345) Psixoaktiv maddənin zərərli fəsadlarla qəbulu diaqnozunu qoymaq üçün minimum nə qədər vaxt lazımdır?
A) 3 ay
B) Müvəqqəti kriteriyanın göstərilən diaqnozun qoyulmasında əhəmiyyəti yoxdur
C) 18 ay
D) 12 ay
E) 6 ay
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
346) Psixoaktiv maddədən asılılıq sindromu diaqnozu qoymaq üçün sadalanan kriterilərdən hansının olması lazım deyil?
A) Psixoaktiv maddənin qəbulundan sonra intoksikasiyanın sürətli inkişafı (adətən bir neçə dəqiqədən sonra)
B) Maddəni qəbul etməyə güclü meyil
C) Maddənin qəbulu azaldıldıqda və ya dayandırıldıqda fizioloji abstinensiya vəziyyəti
D) Maddənin qəbulunu idarə etmək bacarığının pozulması: bunun başlanğıcı, sonu və ya dozası
E) İntoksikasiyaya və ya arzu olunan effektlərə çatmaq üçün dozanın əhəmiyyətli dərəcədə artırılması ilə təzahür olunan psixotrop maddəyə tolerantlığın yüksəlməsi
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
347) Sadalanan simptomlardan hansı kokain qəbulunun dayandırılması zamanı müşahidə edilmir?
A) Yüksək iştaha
B) Güclü kokain qəbul etmək istəyi
C) Qəribə və ya xoşagəlməz yuxular
D) Əzələ ağrıları və cəngolmalar
E) Letargiya və yorğunluq
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Dostları ilə paylaş: |