Xarici dillərin tədrisində istifadə olunan motivasiya növləri 125
Mənfəət motivi – gələcəkdə dil bilməyin onun üçün faydalı tərəflərini dərk etdikləri üçün
öyrənməyə maraqla yanaşırlar.
Bilik motivi – xarici dilin yeni təcrübələr əldə etmək üçün öyrənilməsini əks etdirir.
2. İctimai motivlər – cəmiyyətdə qəbul edilən dəyərləri fərdin dərk etməsini təmin edir. Belə
tələbələr cəmiyyətdə öz mövqeyini qorumaq və sosiallaşmaq üçün xarici dil öyrənməyə ça-
lışırlar [7].
Motivasiya ilə bağlı mövcud araşdırmalarda psixoanalitik təsəvvürlər də geniş yer tutur.
Burada qeyd edilir ki, insanların davranışı erkən uşaqlıq yaşlarında formalaşır və zamanla onlar
dəyişikliyə uğramadan aşkara çıxarılır [6, s.132]. Yəni, tələbələrdə formalaşan bu davranışlar
onların erkən yaşlarında mövcud olan sabit motivlər nəticəsində üzə çıxır.
Ümumiyyətlə, psixoanalitik tədqiqatlarda uğur əldə etmək üçün motivasiyanın formalaşdı-
rılmasının 4 əsas amili müəyyənləşdilir:
1. Uğur əldə etməyə çalışmaq – uğursuzluqdan qorxmadan məqsədlərin üçün cəhd etmək;
2. Özünümüşahidə;
3. Hədəfləri müəyyənləşdirmək;
4. Şəxsiyyətlərarası dəstək [7, s.134].
Müasir metodikada isə uğur motivasiyası təlim prosesinin metodologiyası ilə əlaqələndirilə-
rək 6 əsas mərhələsi qeyd edilir:
1. təlim materiallarının məzmununun ön plana çəkilməsi;
2.müxtəlif təlim strategiyaları – oyunlar, tapşırıqlar və s. vasitəsilə dilöyrənənlərdə düşünmə
fəaliyyətinin formalaşdırılması;
3. uğur motivlərinin müxtəlif terminlərinin təhsilalanlar tərəfindən öyrənilməsi;
4. dilöyrənənlərin mənəvi dəyərlərinin nəzərə alınması;
5. biliklərin müxtəlif situativ proseslərdə tətbiq edilməsi;
6. müəllimin dəstəyi olmadan tələbələrin sərbəst fəaliyyətlərinin təşkil edilməsi [1, s.51].
Ümumilikdə, tələbələrin motivasiyasını artırmaq üçün istifadə edilən motivlər onların
müvəffəqiyyət qazanması və dil biliklərini təkmilləşdirməsinə kömək edəcək mexanizmləri
hazırlamağa istiqamətlənir. Tələbələrin emosional düşüncə tərzi və onların keçirdikləri hisslər
motivasiyanın formalaşdırılmasına birbaşa təsir edir və onların davranış mexanizmlərini müəy-
yənləşdirir. Bu zaman, motivasiyanın növləri təhlil edilir və tələbələri görüləcək işi yerinə yetir-
məyə təhrik edəcək vasitələr müəyyənləşdirilir. Təlim zamanı şəxsiyyəti formalaşdıran, dilöyrə-
nənləri bilik əldə etməyə istiqamətləndirən motivlərin seçilməsi dərsin səmərəli yekunlaşma-
sının ilkin şərtlərindən hesab olunur.
Məlumdur ki, tələbənin gördüyü iş üçünalacağı mənəvi mənfəət onu motivə edən başlıca
amildir. Dərsin əvvəlində dilöyrənənləri motivasiya edərək dərsə cəlb etmək onların digər
mərhələlərdə də fəal iştirakçıya çevrilməsini təmin edir. Bunun üçün motivasiyanı quran zaman
real həyatla əlaqəli məsələlərə daha çox üstünlük verilməsi təklif olunur. Belə olan halda tələbə-
lərin qeyd edəcəkləri fikirlər çoxalır və onların maraqları dərsə yönəlir. Tələbələrdə daxili moti-
vasiyanın formalaşdırılması üçün aşağıdakı təlim vasitələrindən istifadə olunması məqsədə-
uyğundur: