Publisher


Keywords: Medieval, Poetry, Azerbaijani Literature, XIII-XVI Century, Lyrics.  СРЕДНЕВЕКОВАЯ АЗЕРБАЙДЖАНСКАЯ ЛИТЕРАТУРА. КЛАССИЧЕСКОЕ ПОЭТИЧЕСКОЕ



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə68/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   64   65   66   67   68   69   70   71   ...   86
Filologiya 2021 2

Keywords:
Medieval, Poetry, Azerbaijani Literature, XIII-XVI Century, Lyrics. 
СРЕДНЕВЕКОВАЯ АЗЕРБАЙДЖАНСКАЯ ЛИТЕРАТУРА. КЛАССИЧЕСКОЕ ПОЭТИЧЕСКОЕ 
МЫШЛЕНИЕ 
РЕЗЮМЕ 
Средневековая азербайджанская литература, которая охватывает XIII-XVI века в исторический период, 
занимает особое место в нашей истории. Несмотря на сложную социально-политическую ситуацию, наша 
литература, которая сохраняет свое значимое положение, отличается преобладающим развитием социально-
философского содержания, художественного языка и поэтического стиля в этот исторический период. 
Возрожденная влиянием xуруфизм и суфизма, эта эпоха была более запоминающейся, чем религиозно-
идеологическое наследие родного языка, народного духа, борьбы, художественного выражения национальной 
морали, мирских тенденций и воплощения человеческих идей. В это время наша классическая поэзия, 
руководствуясь художественными и философскими идеями, смогла выразить чувства людей, радость, грусть, 
гнев, любовь и ненависть, веру и убеждения, смог открыто выразить свои профессии и выдержку. 
Средневековье, поэзия, азербайджанская литература, XIII-XVI века, лирика. 
Ədəbiyyat tarixinə nəzər salsaq görərik ki, bu tarix həqiqətən də maraqlı, keşməkeşli, daima 
yenilənən, rəngarəng və yaddaqalan bir tarixdir.Ədəbiyyat tarixini bizə aydın göstərə bilmədiyi 
qaranlıq və dumanlı dövrlərdə doğulmuş, zaman-zaman inkişaf etmiş, müxtəlif şəkillərdə, 
müxtəlif tərzlərdə təkamül edə-edə bizim dövrə gəlib çatmışdır.Həyat həqiqətlərinin obrazlı 
inikasını təcəssüm etdirən bədii ədəbiyyat söz mövcud olduğu gündən bu çağa qədər 


Leyla Mahmudova
 
128 
keşməkeşli yol keçmiş, onu yaradanların dünyagörüşünü, meyl və maraqlarını, arzu və 
istəklərini poetik nümunələrdə yaşatmışdır. Bədii ədəbiyyatın tarixini, onun xalqın və 
ümumiyyətlə, bəşər cəmiyyətinin tarixi inkişafı ilə bağlılığını öyrənib şərh edən ədəbiyyat tarixi, 
hələ yazılı ədəbiyyat mövcud olmadığı dövrlərdən indiki dövrə qədər xalq yaradıcılığından 
qaynaqlanan bədii ədəbiyyatın zəmanəmizə qədər keçdiyi böyük, mürəkkəb tarixi inkişaf 
yolunu elmi surətdə işıqlandırmış və işıqlandırmaqdadır. 
Ədəbiyyat tarixi keçmişdə yaranmış ədəbi abidələrin təsviri deyil, bəlkə həmin əsərlərlə 
birlikdə onlara əsaslanaraq xalqın mənəvi aləminin, ictimai mübarizəsinin tarixini izləmək 
deməkdir. Müxtəlif dövrlərdə ayrı-ayrı hadisələrə cavab verən bədii əsərlər xalqın hislərini, 
sevincini, kədərini, qəzəbini, məhəbbət və nifrətini, inam və əqidəsini, məslək və dözümlülüyü-
əks etdirdiyi, zəmanəsinin əks sədası olduğu üçün onların vasitəsilə xalqın duyğu və 
düşüncələrinin tarixini izləyirik.(1, səh.4 ) 
Ədəbiyyatımızın tarixi inkişafı bir sıra elm xadimlərimiz tərəfindən tədqiq edilmiş, bu 
tədqiqat ətrafında tutarlı əsərlər yazılmış, elmi araşdırmalar aparılmışdır. “Azərbaycan 
ədəbiyyatı tarixi 7 cilddə”,Y.Qarayevin “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər”, В.Əh-
mədovun “XX əsr Azərbaycan ədəbiyyatı tarixi 3 cilddə”,B. Şəfizadə “Azərbaycan ədəbiyyatı 
tarixi”,E. Əlibəyzadə “Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər)”.“Azərbaycan 
Ədəbiyyatı tarixi 6 cilddə”, Y.Babayevin “Azərbaycan Ədəbiyyatı tarıxı”, Ə.Səfərli Azərbaycan 
“Ədəbiyyatı tarixi” və sairə bu sahədə yazılmış qiymətli əsərlər bu araşdırmaların tutarlı 
nəticələridir.Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi 
təsnifatı adlı məqaləsində tarixi dövrləşməni tədqiq edərək yazır ki, Azərbaycan ədəbiyyatı 
tarixinin dövrləşdirilməsinin müasir konsepsiyası üçün müəyyən edilmiş meyarlar ədəbiyya-
tımızın çoxəsrlik tarixində baş vermiş ictimai-mədəni və ədəbi-tarixi prosesslərin reallıqlarını, 
keçilmiş inkişaf yolunun özünəməxsusluqlarını obyektiv şəkildə özündə əks etdirməyə imkan 
yaradır. Ədəbi-tarixi proseslərin reallıqları dedikdə isə Azərbaycan ədəbiyyatının təbii 
məntiqindən, daxili təkamülündən doğan sənət idealları ilə xalqın müxtəlif dövrlərdəki 
ümummilli ideallarının dialektik əlaqəsi, sintezi və vəhdəti nəzərdə tutulur. Bu üzvi əlaqə nəzərə 
alınmadan milli ədəbiyyat tarixinin inkişaf yolunun obyektiv dövrləşdirilməsini müəyyən etmək 
çox çətin olar. Qeyd olunan prinsiplər Azərbaycan ictimai-mədəni fikrinin və ədəbiyyatının 
əsrlər boyu keçdiyi inkişaf yolunun ana xətlərini və başlıca məzmununu, əsas inkişaf 
istiqamətlərini özündə əks etdirir. Burada hər hansı bir kənar ideologiyanın diqtəsi ilə təklif 
olunan meyllər özünə yer almamışdır. Akademik tarixi dövrləşmə mərhələlərinin təsnifatını 
verərək mövzunu daha da konkretləşdirir. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin