Publisher


Key words: time, vocabulary, temporal, linguistics, research  GİRİŞ



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə56/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   52   53   54   55   56   57   58   59   ...   86
Filologiya 2021 2

Key words:
time, vocabulary, temporal, linguistics, research 
GİRİŞ:
Zaman və insan ta qədimdən fəlsəfi problemlər sahəsinə aid olan mövzulardan 
olmuşdur. Zaman məkanla yanaşı, hər bir mədəniyyətdə dünyanın özünəməxsus xüsusi 
modelini quran məntiqi ilkin parametrdir. T.V.Toporova görə insan həyatının cərəyan etdiyi 
sərhədləri təşkil edən və bununla da bütün digər kateqoriyaları-taleyi, qanunu, ictimai quruluşu 
müəyyən edən məkan və zamandır. “Zaman” anlayışı milli-mədəni mənsubiyyətindən asılı 
olmayaraq insan dünyasının sadəlövh mənzərəsində müvcuddur. N.Y.Şvedova dilin semantik 
çərçivəsini və bununla da ən mücərrəd səviyyəsini təşkil edən 20 ümumi semantik kateqoriya-
dan (animasiya, hərəkət, vəziyyət, obyekt, ölçü, yervə s.) biri kimi zamanın adını çəkir. 
Zaman minilliklər boyu daim filosoflar və müxtəlif elm sahələrinin nümayəndələri 
tərəfindən ən fərqli xüsusiyyətlərinə əsasən araşdırılan universal kateqoriyadır.Zamanın bir 
tədqiqat obyekti kimi konseptuallaşdırılması bir çox elmi fənlərin maraqlarına təsir göstərir: 
fizika,riyaziyyat, fəlsəfə, dilçilik, sosiologiya, biologiya, psixologiya, mədəniyyətşünaslıq və s. 
Çoxaspektli təbiəti, fərqli yönlərdən təhlil və araşdırılma xüsusiyyətlərinə görə zaman 
kateqoriyası elmdə daim diqqət mərkəzində olan mühüm məsələlərdən biri kimi tədqiqatçıların 
diqqətini həmişə cəlb etmişdir. Zaman bir çox elm sahələrində tədqiq edilmiş və indi də 
edilməkdədir. Hətta müxtəlif elm sahələrinin nümayəndələri tərəfindən fizioloji zaman, kimyəvi 
zaman, bioloji zaman, geoloji zaman, sosioloji zaman, tarixi zaman, iqtisadi zaman, bədii zaman 
kimi xüsusi zamanların mövcud olduğu qeyd edilir. Obyektiv aləm və obyektiv aləmdə mövcud 
olan, yalnız irəliyə doğru hərəkət edən mütləq zamanın vahidliyi, reallığı və dönməzliyi, demək 
olar ki, hər kəs tərəfindən qəbul olunmuşdur. Bununla yanaşı bir çoх elm sahələrində zaman 
problemi kəskin şəkildə qoyulur və hər bir obyektini, hər bir sistemin özünəməхsus zamana 
malik olması fikri tədricən qəbul olunur [2, s.9]. 
ƏSAS HİSSƏ:
Türk dillərinin lüğət tərkibi çox zəngindir. Türk dillərinin lüğət fondunda 
mühüm yer tutan qatlardan biri də temporal leksikadır. Temporal termini latın mənşəli tempus 
“zaman” sözündən yaranmışdır. Dilçiliyə bu termin funksional qrammatikaların yaranması ilə 
bağlı gətirilmişdir. Funksional qrammatika nəzəriyyəsinə görə, dildə müxtəlif semantik sahələr 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin