Проводники


Qızmış metalın səthindən elektronların buxarlanması hadisəsinə termoelektron emissiyası adlanır



Yüklə 71,46 Kb.
səhifə5/7
tarix19.12.2023
ölçüsü71,46 Kb.
#186973
1   2   3   4   5   6   7
naqil-fevral-2020

Qızmış metalın səthindən elektronların buxarlanması hadisəsinə termoelektron emissiyası adlanır.
Elektronun metalın səthini tərk etmək üçün lazım olan eneji çıxış işindən az olmamalıdır: 𝑬𝒌 ≥ 𝑨ç.
Elektronun metalı tərk etmək üçün lazım olan çıxış işi yalnız metalın növündən asılıdır.

Vakuum diodu


Vakuum diodunun iş prinsipi – termoelektron emissiyası hadisəsinə əsaslanıb.
Bu cihaz vakuum kolbasında yerləşən iki elektroddan ibarətdir. Elektrodlardan biri yüksək temperatura qədər qızdırılıb. Bu elektrod – katod adlanır. Katod yanında “elektron buludu” yaranır. Əgər katod cərəyan mənbəsinin mənfi qütbünə, anod isə müsbət qütbünə qoşulubsa, onda elektrodalar arasındakı elektrik sahəsi elektronları “elektron buludundan” anoda tərəf hərəkət etməyə məcbur edəcək.
Elektrodlar arasındakı gərginlik nə qədər yüksək olarsa, onda yaranmış cərəyan da böyük olacaq. Gərginliyi artıraraq cərəyan şiddətinin elə bir doymuş qiymətinə çatırıq ki, cərəyan şiddəti daha artmır. Bu ona görə baş verir ki katoddan buxarlanmış elektrinların sayı məhduddur. Aydındır ki, anoda yalnız buxarlanmış elektronlar çata bilir. Cərəyan şıddətini daha da artırmaq üçün katodu daha yüksək temperatura qədər qızdırmaq lazımdır.

Tutaq ki, t zamanı ərzində anoda çatmış elektronların sayı N olarsa, onda vakuum diodundakı cərəyan şiddəti:
𝑞 𝑁𝑒
𝐼 = = .
𝑡 𝑡
Elektronların katoddan anoda tərəf hərəkəti zamanı elektrok sahəsinin gördüyü iş 𝑨 = 𝒆𝑼.
Kinetik enerji haqqında teoremə əsasən
𝑚𝜐2 𝑚𝜐02
𝐴 = 𝐸𝑘– 𝐸𝑘0 ⇔ 𝐴 = − .
2 2
Elektronların katod yanında sürətini sıfır götürək. Bu halda anoda çatan elektronların kinetik enerjisi:
𝒎𝝊𝟐
𝑬𝒌 = 𝒆𝑼 ⇔ = 𝒆𝑼 .
Deməli, anoda çatan elektronların sürəti:
𝝊 =
Katodu cərəyan mənbəyinin “mənfi qütbünə”, anodu isə “müsbət qütbünə” birləşdirsək onda diod cərəyanı keçirəcək. Əks halda, katodu cərəyan mənbəy inin “müsbət qütbünə”, anodu isə “mənfi qütbünə” birləşdirsək onda diod cərəyanı keçirməz. Deməli, diod
birtərəfli keçiriciliyə malikdir – cərəyanı yalnız bir istiqamətdə keçirir.

Yüklə 71,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin