Проводники


Vakuum diodu – dəyişən elektrik cərəyanını “düzləndirmək” üçün istifadə olunur



Yüklə 71,46 Kb.
səhifə6/7
tarix19.12.2023
ölçüsü71,46 Kb.
#186973
1   2   3   4   5   6   7
naqil-fevral-2020

Vakuum diodu – dəyişən elektrik cərəyanını “düzləndirmək” üçün istifadə olunur.


Yarımkeçiricilərin
Elektrik sahəsinin təsiri altında deşiklər qüvvə xətləri istiqamətində, elektronlar isə qüvvə xətlərinin əksi istiqamətində hərəkət edirlər. Beləliklə yarımkeçicirici elektrik cərəyanını keçirir.
Elektrik cərəyanı yarandıqda

  • deşiklər elektrik cərəyanı istiqamətində,

  • elektronlar elektrik cərəyanın əksi istiqamətində hərəkət edir.

Adi halda sərbəst elektronların və deşiklərin konsentrasiyası çox azdır (milion atoma bir deşik və ya elektron düşür). Temperaturu artırmaqla elektronların və deşiklərin konsentrasiyası artır.
Yarımkeçiricilərin ümumi xassələri:
1. Atomlar arasındakı əlaqə – kovalent rabitədir. 2. Müqavimətləri xarici təsirlərdən temperaturdan, işıqlanmadan, şüalanmadan və s. asılıdır.
 Temperatur və ya işıqlanmanın intensivliyi artdıqda yarımkeçiricilərin müqaviməti azalır.

  1. əsas yükdaşıyıcılar: sərbəst elektronlar (–) və deşiklər(+).

  2. Elektrik sahəsində deşiklər qüvvə xətlərin istiqamətində, sərbəst elektronlar isə qüvvə xətlərin əksi istiqamətində hərəkər edir.

Aşqarlı keçiricilik. Elektronları vəya deşiklərin konsentrasiyasını artırmaq üçün aşqar daxil edirlər. IV valentli yarımkeçirici kristalına III valentli atom və ya V valentli atomu daxil edirlər. Rabitəni yaratmaq üçün aşqar atoma 4 valent elektronu tələb olunur. III valentli aşqar atomda elektron çatışmamazlığı müşahidə olunur. Əlaqənin biri boşdur, yerində deşik yaranır. Deməli, III valentli aşqar atomu IV valentli kristala daxil etdikdə deşiklərin sayı artır.

  • Deşiklərin sayı elektronların sayından dəfələrlə çox olan yarımkeçirici kristal – p-tip yarımkeçerici adlanır. Deşiklərin artmasına səbəb olan aşqar – akseptor aşqar adlanır.

p-tip kristalda

    • əsas yükdaşıyıcılar – deşiklərdir;

    • qeyri-əsas yükdaşıyıcılar – elektronlardır.


Yüklə 71,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin