107) Diqqət yayınmasının artması nəyin xarakterik əlamətidir?
A) Depressiv sindromun
B) Maniakal sindromun
C) Sadalanan bütün sindromların
D) Оbsessiv-kompulsiv sindromun
E) Sadalanan sindromlardan heç birinin
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
108) Maniakal sindrom zamanı sadalananlardan hansına rast gəlinmir?
A) Xaotik-impulsiv hərəkətlərə
B) Diqqət yayınmasının artmasına
C) Hiperseksuallıq
D) Öz imkanlarını yüksək dəyərləndirmək
E) Ünsiyyətə can atmaq
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
109) Bipolyar pozuntunun maniakal epizodu zamanı yaddaş pozuntularından hansına daha çox rast gəlinir?
A) Dismneziya
B) Hipermneziya
C) Anteroqrad amneziya
D) Fiksasion amneziya
E) Retroqrad amneziya
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
110) Bipolyar depressiyalı pasiyentlər rekurrent depressiyalılardan hansı xüsusiyyətlərinə görə fərqlənirlər?
A) Antidepressant terapiyasına daha çox reaksiyanın verilməsi
B) Xəstəliyin daha ümidverici proqnozlaşdırılması
C) İntihar cəhdlərinin daha az olması
D) İrsi faktor rolunun azalması
E) Başlanmanın daha erkən yaşlarda olması
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
111) Psixotik simptomları olan ağır depressiya epizodlu xəstə üçün hansı preparat seçilməlidir?
A) Amitriptilin
B) Xlorpromazin
C) Litium karbonat
D) Nootropil
E) Fenobarbital
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008
Dostları ilə paylaş: |