"O işin üstündə Sevdimalını sel apardı ha" deyiminin yaranma səbəbi də yaddaqalandır.
Deyir ki, bir mahalda Sevdimalı deyilən bir adam varmış. Bu adam bazara gedəndə sürgün
olarmış, dəyirmana gedəndə qırğın. Hansı yığnaqda olarmışsa, motal atar, aranı qatarmış. Bu
şeytan-şuğul kişi qardaşı qardaşla qanlı edən, qonşunu qonşu ilə kinli edən nadürüstün biri imiş.
Harda görsəydi ki, bir şirin məclis var, tez özünü yetirib aradan gül axıdarmış. Günlərin bir
günü mahal əhli cana yığılıb Sevdimalını tutub dağ çayından axı- dırlar. Gur axan dağ çayı
Sevdimalını daşlara çırpıb cəhənnəmə vasil eləyir. İndi də biri şeytan-şuğulluq, araqarışdı-ranlıq
eləyəndə o dəqiqə xəbərdarlıq edirlər: "O işin üstündə Sevdimalını sel apardı ha!...
” Yuxarıda işlənən "aradan gül axıdarmış" ifadəsi "fərdi-üslubi kontekstuallıqla müşayət
olunan zərbi məsəllərə ən yaxşı nümunə olan “Gül axıtmağın olmasaydı” zərbi-məsəlindən
götürülüb. Bu məsəli geniş şəkildə oxucuların diqqətinə çatdırmağı lazım bildik: Deyir, şeytanla
binayi-qədimdən dostluq eləyən bir bəni-adam günlərin bir günü yaman şəkk-şübhəyə düşür,
başlayır ehtiyatlanmağa. Çünki oğluna toy eləmək məqamı yaxınlaşırmış. İndi qorxur ki, toyun
lap o şirin yerindəcə dostu şeytan araya şuluq sala, çəkdiyi xərc-xuracat heç-puç ola. Odur ki,
durub gəlir şeytanın yanına, dil-ağız eləyir, şərt kəsir ki, sən kəsdi-yimiz o halal duz-çörək,
məbadə oğlumun toyunda araya fitnə-fəsad salasan, qoy toyumuz səliqə-sahmanla ötüşsün,
sonradan mən də qoşularam sənə, kimin toyunda nə qədər istəsən şuluq salarıq. Şeytan deyir,
bay, bu nə sözdür, neçə illərdi ki, sənlə dostluq eləyirik, nə qədər evlər yıxmışıq, könüllər
qırmışıq, dostu dosta, əri arvada düşmən eləmişik, bəs elə şeymi olar?! Nə isə şərti kəsib
ayrılırlar. Vaxt-vədə tamam olur, mağar qurulur, toy başlayır. Çalan kim, oyna-yan, oxuyan,
yeyib-içən kim. Şeytan da bir küncdə dayanıb mağmın-mağmın bu mənzərəni seyr eləyirmiş.
Amma hikkəsindən dişi bağırsağını kəsir, bir iş görməkdən ötrü sino gedirmiş. Görür yox
balam, əgər işlər belə getsə bu məclis şad-xürrəm başa çatacaq. Onda gərək baş götürüb bu
məmləkətdən gedə, adını dəyişə. Odur ki, üsulluca sürüşüb mağardan çıxır. Bir qədər aralıdan
axıb keçən su arxının qırağından gülü dərib buraxır suya. Mağardan çıxıb deyə-gülə arxın
kənarında gəzişən cavanlardan birinin gözü suda axan həmin gülə sataşır. İstəyir əyilib gülü
götürsün, bir başqası onu itələyib gülü özü götürür. O deyir, gül mənimdir, bu deyir, gülü əvvəl
mən görmüşəm. Ara qızışır, məzhəb itir, dava-dalaş toy mağarına yayılır. Neçə cavanın ömrü
qırılır, neçəsinin başı-gözü yarılır. Toy sovulur, adamlar yarımçıq dağılışıb gedirlər. Aradan bir
gün ötür, şeytan gəlir dostunun yanına, qayıdır ki, hə, dost, necədir, oğlunun toyunda özümü
aparmağım xoşuna gəldimi? Kişi kədərli-kədərli cavab verir: - Hə, a dost, xoşuma gəlməyinə
gəldi, hər şey yaxşı gedirdi, amma arada bir gül axıtdın ha...(4).
Əlbəttə bütün deyimlərin yaranma səbəblərini araşdırmaq ayrıca bir tədqiqat mövzusudur.
Bu barədə Musa Adilovun "Niyə belə deyirik", Məmmədəli Qıpcağın "Söz aləminə səyahət"