Prosessor və onun tərkib hissələri Prosessorların əsas xarakteristikaları intel firmasının prosessorları



Yüklə 0,66 Mb.
səhifə9/10
tarix14.12.2023
ölçüsü0,66 Mb.
#176735
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Muhazire 3

64-mərtəbəli AMD prosessorları
AMD prosessorlarına məxsus K8 və K10 nəsillərində “Hammer” və ya “x86-64” notasiyası ilə tanınan AMD64 arxitekturası istifadə olunur. Bu prosessorların əsas xüsusiyyəti 64-mərtəbəli verilənlərin emalı ilə bağlıdır. Məhsuldarlığın artırılması məqsədilə 64-mərtəbəli prosessorlarda registrlərin sayı 2 dəfə artırılıb. Prosessor isteh­salçıları qeyd edir ki, 32-mərtəbəli prosessorlar üçün nəzərdə tutul­muş proqram təminatı yeni prosessorlarda (x86-64) işləyə bilər.
AMD64 prosessorlarında sistemin ümumi məhsuldarlığını artırmaq HT texnologiyası tətbiq olunub. Bundan başqa, HT sadəcə multiprosessorlu sistemləri yaratmağa, həmçinin istənilən sayda olan nüvələri vahid kristalda birləşdirməyə icazə verir (məs. AMD Opte­ron prosessoru). İnteqrasiya edilmiş DDR yaddaş kontrolleri, DDR2, DDR3-ə müraciət sürətini artırır və ləngimələri aradan qaldırır. Yaddaşla informasiya mübadiləsinin bu üsulla təşkili çoxproqramlı rejimlərin daha da operativ işləməsini təmin edir. Məsələn, şəkil 3.17-də AMD Athlon X2 (K8 nəsli) prosessorunun, şəkil 3.18-da isə AMD Phenom X4 (K10 nəsli) prosessorunun struktur sxemləri göstərilmişdir.
Bunlardan əlavə, cədvəl 3.8-də və cədvəl 3.9-da 64-mərtəbəli AMD modelli bəzi proses­sorların texniki xarakteristikaları (modelin nömrəsi, tezliyi, keş yaddaşın ölçüsü və s.) göstərilmişdir.




Şək. 3.17. AMD Athlon X2 prosessorunun struktur sxemi



Şək. 3.18. AMD Phenom X4 prosessorunun struktur sxemi
Cədvəl 3.8. AMD tipli prosessorların texniki xarakteristikaları

Modelin nömrəsi

Tezlik, QHs

Keş L2, Mbayt

Keş L3, Mbayt


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin