163) İsterik ürəkkeçmələr üçün aşağıdakılardan hansı xarakterikdir ?
A) Ürəkkeçmədən sonrakı keyləşmə
B) Tonik qıcolmaların mövcudluğu
C) Zədələnmə olmadan düşüncənin daralması və nəticədə zəifləməsi
D) Klonik qıcolmaların mövcudluğu
E) Ürəkkeçmənin tam amneziyası
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
164) Sadalananlardan hansı, nevroz və psixotravma arasında olan əlaqəyə aid deyil?
A) Bütün cavablar doğrudur
B) Psixotravma yaradan vəziyyət və nevrozun kliniki dinamikası arasında qarşılıqlı əlaqələr
C) Vəziyyətin dinamikası və psixotravma vəziyyətlərinin dəyişikliyi arasında qarşılıqlı əlaqələr
D) Nevrozun klinikası və şəxsiyyətin əsas xüsusiyyətləri arasında qarşılıqlı əlaqələr
E) Nevrozun klinikası və psixoorqanik pozuntuların xüsusiyyətləri arasında qarşılıqlı əlaqələr
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
165) 44 yaşlı xəstədə uzun müddətdir ki, AT qeyri-sabitliyi qeydə alınır. Xəstənin fikrinə görə bu, heç nə ilə əlaqədar olmayan daxili gərginliklə bağlıdır (“Mənə daim elə gəlir ki, nə isə pis bir şey baş verməlidir”). Bu gərginlik ona işini görməyə mane olur. Daha çox ehtimal edilən diaqnoz hansıdır?
A) Neyrosirkulyator distoniyası
B) Obsessiv-kompulsiv pozuntu
C) İpoxondrik pozuntu
D) Dissosiativ pozuntu
E) Generalizə olunmuş təşvişli pozuntu
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Dostları ilə paylaş: |