Fəridə Seyidova
108
Qulam, Qara-Məhməd, Leyli, Məcnun, Mahmud, Mədinə, Məsmə, Məlik, Məmməd, Məmməd
Cəfər, Mirağa, Miri, Mirzə, Musa, Mustafa, Nikolay, Nurcahan, Ovçu Pirim, Rəşid, Rza, Barat,
Sevdimalı, Səmənd, Sənəm, Şahmərdan, Şakir, Şükür, Şakkulu, Tağı, Zeyni, Zülfəli.
Abdulla bəndə, Gülsənəm kəndə;
Ağa durub, Ağacan durub;
Adəmdən Xatəmə;
Adın nədir? - Rəşid! Birin de, birin eşit!;
Adını qоydu Haqverdi, özü haqqı vermədi;
Arını bilməyən itinin adını Gümüş qоyar;
Arpa çörəyi, turş ayran, adın nədir? - Xavərcan;
Arvad var, at Balaxanım, arvad var, dabanı çatdax, arvad
var, balağı batdax;
Baxşalının güləyən öküzü;
Bayraməlisiz toy olmaz;
Bəşirə didilər: - A Bəşir, gəl atı sula, Didi: - Dodaxlarım yaradı.
Didilər: - Büyür
xaşıl yimağa. Didi: - Hanı məəm böyük qaşığım?;
Bu dərd ilə pul qazan, apar ver Nurcahan yesin, Nurcahan da bir Nurcahan ola;
Camış nə bilir Camal ağa kimdi?;
Dayı/dədə görmüyən elə bilir ki, Şakkulu/Şahqulu da bir dayıdı/dədədi;
Dəli Qəzərəm, belə gəzərəm;
Dəvə Xançobanda olar;
Dincliyimi Şahmərdan kəsib;
Elə bil Aslan bəyin irigətirənidir;
Evin yıxılsın Müşküllü Məmməd, ayının böyüyünü burada qoyub, gedib meşədə axtarır;
Əğıllimiz Xıdır ağa, barmağını saldı bardağa;
Əsli оlmasaydı, Kərəm çöllərə/dağlara düşməzdi;
Əyri Səmənd, düz Səmənd, Samannıxda süz Səmənd;
Əzəldən nəydi gül camalı, sonrası oldu dəli Bayramalı;
Gəl, amma Qulamsız gəl;
Gəlinə ayıran, ayrana doyuran deməz o Dədə Qorqud;
Dəli didi, Həbillah da inandı;
Hər quşatan, ovçu Pirim olmaz;
Hərlədiyin Gülyetərdi;
Həsən də qəlyan çəkir, Hüseyn də qəlyan çəkir. Tənbəki çox olanda nənəm də əqlyan
çəkir;
Hüsüdü, Həsidi, uşaxların dədəsidi;
Xeyirsöyləməzdən xeyir olsaydı, adını Xeyrulla qoyardılar;
Keçəli Zülfəli çağırarlar;
Keçi deyər: - Adım Əbdülkərimdir;
Keçinin dərisi xəstənin, qəzili Güldəstənin;
|