Pasta şəkillərə: şlam (xırdalanan filiz), qətranlar, istilik-mübudilə qablarının təmizlənməsindən əmələ gələn süzgəclərin və çökdürücülərin çöküntüsü aiddir.
Maye tullantılara: tərkibində üzvi və qeyri-üzvi maddələr olan və yüksək toksiki olduğundan biotəmizlənməyə ehtiyacı olmayan birləşmələr aiddir.
Toz şəkilli və ya qaz şəkilli tullantılara: qabların, avadanlıqların tənəffüs borularının tullantıları, yağsızlaşdırma sahələrinin tullantıları, məhsulun rəngləri.
Kimyəvi dözümlüyünə görə tullantılar: partlayan, öz-özünə alışan, zəhərli qaz ayrılan, parçalanan və dözümlü olurlar. Tullantılar suda həll olan və həll olmayan olurlar. Mənşəyinə görə üzvi, qeyri-üzvi, qarışıq tullantılar olur.
Sənayesi inkişaf edən ölkələrdə, ekoloji istehsal üsullarının realizəsinə çəkilən xərcin miqdarı son məhsulun dəyərinə nisbətən 30-50% təşkil edir. Çox vaxt sənaye istehsalının iqtisadiyyatı, təbii şəraitin deqradasiyasından alınan ziyan ya az nəzərə alınır və ya tamamilə nəzərə alınmır.
Hər gun ətraf muhitə milyon tonlarla tullantı atılır və belə getsə butun torpaq sahələri eləcə də su ,hava tullantı altinda qalacaq.Çox ölkələrdə tullantıların ümumi həcmi əsasəndə Avropada artmaqda davam edir. Məişət tullantıları böyük həcmdə artir. Tullantilar o cumlədən bərk tullantilar istehsal və təlabat tullantilar olub muasir dovrun muhum sosial- iqtisadi və ekoloji problemlərdən biridi.Bərk istehsal tullantilari istehsal prosesində, bərk məişət tullantilari isə şəhər təsərrufat sistemində ,əsasən də istehlak prosesində əmələ gəlir.İstehsal tullantilarina istehsal prosesində, məişət tullantılarına isə məişətdə istifadə muddətini bitirmiş məhsul və mallar,insana lazim olmayan məhsullar və onlarin qaliqlari aid edilir. Həril şəhərlərdə və yaşayışməntəqələrində bərk məişəttullantılarının intensiv toplanmasıhalları baş verir ki, onlar da düzgün və vaxtında yığışdırılmayanda, zərərsizləşdirilməyəndə ətrafmühiti çirkləndirə bilər.Bərk məişət tullantıları əsasənməişətdə yaranan tullantılardan ibarətdir.Yəni məişəttullantıları əhalinin həyatfəaliyyəti nəticəsində yaşayışyerlərində əmələ gələn əşyalar, maddələrvə materiallardır. Bəzənməişətdə yaranan kommersiyatullantıları da buraaid edilir. Bunlar,ümumiyyətlə, təhlükəli sənayetullantıları istisna olmaqla , bərk vəyarım-bərk xarakterli tullantılardır. Qalıqtullantılar çeşidlənməyən vəyenidən emal olunmayanməişət xarakterli materialların əsasındayaranır. Bərk məişət tullantılarının tərkibinə daxil edə bilərik ərzaqtullantıları, kağız, karton,plastik, tekstil, dəri,həyət-bağ tullantıları, taxta,şüşə, metal, kül; təhlükəli məişət tullantıları: dərmanlar,boyalar, kimyəvi maddələr,işıq və fluoresyent lampaları, aerosolbalonları, gübrə vəpestisid qabları, batareyalar,ayaqqabı mazı; xüsusi tullantılar (məsələn: iri həcmli tullantılar, məişət elektronikası, yağlar, şinlər).Tullantilar probleminin həlli əhalinin normal həyat fəaliyyətinin təmini,yaşayış məskənlərinin sanitar-gigiyenik təmizliyi,ətraf muhitin muhafizəsi,ehtiyatlardan səmərəli istifadə ilə baglıdı.İnsan fəaliyyəti nəticəsində əmələ gələn tullantilar murəkkəb morfoloji tərkibə malik heterogen qarişiqdan ibarət olur ki,bu da onlarin idarə olunmasini çətinləşdirir.Bu problemin həllində birinci novbədə duran məsələ tullantilarin çeşidlənməsi, yigimi və kənarlaşdirilmasinin optimal sisteminin yaradilmasi ilə baglıdı.Tullantıların yarandığı yerdə toplanması muhitin ciddi şəkildə çirklənməsinə səbəb ola bilər.
BMT-nin tərkibində olan polixlorfenollar və polixlorbenzollar məhsulların yandırılması zamanı daha təhlükəli zəhərli dioksinlər yaranır. Eyni zamanda bmt-lərin tərkibində olan üzvi və qeyri-üzvi birləşmələrin xlor birləşmələrin yanma məhsullarının tərkibində dioksinlərin konsentrasiyasını kəskin artırır. Son dövrlərdə iqtisadiyyatın inkişafı ilə paralel plastmas tullantıları da sürətlə artır. Tonlarla polimer materiallar indi tullantıya çevrilir. Yalnız malların paketlənməsinə 300 min ton sərf edilir (Rusiyada 3.5 mln ton). Hansı ki, bu məhsulun təkrar emalı mümkündür. Avropada şəhər zibilxanalarında 7 mln ton plastmas tullantıları toplanılır. Uzunmüddətli tullantılar olan köhnə avtomobillər və televizorları əlavə etsək, bu tullantıların həcmi ildə 15 mln tona çatar.
Ətraf mühitin çirklənməsinə sərt tələblər tətbiq edildikdən sonra alman firmaları paketlənmə üzrə bütün plastmas materiallarının tamamilə toplanması və utilizasiyasını həyata keçirir. Belə ki, “Xexst” firması tərəfindən hazırlanan plastmas yeyən avtomat əsas diski üzərində quraşdırılmış nazik plyonka, şəffaf polivinil xlorid tərkibli olduğuna görə çox iri olmayan şeyləri paketləyə bilir. Bu cür paketlənmiş karobkalar çətin utilizasiya olunduğundan avtomat bu tipli paketləri utilizasiya edəcək.
ABŞ-da təkrar emal zamanı ancaq 1% plastik emal edilir, ancaq sənayedə tətbiq üçün yeni metallar axtarırlar. Plastmas məmulatından xizək kurtkalarında, podklatkalar, yeni konteynerlər, plastik torbalar və bağ skameykaları düzəltmək mümkündür. Yaponiyanın “Fuci Resaykl industriya” kompaniyası dövlət sənaye laboratoriyası mütəxəssisləri ilə birlikdə plastmass tullantılarından benzin, kerosin və dizel yanacağı istehsalı metodu işləmişlər. Katalizator kimi seolitdən istifadə etməklə təkrar emal yolu ilə aparılır (neft emalının əks texnologiyası). Bu yeni texnologiyaya əsasən 1 kq plastmasdan 0.5 l benzin və 0.5 l kerosin və ya dizel yanacağı istehsal edilir. Bu istehsal növünü Azərbaycanda tətbiq etmək mümkün olsa, kifayət qədər neft məhsullarına qənaət olar.