Çıxışlar: 1. T.Mahmudov - valideyn komitəsinin sədri: məruzədə təhsil islahat-larının mahiyyəti, məzmunu, əsas istiqamətləri ətraflı şərh edildi. Bu işdə valideynlərin üzərinə mühüm vəzifələr düşür. Biz uşaqların ailədə tərbiyəsi ilə ciddi məşğul olmalı, məktəb ümumxalq köməyinin təşkilində fəallıq göstərməli, bunun üçün bütün imkanlardan istifadə etməliyik.
2. Z.Məmmədov – məktəbin direktoru: islahat uzunmüddətli proqramdır. Müasir dövrdə təlim-tərbiyə şagirdlərin və valideynlərin tələbatına müvafiq şəkildə yerli şərait və milli xüsusiyyətlər nəzərə alınmaqla qurulmalıdır. Əhali arasında pedaqoji təbliğatı, valideynlərin maariflənməsi işini yüksəltmək üçün müəllim və tərbiyəçilər ailələrlə ciddi iş aparmalıdırlar.
3. Q.Tahirov – polis sahə müvəkkili: uşaqların tərbiyəsində valideynin rolu böyükdür. Buna görə də islahatın həyata keçirilməsində ailə ön plana çəkilir. Bu işdə məktəb, ictimaiyyət, mənzil istismar idarələri, əmək kollektivləri ailə ilə bağlı fəaliyyət göstərməlidirlər.
Q ə r a r :
1. Azərbaycan Respublikasında təhsil islahatının həyata keçirilməsində valideynlərin fəaliyyəti ilə əlaqədar tədbirlər planı təsdiq edilsin.
2. Uşaqların tərbiyəsində ailənin rolunun yüksəldiyi indiki şəraitdə valideynlərin məsuliyyəti artırılsın.
3. Mənzil istismar kontoru, polis sahə müvəkkilliyinin əməkdaşları yaşayış yerlərində uşaq, yeniyetmə və gənclərin tərbiyəsi, onların asudə vaxtının səmərəli təşkili işində ailələrlə birgə tədbirlər həyata keçirsinlər.
4. Ailələrlə işin canlandırılması, valideynlərin pedaqoji cəhətdən maariflənməsi, onlara metodik köməyin gücləndirilməsi pedaqoji kollektivdən tələb edilsin.
5. Qərarla əlaqədar görülən işlər barədə valideyn komitəsinin sədri T.Mahmudovun məlumatı dinlənilsin.
6. Qərarın icrasına nəzarət məktəb şurasına (H.Quliyeva) və məktəb rəhbərliyinə (Z.Məmmədova) tapşırılsın.
S ə d r: (imza) R.Babaxanov
K a t i b: (imza) H.Hacıyeva
Tərcümeyi-hal
Mən, Qədirov Xəlil İslam oğlu, 1961-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. 1968-ci ildə şəhərdəki 4 saylı məktəbin I sinfinə daxil olub, 1978-ci ildə orta məktəbi bitirmişəm. Həmin ildə Azərbaycan Politexnik İnstitutunun I kursuna qəbul olunmuş, 1983-cü ildə inşaatçı ixtisası ilə ali təhsilimi başa vurmuşam.
1983-1985-ci illərdə orduda xidmət etmişəm. 1995-ci ildə Bakı şəhərinə köçmüşəm. O vaxtdan indiyə qədər Bakı evtikmə kombinatında iş icraçısı işləyirəm.