Komanda koordinasiyası – "Salam! Yenicə tamamladığım bu təqdimat yazısını sosial mediada daha çox kütləyə təqdim etməyimdə kömək edə bilərsiniz?”
"Düşünürəm ki, bu bizim ilk əməkdaşlığımız olacaq!"
Məzmun marketinqi bütün marketinq kampaniyalarında rast gəldiyimiz bir təməldir. Saytınızda unikal məzmun yayımlamaq üçün kontent marketinq mütəxəssisləri ilə, cəlbedici illustrasiyalar yaratmaq üçün UX dizaynerlər ilə, bu məzmunları yayımlamaq üçün mövcud platformanızı daha da yaxşı vəziyyətə gətirməsi üçün veb developerlərlə əməkdaşlıq etməyiniz hər zaman uğurlu addım hesab edilir. Həmçinin dostluq-əməkdaşlıq nəticəsində ərsəyə gələn faydalı, unikal və cəlbedici məzmunu sosial platformalarda da yayımlanması üçün hədəf kütlənizin yer aldığı qrup və səhifələrlə əməkdaşlıq edə bilərsiniz.
Bunlarla yanaşı daha da nəzərəçarpan nəticələr əldə edə biləcəyiniz və daha asan olan üsullar da var.
Yuxarıda qeyd olunanlar qeyri-maddi üsullardır. Lakin indi maddi olanlardan bəhs edəcəm.
Sayt trafiki əyani və ən vacib olan nüanslardan biridir. Mükəmməl məzmun yaratmaq daha çox insanın saytınıza daxil olmasına səbəb olacaq. Bu isə şirkət, məhsul və ya xidmətlə bağlı daha çox insanın məlumatlanması və daha çox müştəri deməkdir.
Məzmunun SEO üçün nə qədər əhəmiyyətli olmasından çox danışa bilərik. Yəni bu faydalar sayılmayacaq qədər çoxdur. Bir sözlə, mükəmməl məzmun sizin haqqınızda “Google”a müsbət siqnallar ötürür. Google məzmunu incələyir, saytınızla bağlı daha çox müsbət məlumatlar əldə edir. Nəticədə isə axtarış sıralamasında saytınız üst sıralarda görünməyə başlayır.
Təbii ki, axtarış sıralamalarında ilk səhifədə görünmək üçün yalnız mükəmməl məzmun kifayət etmir. Əlavə olaraq çoxlu faktorlar da var. Bu barədə SEO mövzuları ilə bağlı bloqlarımda danışmışam. Bu faktorlarla bağlı siyahı olduqca uzundur. Amma əsas bir sual yaranır:
Məzmun olmasa, axtarış motorları üçün nələr optimallaşdırılacaq?
Əlbəttə ki, mümkündür! Əgər davamlı şəkildə böyük həcmli, daha çox resurs və insan əməyi tələb edən məzmunlar yayımlamaq imkanınız yoxdursa, o zaman qısa, amma olduqca faydalı məzmunlar yaradın. Hər zaman qeyd etmişəm, əsas məsələ məzmunun həcmi yox, nə qədər fayda verməsidir. Əgər qısa məzmun belə hədəf kütlənizə fayda verirsə, o zaman doğru yoldasınız. (A.Abbasbəyli, “Beynəlxalq münasibətlər nəzəriyyəsinin praqnozlaşdırılmasının nəzəri problemləri”, Bakı – 2007. (səh. 56))
Biz məzmunun kral olduğunu nə qədər çox desək ki, marketinq sahəsində çalışan bir çox əməkdaşlar bunu sübut etməkdə çətinlik çəkirlər. Çünki əksər insanların məzmun marketinqi olaraq düşündüyü məzmun növləri – bloq yazıları, hər hansısa təlimatlar və bu kimi məzmunlar marketinq strategiyasında kölgədə qalır.
Lakin yadda saxlamaq lazımdır ki, insanların sizi tapmasına kömək edən məzmundur. Bu yazıda marketinq strategiyasında məzmunun yeri ilə bağlı da bir neçə məlumatı sizinlə bölüşəcəm.
Başlıqda qeyd edilən sualın cavabını tapmağa davam edək.
Əgər qərarverən şəxs məzmun marketinqi ilə bağlı məlumatlı deyilsə, o zaman inandırmaq çətin olacaq. Amma mümkünsüz də deyil!
Qarşınızdakı şəxsə məzmun marketinqin önəmini sübut etmək istəyirsinizsə, o zaman bu barədə - məzmun marketinqin faydalarından danışarkən onların diqqətini çəkməlisiniz. Yəni izahınız maksimum inandırıcı və bir o qədər də məlumatlandıcı olmalıdır.
Qərarverən şəxsin məzmun marketinqinə dair olan gözləntilərindən, nəticələrdən danışarkən səmimi olun.
Markanı formalaşdırırmı?
Sosial platformalardakı addımlarınıza təsir edirmi?
Auditoriyanız böyüyürmü?
Qeyd edilən sualların cavablarına doğru və səmimi cavab versəniz o zaman qarşınızdakı şəxsi də məzmun marketinqin faydalarına inandırmış olarsınız.
Həmçinin rəqiblərinizi analiz edib “Onlar da bunu edir” deyərək nəticələrini göstərə bilərsiniz. Lakin bu zaman önəmli olan məsələ rəqiblərin etdiyini etmək deyil. Önəmli olan qərarverən şəxsə məzmun marketinqinin nə qədər önəmli olduğunu isbatlayıb fərqli strategiya üzərindən işə başlamaqdır.
İndi isə əsas suala gələk: məzmun marketinqi biznesim üçün doğru qərardırmı?
Əlbəttə ki, bəli. Unutmayın ki, məzmun hər nə qədər bəsit görünsə də, daha çox müştəri əldə etməyinizə səbəb olan ən əsas amillərdəndir. Dolasıyıyla məzmun marketinqi də qazandıracaq marketinq qoludur. Ona görə də bu mövzu ilə bağlı daima araşdırmalar etmək, oxumaq və tətbiq edib nəticələri izləmək lazımdır. (A.Abbasbəyli, “Beynəlxalq münasibətlər nəzəriyyəsinin praqnozlaşdırılmasının nəzəri problemləri”, Bakı – 2007. (səh. 60))
Ədəbiyyat siyahısı
A.Abbasbəyli, E.Nəcəfov, “Beynəlxalq münasibətlər nəzəriyyəsi”, Bakı – 2007.
A.Abbasbəyli, “Beynəlxalq münasibətlər nəzəriyyəsinin praqnozlaşdırılmasının nəzəri problemləri”, Bakı – 2007.
https://mktg.az/10-addimda-kontent-hazirlanmasi/
Dostları ilə paylaş: |