Publisher


ПРЕПОДАВАНИЕ ХУДОЖЕСТВЕННЫХ ТЕКСТОВ НА УРОКАХ АНГЛИЙСКОГО ЯЗЫКА В ВУЗАХ



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə73/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   69   70   71   72   73   74   75   76   ...   86
Filologiya 2021 2

ПРЕПОДАВАНИЕ ХУДОЖЕСТВЕННЫХ ТЕКСТОВ НА УРОКАХ АНГЛИЙСКОГО ЯЗЫКА В ВУЗАХ 
АЗЕРБАЙДЖАНА В СООТВЕТСТВИИ С ДЕЯТЕЛЬНОСТНО-ОРИЕНТИРОВАННЫМ ПОДХОДОМ 
(АКСИОННЕЛЬНИЫЙ ПОДХОД) 
РЕЗЮМЕ 
В статье рассматриваются вопросы обучения художественному тексту в соответствии с деятельностно-
ориентированным подходом к успешному обучению английскому языку. Учебные задания готовятся в рамках 
проектной педагогики, что позволяет проводить ориентированное на результат обучение художественному 
тексту. Культурное мероприятие, организованное по теме, утверждается на основе опыта, позволяющего 
успешно представить художественный текст. Делается вывод о том, что в первую очередь преподаватели 
должны побуждать учащихся к изучению оригинальных текстов и создавать основу для организации обучения. 
Отмечается, что разработанная дидактическая модель служит для формирования междисциплинарного и 
межкультурного обмена художественного текста в соответствии с деятельностным подходом. 
Kлючевые слова
: обучение, аксионельныйподход (деятельностный подход), проект, задача, художествен-
ный текст 
İngilis dili dərslərində proqramlar, əsasən bədii mətnin tədrisinə həsr olunmuş bir neçə 
mətn verilməklə linqvistik aspektlərin öyrənilməsinə istiqamətlənib.Universitet mühitində 
orijinal materiallar vasitəsilə tədris olunan linqvistik səriştə leksik, fonetik və sintaktik, eləcə də 
mədəniyyət və mədəniyyətlərarası səviyyədə daha çox bilik və bacarıq əldə etməyi nəzərdə 


Fəaliyyətyönümlü yanaşmaya (aksionel yanaşma) uyğun olaraq Azərbaycan universitetlərində
ingilis dili dərslərində bədii mətnlərin tədrisi
 
133 
tutur.Bu zaman bədii mətnin tıdrisi ikinci plana keçir. Bu məqalədəədəbiyyatın dillərin-
mədəniyyətlərin tədrisindəki yeri və bədii mətninaksionel yanaşmaya (fəaliyyətyönümlü 
yanaşma) görə tədrisini necə təşkil etmək məsələləri tədqiq olunur. 
“Bədii mətn” dövrü, cəmiyyəti, dili, mədəniyyəti, əks etdirir”. [4, s. 23] 
Bu isə, dil dərslərində bədii mətnlərdən istifadənin aktuallığını göstərir. Bədii mətnlərin 
tədrisi ənənəvi üsullara qayıtmaq deyil, aksionel yanaşma- fəaliyyətyönümlü yanaşma vasitəsilə 
tədrisi yenidən canlandırmağa zəmin yaradır. 
Dillər üçün Ümumi Avropa İstinad Çərçivə (CERF) (Avropa Şurası, 2001) sənədiAvropada 
dil tədrisi üçün istinad sənədidir. Onun müəllifləri dilin tədrisi zamanı, fəaliyyətyönümlü 
yanaşmayauyğun olaraq vəzifə bölgüsünə müvafiq tapşırıqları yerinə yetirməyi tövsiyə edirlər. 
CERF “resurs” kimi qəbul edilən bədii mətnləri təkcə estetik deyil, tərbiyəvi, əxlaqi, emosional 
cəhətdən dəyərləndirir və dil və mədəni məqsədlər üçün əvəzsiz mənbə olduğunu ön plana 
çəkir.[3, s 47] 
Beləliklə, Çərçivə sənədi bədii mətnə tapşırıq şəklində yanaşaraq statusu yenidən 
müəyyənləşdirir. Müəllimin qarşısına qoyduğu məqsədə uyğun olaraq verilmiş nəticəyə nail 
olmaq üçün nəzərdə tutduğu hər hansı bir fəaliyyət məqsədi vəzifə kimi müəyyən edilir. [3, s 
16].
Avropa Çərçivə Sənədi “dildən estetik və ya poetik istifadəyə” çağırır [3, s 35]. Bədii 
mətnlərtələbənin 
xüsusilə 
də, 
yuxarı 
kurs 
tələbələrinin 
həyata 
keçirə 
biləcəyi 
"fəaliyyətlər/tapşırıqlar" üçün dəstək kimi istifadə olunur, çünki onlar təhsil layihəsi çərçivəsində 
oxumaq, anlamaq və yazma ilə əlaqələndirilir.Biz didaktik modelimizdə bunu təqdim edəcəyik .
Puren [8, s. 132] tapşırığın və ya mikro tapşırıqların mümkün icrası kimi gördüyü təhsil 
layihələrinə tələbələri cəlb eməyi tövsiyə edir: "Sosial fəaliyyət perspektivi tələbələr 
arasındadaha böyük muxtariyyəti nəzərdə tutan real layihələrə üstünlük verir. Bu da layihənin 
tətbiqəkömək etdiyni vurğulayır (learning by doing)Riçer [9, s. 39]. Tələbə bu zaman bilik 
prosesinin aktyoruna çevrilir. O, bilik və bacarıqlara layihələrin həyata keçirilməsi yolu ilə 
yiyələnir və beləliklə, onun mədəniyyətlərarası ünsiyyət bacarıqlarınınvə öyrənmək üçün 
bacarıqlarının inkişafı təmin olunur. 
Tələbələrin bədii mətnlərlə bağlı maraq və ehtiyaclarını təhlil etmək məqsədi ilə III kurs 
tələbələri ilə bədii mətnintədrisinin necə təşlil olunduğu və effekti ilə bağlı anket sorğusu 
keçirdik. Sorğuda 24 tələbə iştrak etdi. Sorğunun nəticələrinə görə tələbələrin əksəriyyəti əmək 
bazarında təklif olunan imkanlara görə maraq dairələrini ifadə etdilər. 20 nəfər ingilis dilinə, 4 
nəfər isə, ingilis bədii əbiyyata marağını qeyd etdi. Göründüyü kimi, bədii mətnlərlə bağlı nəticə 
aşağı səviyyədədir. 
İkinci sual bədii mətnin öyrənilməsinin çətinlikləri ilə bağlı idi. 18 tələbəoxuzamanı 
məzmunun leksik cəhətdən başa düşülməsinin çətin olduğunu və sualların çox mürəkkəb 
olduğunu qeyd etdi. Yazıçıların, şairlərin və onların əsərlərinin adlarını çəkmək tələb olunan 
suala cavabda isə, demək olar ki, bütün tələbələr dərslikdə verilən müəlliflərlə bağlı məlumat 
yazdılar. 
Sualların təhlili bədii ədəbiyyata və mütaliəyə həvəsin olmadığını açıq şəkildə göstərdi. On 
ikitələbə oxumağı sevmədiklərini söylədi; 7tələbə ümumiyyətlə sualları tam cavablandırmadı. 
İyirmi dörd tələbədən 5 tələbə mütaliəyə maraq göstərdiyini qeyd etdi, çünki onların 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin