Rus dilçilərinin türk dillərinin temporal leksikasını müqayisəli təhlili 117 üzrə leksik yaruslar formalaşmışdır. Bu baxımdan dilçilikdə lokativlik, temporallıq, inkarlıq,
kəmiyyət və s. semantik sahələr üzrə tədqiqatların aparılması müasir tendensiyalardandır. Türk
dillərinin leksik qatında, ümumiyyətlə, zaman bildirən leksikanı bir neçə qata bölmək
mümkündür. Belə ki, türk dillərində zaman bildirən sözləri zaman anlamlı feillər, isimlər və
zərflər formasında qruplaşdırmaq mümkündür.
Türk dillərində zaman bildirən sözlərin bəzilərinin eyni leksemlərlə, bəzilərinin isə fərqli
leksemlərlə ifadə olunması kök türk dilindən ayrıldıqdan sonra müstəqil inkişafının nəticəsidir.
Zaman problemi qədim zamanlardan bəri müxtəlif elm sahələri üzrə bir çox tədqiqatçılar
tərəfindən tədqiq edilmişdir. Linqvistik zaman real zamanın mürəkkəb psixi prosesləri
nəticəsində insan şüurunda əks olunur. XX əsrin ortalarından etibarən zaman problemi leksiko-
semantik sahələr əsasında öyrənilir. Dilçilər dünyanın dil mənzərəsinin fərdi temporal
qavrayışını təsvir etmək üçün temporal leksemlərlə maraqlanırlar.
Temporallığın təhlilinə həsr olunmuş linqvistik tədqiqatlarda daim vurğulanır ki, zaman
münasibətlərinin dildə əks olunması problemi ən çətin problemlərdən biridir. Y.S.Stepanov bu
münasibətlə qeyd edir ki, “Zaman” anlayışı onsuz da özlüyündə çətindir, üstəlik, müxtəlifbaxış
bucaqları onu qarışdırır.Amma bu problemi müqayisəli şəkildə öyrənməyə çalışanlar daha
böyük çətinliklərlə üzləşirlər. Onlar bəyan etməyə məcburdular ki, müxtəlif dillər eyni vaxtı
nəinki müxtəlif cür ifadə edir, həm də zamanın özünün müxtəlif konstruksiyalarını yaradır, onu
fərqli şəkildə təmsil edir.
Zamanın linqvistik təcəssümünün tədqiqi üçün təbiət elmlərinin məlumatlarının
öyrənilməsi aktual və vacibdir. Məsələn: zaman fəlsəfədə kosmos və hərəkətlə ayrılmaz şəkildə
bağlı olan materiyanın mövcudluq formalarından biri kimi müəyyən edilir, fizikada zaman
məkanla vəhdətdə zamanın bütün mümkün anlarında cisimlərin bütün mümkün mövqelərinin
məcmusudur, mədəniyyətşünaslıqda zaman ən mühüm mədəni koordinantdır, onun köməyi ilə
insanlar reallığı dərk edir və onların şüurunda mövcud olan dünya modelini qurur [1, s.37].
Dildə zaman maraqlı təqiqat obyektidir, ona görə də təəccüblü deyil ki, temporallığı ifadə
edən leksik vasitələrlə bağlı bir çox cəhətlər artıq dilçilərin diqqətini cəlb edib. Dilçilik elmində
zaman leksemləri sahə təşkili baxımından müəyyən qədər təfərrüfatı ilə tədqiq edilmişdir.
D.Q.İşçuk, V.V.Morkovkina, A.P.Klimenko, N.A.Potaenko, E.V.Terexova və başqaları zamanın
semantik sahəsinin və onun daxilindəki müxtəlif qrup və alt qrupların öyrənilməsinə fərqli
yanaşmalar (məntiqi semantik, funksional, psixolinqvistik və s.) təqdim edir. Bu əsərlərdə zaman
mənasının müxtəlif cəhətləri fərqləndirilir. Temporallığı ifadə edən leksik vasitələr , zaman
mənasının özü və zaman sahəsinin həcmi müxtəlif cür şərh olunur.
Zaman mənası daşıyan leksik vahidlər bütün dünyagörüşünün əsasını təşkil edən xalqın
mədəniyyətini dərk etməyin əsas vasitəsidir. Zaman anlayışının etnomədəni şərtliliyi
linqvokultrologiya çərçivəsində atalar sözləri və frozoloji vahidlər vasitəsilə çatdırılır. Temporal
məna daşıyan sözlərin müqayisəli aspektə öyrənilməsi öyrənilən dillərin hər birinin
linqvokulturologiyasını ən aydın şəkildə əks etdirir. Türk dillərində temporal leksikanın tədqiqi
eyni zamanda, zəngin türk mədəniyyətini, etnoqrafiyasını, tarixi leksikasını öyrənməyə imkan
verir. Türk dillərinin genoloji qohumluğu, müasir türk dillərinin eyni kök dildən törəməsi həmin
dillərin temporal leksikasının da bənzərliyinə səbəb olur.
Azərbaycan dilçilik elmində linqvistik problemlərin öyrənilməsində mühüm nailiyyətlər
əldə edilmişdir. Bununla belə, Azərbaycan dilçiliyində hələ də tədqiqata cəlb edilməmiş, tam
öyrənilməmiş problemlər qalmaqdadır. Bunlardan biri də spesifikliyi ilə diqqəti cəlb edən,