XVI əsr Azərbaycan divan ədəbiyyatının nümayəndəsi İbrahim gülşəni Bərdəi və onun ərəbcə yaradıcılığı 109
Kənddə kişi yox idi, xoruzun adını qoydular Qara-Məhməd;
Kərbəlayi Kazım/ya Museyi-Kazım, sənə demək nə lazım;
Kor Alıya üzgüçü deyiblər (yəni tərifləyiblər);
Adın nədi, Qərəbet, işin nədi, gəlib get;
Qızıl görəndə Qeysər də yoldan çıxar;
Qoy desinlər Qasıməlinin çustu var, kim nə bilir altı yoxdur, üstü var;
Qoyunun olmadığı yerdə keçiyə Əbdürrəhman Çələbi deyərlər;
Lat-lüt imam Rza;
Leyli bazarıdır, Məcnun can satır;
Lobyalı aş, keçəl Dadaş, get gəlirəm yavaş-yavaş;
Mədinə ilə Məsmə, düşübdür bəhsə-bəhsə;
Mənim adım Miri ola, unum dəyirmanda iri ola?
Mıs-mıs deyincə/eliyinjən, birdəfəlik Mustafa de//Mıs-mıs deyincə, Mustafa de qurtarsın;
Nağı ağıl deyir, Tağı nağıl;
O işin üstündə Sevdimalını sel apardı ha;
O, Nikolayı taxtda görübdür;
Olar - fəbiyyəl-murad, olmaz - keçəl Əlmurad;
Ölməz-itməz Xədicə, görər nəvə-nəticə;
Ölmüşdü Xankişi, tapançanı vermişdi, qoburu da verə;
Ölüm haqdan, kəfən Məmməd Cəfər bəydən;
Ruzimiz düşüb kor Məliyin əlinə;
Sənəm, Çağırdım: - Sənəm, Sənəm! Səs gəldi: - Mənəm, mənəm! Soruşdum: - Bağda kim
var? Dedi: - Çox darıxma, bir sənsən, bir də mənəm;
Şakirə baxmış, Şükürə min şükür;
Şələni götürən Məmmədalı, gücə düşən Əhmədalı;
Tanrı verib Zeyniyə, dişləri yox çeynəyə;
Toydan sonra mağara, xoş gəldin Bayramağa;
Tumanı cırıx Bərxudar, istəyir bizi qorxuda;
Ustamızın adı Xızır, əlimizdən gələn budur;
Vermədi Məbud, neyləsin Mahmud?
Ya dəli, ya divanə, Bəhlul danəndə, Bəhlul divanə;
Ya keçəl Həsən, ya Həsən keçəl, nə fərqi;
Yaz gələr, qış gedər Ağaqulu, dəyirmana boş gələr, Ağaqulu, dul arvada xoş gələr
Ağaqulu;
Yazan da Mirzə, pozan da Mirzə (Əslində burada Mirzə katib deməkdir. İndiki referent
vəzifəsini icra edən adama keçmişdə
"mirzə" deyirdilər.Verilən əmrlər mirzənin əli ilə
yazılıb, həm də pozulub/ləğv edilib. Mənası budur ki, qanunu verən də, ləğv edən də
eyni adamdır).