İnformasiyanın və siqnalların ötürülmə sürəti Məsələn, əgər məlumatı 20 msan elementar göndəriş müddəti ilə bərabərehtimallı və qarşılıqlı asılı olmayan beş keyfiyyət əlamətlərini () kombinasiya etməklə ötürsək, siqnalların ötürülmə sürəti
İnformasiyanın ötürülmə sürəti isə
Kodlaşdırılma sisteminin effektivliyi Kodlaşdırma sisteminin effektivliyi ötürülmə sürətinin rabitə kanalının buraxıcılıq qabiliyyətinə nisbəti ilə qiymətləndirilə bilər. Belə ki, elementar simvollar bərabər müddətli olduqda informasiyanın ötürülmə sürəti məlumat mənbəyinin simvollarının entropiyasından asılı olacaq, onda kodlaşdırma sisteminin effektivliyi simvolların həqiqi entropiyasının mümkün maksimal entropiyasına nisbəti ilə qiymətləndirilə bilər.
Kodlaşdırma sistemi məlumatın “asan daşına bilməyən” formada olduğu zaman (ilkin əlifbanın keyfiyyət əlamətlərinin çevrilməsi, modulyasiyası və s. tələb olunur), həm kodun maneəyədavamlığını artırmaq, həm də rabitə kanalı ilə məlumat mənbəyinin uyğunlaşması məqsədilə, yəni məlumatın entropiyasını rabitə kanalının həcminə yaxınlaşması üçün tətbiq edilir.
Rabitə kanalının həcmi Rabitə kanalının həcmi keyfiyyət əlamətlərinin sayı ilə aşağıdakı şəkildə müəyyən olunur
– keyfiyyət əlamətlərinin sayı;
– bir saniyə ərzində ötürülən keyfiyyət əlamətlərinin sayıdır.
Rabitə kanalının həcmi keyfiyyət əlamətlərinin ortaya çıxmasının orta tezliyinin tapılması ilə müəyyən edilir.
İkinci əlifbaya görə rabitə kanalının həcmi ikinci əlifbada kod sözünün uzunluğunun orta qiyməti vasitəsilə qiymətləndirilə bilər:
–saniyədə bir simvolun ötürülmə müddətidir.
Maneəli rabitə kanalı Manelələr olmadıqda informasiyanın ötürülmə sisteminin buraxıcılıq qabiliyyəti qəbuledici-ötürücü marşrutu qurğusunun sürəti ilə müəyyən olunur.
Maneələrin mövcudluğu giriş və çıxış siqnalları arasında müxtəlif qiymətliliyə gətirib çıxarır. Qəbul olunan siqnalların müəyyən qiymətləri ötürülən siqnalların müəyyən qiymətlərinə uyğunluğu yalnız müxtəlif ehtimal dərəcələri ilə müəyyən olunur. Maneələrin mövcudluğu müxtəlif qiymətliliyi artırır, qəbul edilən informasiya miqdarını azaldır. Vahid zaman ərzində informasiya miqdarının azalması isə buraxıcılıq qabiliyyətinin azalması deməkdir. Beləliklə, rabitə kanalında maneələrin mövcudluğu kanalının buraxıcılıq qabiliyyətini azaldır.