671) Sui-qəsd davranışının səbəbləri nə ilə bağlı ola bilər?
A) Bütün cavablar doğrudur
B) Reallıqdan qaçmaqla
C) Özünə qarşı təcavüz
D) Yardıma çağırmaqla
E) Başqasına olan təcavüzlə
Ədəbiyyat: İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
672) Sadalanan faktorlardan təcavüzkar davranış riski ilə əlaqəsi olmayanı hansıdır?
A) Sosial mühit
B) Gənc yaş dövrü
C) Alkoqol və narkotiklərdən istifadə
D) Kişi cinsinə mənsub olmaq
E) Ailə vəziyyəti
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
673) Təcavüzkar davranış riskinin qiymətləndirilməsinə aşağıdakılardan hansı aid deyil?
A) Silahın əldə edilməsi imkanının olub-olmaması barədə məlumat
B) Təcavüzkar niyyətlə bağlı birbaşa sorğu
C) Psixi statusun tədqiqi
D) Hamısı doğrudur
E) Anamnezin əsaslı yığılması
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
Dostları ilə paylaş: |