdikdə bu xassələr dəyişir. Kristalların müxtəlif istiqamətlərdə istilik, işıq və cərəyanın keçirməsi də müxtəlifdir. Bundan əlavə olaraq kristal maddələrin bəzi mexaniki xassələri də verilmiş istiqamətdən asılı olaraq dəyişir.
Kristal maddələr maye halına yalnız müəyyən temperaturda keçirlər. Kristal maddəni əritmək üçün bu kristalı ərimə temperaturuna qədər qızdırmaq lazımdır. Ərimə temperaturu yalnız maddınin növündən asılıdır.
Amorf cisimlər Molekul və atomların müəyyən düzülüşü olmayan mddələrə amorf maddə deyirlər. Amorf cisimlərin bəzi xassələri:
İzotropiya.
Müəyyən ərimə temperaturunun olmaması.
Bərk cismin xassələrinin müəyyən verilmiş istiqamətdən asılı olmaması izotropiya adlanır. Amorf cisimlər izotropdur. Bütün amorf maddələr istini, işığı və elektrik cərəyanını bütün istiqamətlərdə eyni cür keçirir.
Amorf maddələrin müəyyən ərimə temperaturu yoxdur. Qızma zamanı bu cisimlər əvvəlcə yumşalır, sonra isə tədricən axıcılığı artır və mayelərə xas olan xassələri artır. Temperaturun daha çox artması mayenin qatılığının azalmasına səbəb olur. Amorf cismin temperaturu artdıqca onun xassələri mayenin xassələrinə daha da yaxınlaşır.