157) Nevrasteniyalı xəstələrdə göstərilən əlamətlərdən hansı müşahidə olunmur?
A) Yüksək əsəbilik
B) Baş ağrısı
C) Ümumi əzginlik
D) İpoxondrik sayıqlama
E) Sensomotor pozuntu
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
158) Trixotillomaniya nədir?
A) Zöhrəvi xəstəliyinə tutulma qorxusu (AİDS də daxil olmaqla)
B) Saçları yolmağa sarışan meyil
C) Kompulsiv hərəkətlər
D) Səfilliyə meyil
E) Zorakı (impulsiv) hərəkətlər
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
159) Sadalananlardan hansı nozofobiyalara aid deyil?
A) Sifilofobiya
B) Klaustrofobiya
C) Kardiofobiya
D) Spidofobiya
E) Kanserofobiya
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
160) Nevrotik pozuntular hansı simptomlarla təzahür olunmur?
A) Vegetativ təzahürlər
B) Alaqaranlıq düşüncə
C) Əksər hallarda öz vəziyyətinə tənqidi yanaşma
D) Somatik təzahürlər
E) Həyəcanlılıq
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
161) Aşağıdakılardan hansı isterik ürəkkeçməni epileptikdən fərqləndirən cəhət deyil?
A) Başvermənin qəfilliyi
B) Psixogen faktorun olması
C) Ətrafda baş verənləri qəbul etmək və dəyərləndirmək bacarığının qorunub saxlanması
D) Göz bəbəklərinin işığa reaksiyasını qoruyub saxlaması
E) Nümayişkarlıq
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
162) Yüksək yorğunluqla müşayiət edilən əsəbi zəiflik və vegetativ pozuntuların uzlaşması necə adlanır?
A) İsteriya
B) Obsessiya
C) Həyəcan
D) Asteniya
E) Fobiya
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
Dostları ilə paylaş: |