Программное обеспечение (ПО)



Yüklə 1,23 Mb.
səhifə2/4
tarix03.10.2022
ölçüsü1,23 Mb.
#64470
1   2   3   4
Muhazire 12

Küysüz rabitə kanalı
Küysüz diskret rabitə kanalı ilə məlumatın ötürülməsi üçün buraxıcılıq qabiliyyətinə baxaq. Bildiyimiz kimi, diskret rabitə kanalı sonlu müddətli elementar simvolların sonlu ardıcıllığının ötürülməsi üçün qurulmuşdur. simvolları öz aralarında asılı deyildir, onlar arasında korrelyasiya (statistik asılılıq) mövcud deyildir.
Fərz edək ki, müddət elementləri ilə məlumat ötürülməsi tələb olunur və hər bir hərf 5 ikilik simvoldan ibarətdir. Əgər hər bir hərf 1 saniyə ilə ötürülərsə, ideal halda rabitə kanalı 5 bit/saniyə sürət ilə informasiyanı ötürəcək. Bu informasiyanın ötürülməsinin maksimal sürətini müəyyən etməyə imkan verən rabitə kanalının buraxıcılıq qabiliyyəti olacaq (rabitə kanalı obyektin hasil etdiyi sürətdən yüksək sürətdə informasiya ötürə bilməyəcək). Belə ki, informasiyanın maksimal sürəti entropiyanın maksimal kəmiyyətində mümkündür, onda
– məlumatın müddəti;
Ötürülən məlumatda əlifbanın simvolları bərabərehtimallı və qarşılıqlı asılı olmayan zaman – a çatır.
Küysüz rabitə kanalının buraxıcılıq qabiliyyəti
Əlifbanın simvollarının qeyri-bərabərliyi zamanı məlumat uzandıqca informasiyanın ötürülmə sürəti buraxıcılıq qabiliyyətinə yaxınlaşır, belə ki, bu halda simvolların qarşılıqlı asılılığı azaldıqca məlumatdakı simvolların müxtəlif ehtimallarllarla ortaya çıxma şansı bərabərləşir. Sonsuz uzunluqlu məlumatlarda əlifbanın simvollarının optimal paylanması həyata keçirilir. Onda simvoldan ibarət məlumat üçün
İkilik kod olduqda
Küysüz rabitə kanalının buraxıcılıq qabiliyyəti
İnformasiyanın və siqnalların ötürülmə sürəti
İnformasiyanın ötürülmə sürəti terminini siqnalların ötürülmə sürəti termini ilə fərqini mütləq nəzərə almaq lazımdır.
Siqnalların ötürülmə sürəti vahid zaman ərzində məlumat mənbəyinin çıxışında ikinci əlifbanın elementar göndərişlərinin miqdarı ilə müəyyən edilir və qəbuledici-ötürücü qurğunun sürətindən asılıdır.
İnformasiyanın ötürülmə sürəti isə ötürücüyə daxil olmadan öncə ilkin əlifbanın simvollarının statistik xarakteristikası ilə müəyyən edilir və məlumat mənbəyinin entropiyasından asılıdır.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin