104) Atipik depressiyaya xarakterik olan xüsusiyyət hansıdır?
A) İştahanın və ya çəkinin azalması
B) Pozitiv hadisələrə cavab olaraq əhval-ruhiyyənin yaxşılaşması
C) Şəxsiyyətlərarası münasibətlərin pozulmasına biganəlik
D) Artıq yorğunluğun olmaması və ətraflarda ağırlıq hissi
E) Yuxusuzluq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2008
105) Depressiyalı xəstənin hospitallaşdırılması üçün mütləq göstəriş hansıdır?
A) Terapiyaya qarşı rezistentlik
B) Maniakal epizodun inkişaf təhlükəsi
C) Simptomatikanın atipikliyi
D) Intihara meyilli davranış
E) Psixotik simptomlar
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008
106) Hərəki aktivliyin yüksəlməsi, fəaliyyətə olan meyillilik nəyin xarakterik əlamətləridir?
A) Depressiv sindromun
B) Obsessiv-kompulsiv sindromun
C) Sadalanan sindromlardan heç birinin
D) Maniakal sindromun
E) Sadalanan bütün sindromların
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Dostları ilə paylaş: |