Publisher



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə64/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   60   61   62   63   64   65   66   67   ...   86
Filologiya 2021 2

Xudayarova Günel
 
124 
V.S.İllin isə motivasiyanın strukturunu aşağıdakı 4 komponentdən ibarət olaraq təsnif edir: 
1. vasitəli maraqlar; 
2. vasitəsiz maraqlar; 
3. idraki təlabatlar; 
4. xarici amillər [10, s.421]. 
Xarici dillərin tədrisi zamanı motivasiyanın formalaşdırılması məsələsini araşdıran 
İ.A.Zimnyaya isə bunu belə qruplaşdırır: 
1. İdraki-kommunikativ təlabatların formalaşdırılması; 
2. Təlim materiallarının öyrədici, tərbiyəedici və inkişafetdirici məzmunu; 
3. Şəxsiyyətyönümlü fəaliyyətlərin əhəmiyyətli hesab edilməsi [9, s.310]. 
Buraya idraki-kommunikativ təlabatlara ana dili ilə xarici dilin ünsiyyət vasitəsi kimi eyni 
əhəmiyyətə malik olması, təlabatlar və motivlərin ünsiyyətin yaranmasına təsiri aid edilir. Təlim 
materiallarının məzmununun öyrədici, tərbiyəedici və inkişafetdirici xarakterə malik olması 
xarici dil öyrənənlərdə motivlər formalaşdırıldıqdan sonra nəzərə alınır. Şəxsiyyətyönümlü 
fəaliyyətlər isə tələbələrin fərd kimi özünüdərkini təmin edir.
İngilis dili dərslərində şəxsiyyətyönümlü fəaliyyətlərin təşkili müəllim və tələbələrin birgə 
çalışmalarının öyrənmə və öyrətmə prosesinə təsirini əhatə edir. Burada müəllimlərlə tələbələr 
arasında qarşılıqlı fəaliyyətlərin qurulması mühüm əhəmiyyətə malikdir. Buraya aşağıdakılar 
daxildir: 

tələbələrə inanmaq və bunu onlara nümayiş etdirmək; 

təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alaraq hədəfləri müəyyənləşdirmək; 

dilöyrənənlərdə daxili motivasiyanı aşkara çıxarmaq; 

tələbələrin emosional xüsusiyyətlərini nəzərə alaraq təlim zamanı onlara səmimi 
münasibət göstərmək. 
Qeyd etmək lazımdır ki, bu barədə geniş araşdırmalar aparılır, müəllimlərlə təhsilalanların 
fəaliyyətlərində motivasiyasının müxtəlif növlərinin təsirləri ilə bağlı fərqli fikirlər bildirilir. 
Metodoloji ədəbiyyatlarda motivasiya probleminin həlli istiqamətində müxtəlif fikirlərin 
təhlilinə ilk dəfə bioloji impulslar nəzəriyyəsində rast gəlinir. Bioloji impulslar nəzəriyyəsinə 
qədər deyilən fikirlərdə motivasiyanın formalaşdırılması yalnız bioloji təlabatlar və ətraf mühitin 
təsiri ilə əlaqələndirilir [5].J.C.Richards və T.S.Rodgers təlim zamanı motivlərin təsir gücünü 
araşdırırlar. Onların fikrincə, geniş-idraki motivlər geniş həcmli materialların dərk olunmasına 
təsir etsə də, onlar təlim-idraki motivlərlə müqayisədə daha az təsirə malikdirlər. Müəlliflər qeyd 
edir ki, xarici dil təlimi zamanı utilitar-praktik motivlər digər motivlərlə müqayisədə daha çox 
təsirə malikdirlər. Onlar təlim motivlərini bu baxımdan iki cür şərh edirlər: 
1. Təhrikedici motivlər – müxtəlif məqsədləri həyata keçirməyə istiqamətləndirir.
Apelt bu təlim motivlərinə aşağıdakıları daxil edir: 

Müəllim motivi – tələbələr müəllimin rəğbətini qazanmaq üçün xarici dil öyrənirlər. 

Valideyn motivi – valideynlərini qururlandırmaq üçün dilöyrənənlər ingilis dilini 
öyrənməyə çalışırlar. 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin