Orta dövr Azərbaycan ədəbiyyatı. Klassik poetik təfəkkür 131 Epik şerin inkişafı da bu dövdə danılmazdır. Bu dövrdə həm fars dilində həm də ana dilin-
də çoxlu sayda epik poeziya örnəkləri yaradılmışdır. Epik şeirin yüksəlişində istər kəmiyyətcə,
istərsə də keyfiyyətcə ciddi yüksəliş baş verdi.Əgər Xətayi və Füzulinin poemalarının dəyərini,
ədəbi-tarixi meydanımızdakı yerini nəzərə alsaq, mənzərənin nə olduğunu uğurlu, könülaçan
olduğunu təsəvvür edə bilərik.(7, səh.325)
Belə nəticəyə gələ bilərik ki, öz məxəzini qədim dövür ədəbiyyatından götürmüş Orta əsrlər
Azərbaycan ədəbiyyatı qədim dövrlə erkən yeni dövr arasında etibarlı bir bağ qurmuş, yeni
dövür ədəbiyyatın inkişafına isə etibarla rəvac vermişdir.İctimai-fəlsəfi lirikanın üstün səviyyəyə
yüksəldiyi XIII-XVI əsir Azərbaycan poeziyası özünəməxsus spesfik, mürəkkəb bir inkişaf yolu
keçərək yüksək təkamül nöqtəsinə çatmışdır.Hürufizm və sufizm cərəyanlarının təsiri ilə
canlanan bü dövür, ana dili, xalq ruhu, mübarizə əzmi, milli mənəviyyatın bədii ifadəsi,
dünyəvilik meylləri və bəşəri ideyaların təcəssümü ilə dini-ideoloji cərəyanlardan da
bəhrələnərək unudulmaz irsi daha da yadda qalan etmişdir.
Beləliklə, türk-müsəlman ədəbi mühitində, Şərqdə və Qafqazda XIII əsrdə İzəddin Həsən-
oğlu ilə başlanıb, XVI əsrdə Məhəmməd Füzuli şeiri zirvəsinə qədər yüksələn anadilli Azərbay-
can ədəbiyyatı tanınmış, özünü isbat etmiş və şöhrət qazanmışdır. Orta əsrlər Azərbaycan ədə-
biyyatı çoxəsrlik ədəbi fikrimizin tarixinə anadilli ədəbiyyat epoxası kimi daxil olmuşdur. XIII-
XVI əsrlərdə bütövlükdə Azərbaycanda anadilli ədəbiyyatın bütün oturuşmuş sistemi forma-
laşmışdır.
ƏDƏBİYYAT SİYAHISI. 1.
Əlyar Səfərli, Xəlil Yusifli. Azərbaycan Ədəbiyyatı Tarixi Bakı-2008 “Ozan”nəşriyyat, səh4
2.
525-ci qəzet 2017. 9 dekabr. İsa Həbibbəyli
3.
Poetika, izm elmi jurnalı, 2017-ci il 26 dekabr nəşri İsa Həbibbəyli
4.
Azərbaycan Klassik Ədəbiyyatından Seçmələr II cild Şərq-Qərb Bakı 2005
5.
Azadə Rüstəmova. Seçilmiş Əsərləri iki cilddə, I cild,Bakı-elm 2014
6.
Ədəbiyyat Nəzəriyyəsi. Rəhim Əliyev, Bakı – 2008
7.
Azərbaycan Ədəbiyyatı Tarixi. Yaqub Babayev(XIII-XVIII əsrlər), Bakı 2014