Xudayarova Günel 126
təlimi əyani vasitələrdən (şəkil, karikatura, video və s.) istifadə edərək təşkil etmək;
dərsləri kommunikasiyayönümlü təşkil etmək – açıq tipli suallar vermək;
real faktlara əsaslanan hekayələr nəql etmək;
haqqında danışacağınız müəllifin təsvirlərindən ibarət slayd tərtib etmək;
müxtəlif məzmunlu tapşırıqlar tərtib edərək tələbələrin yerinə yetirməsini təmin etmək;
dərslərdə problemli vəziyyət yaradaraq onun aradan qaldırılmasını yollarını müəyyən-
ləşdirmək.
Motivasiya qurulan zaman müəyyən çətinliklərin olması heç də prosesin uğursuz olacağını
göstərmir. Sadəcə, müəllimlər motivasiyanın formalaşdırılmasına yaradıcı yanaşmaqla bu
problemləri həll edə bilərlər. Xüsusilə, xarici dil dərslərində nitq bacarıqları zəif olan tələbələrdə
özünəinam hiss az olduğu üçün dərslərə diqqətsiz yanaşa bilərlər. Lakin, təlim zamanı
dilöyrənənlərin idraki proseslərinin hərəkətverici qüvvələrini nəzərə almaqla fəaliyyətlər təşkil
etmək onların dərsə olan marağını artıracaqdır. Əgər, təlim bilik və bacarıqların əldə edilməsi
üçün müəllim və tələbələrin qarşılıqlı əməkdaşlığını təmin edirsə, təlim motivasiyası onları
produktiv idraki fəaliyyətə təhrik edərək bu münasibətin uğurla nəticələnməsini həyata keçirir.
Motivasiyanın növlərinə diqqət etdikdə onların hər birinin formalaşdırılmasının ingilis
dilini öyrənmək üçün xüsusi əhəmiyyətə malik olduğunu müşahidə etmək olar. Əgər, xarici
motivasiya daha çox dərsdənkənar fəaliyyətlər vasitəsilə formalaşırsa, daxili motivasiya birbaşa
təlim prosesi ilə əlaqədardır. Daxili motivasiyanın formalaşdırılması birbaşa müəllimin
öhdəçiliyinə düşür. Burada təhsilalanların maraqları və təlabatları təhlil edilməklə onları
təhrikedici motivlər müəyyənləşdirilməli və dil biliklərinin təkmilləşdirilməsi təmin edilməlidir.
ƏDƏBİYYAT: 1.
Alschuler A.S., Tabor D., Mc Intire J. Teaching achievement motivation. Middletown: Conn, 1970
2.
Gardner R.C. Social Pyschhology and Second Language Learning: the Role of Attitudes and Motivation. London:
Arnold, 1985
3.
Harmer J. The Practice of English Language Teaching. Fifth editition. England: Pearson Education Limited, 2015,
446 p.
4.
http://ijbssnet.com/journals/Vol_3_No_24_Special_Issue_December_2012/24.pdf
5.
https://www.researchgate.net/publication/7543629_Impulse_and_Constraint_Perspectives_From_Personality_Psy
chology_Convergence_With_Theory_in_Other_Areas_and_Potential_for_Integration
6.
Mc Clelland D.C. What is the effect achievement training in the school? – Teachers College Record.V.74(2) , 1972,
p.129-145
7.
Richards J.C., Rodgers T.S. Approaches and Methods in Language Teaching. Cambridge: Cambridge University
Press, 2001, 270 p.
8.
Емельянова Н.А. Формирование оптимальной мотивации овладения иностранным языкам студентами
неязыкового вуза, дисс.канд.псих.наук. Нижний Новгород, 1997, 232 с.
9.
Зимняя И.А. Педогогическая психология: Уцебное пособие. Ростов н/Д.:Издво, Феникс, 1997, 480 с.
10.
Ильин Е.П. Мотивация и мотивы. СПБ: Питер, 2000, 508 с.
11.
Чхартишвили Ш.Н. Мотивачионная структура учения//Актуальные психолого-педагогицеские проблемы
обучения и воспитания. Минск, 1973