Cərəyan keçirən maddələrin məhlulu və ərintiləri elektrolit adlanır.
Elektrolit kimi duzların, qələvilərin və turşuların suda məhlulunu göstərmək olar. Su molekullarının təsiri altında verilmiş maddələrin molekulları ionlara parçalanır.
Maddənin molekullarının su molekullarının təsiri nəticəsində ionlara parçalanması elektrolitik dissosiasiya adlanır.
Temperaturun artması nəticəsində ionların sayı artır, və deməli dissosiasiya əmsalı da artır, ona görə də elektrolitin müqaviməti azalır.
Elektrolitlərin xüsusi müqaviməti temperatur artdıqca sonrakı qanunla azalır:
𝝆 = 𝝆0(𝟏 + 𝜶 ∙ 𝒕),
burada 𝜶 < 𝟎 – müqavimətin temperatur əmsalıdır. Elektrik sahəsi yarandıqda müsbət və mənfi ionlar müxtəlif istiqamətlərdə hərəkət edirlər: mənfi ion – müsbət elektrod istiqamətində, müsbət ionlar – mənfi elektrod istiqamətində. Elektrodlara çatdıda bu ionlar öz yükünü verib neytrallaşırlar. Bu zaman elektrodlar üzərində maddə ayrılır.
Elektrolitlərdən elektrik cərəyanı keçdikdə elektrodlar üzərində maddənin ayrılması elektroliz adlanır.
Faradeyin elektroliz qanunu: Elektrodlar üzərində ayrılmış maddənin kütləsi elektrolitdən keçən yükə düz mütənasibdir:
𝒎 = 𝒌 ∙ 𝒒 ⇔ 𝒎 = 𝒌 ∙ 𝑰 ∙ 𝒕.
k- maddənin elektrokimyəvi ekvivalentidir. Ölçü vahidi
𝑘𝑞
[𝑘] = 1 .
𝐾𝑙
Elektrokimyəvi ekvivalentin düsturu
1 𝑀
𝑘 = ∙ ,
𝑒𝑁𝐴 𝑛
burada n- maddənin valentliyidir.
Elektrokimyəvi ekvivalent sonrskı kəmiyyətlərdən asılı deyil:
Elektrodlar üzərində ayrılmış maddənin kütləsindən:
𝒌(𝒎) = 𝒄𝒐𝒏𝒔𝒕.
Elektrolitdən keçən yükdən:
𝒌(𝒒) = 𝒄𝒐𝒏𝒔𝒕.
Cərəyan şiddətindən:
𝒌(𝑰) = 𝒄𝒐𝒏𝒔𝒕.
Elektrolitlərdə cərəyanın istilik, kimyəvi və maqnit təsiri müşahidə olunur.
Elektrolitdən cərəyanın keçməsi zamanı ayrılan enerji sonrakı düstur ilə təyin olunur:
𝑾 = 𝒒𝑼 = 𝑰𝑼𝒕.