3. Rəqabəti dəyərləndirin – Seçdiyiniz mövzüda təkçə birbaşa rəqiblər yox, digər şirkətlər də kontent paylaşacaqlar. Öz kontentinizi hazırlayandan qabaq bu mövzülardaki kontenti analiz edin. Hansı postlar nə qədər effektivdir? İzləyicilər daha çox hansı kontentə rəğbət göstərir, hansı həştəqləri izləyirlər? Əksik gördüyünüz məqamlar hansıdır? Hansı güclü cəhətlərdən istifadə edə bilərsiz? Daha çox bəyənilən paylaşımların sirri nədir? Bütün qeydlərinizi alıb növbəti mərhələyə keçin.
4. Kontent strategiyanızı müəyyən edin – Strategiya “Necə?” sualına cavab verir. Kontentinizi izləyicinizlə necə paylaşacaqsız? Kontentin forma və şəkilləri necə olacaq – daha çox şəkil, video yoxsa sözlü paylaşım? Brend olaraq ünsiyyət tərziniz,danışıq tonunuz, müraciət qaydanız necə olacaq? Sizi rəqiblərdən fərqləndiricək hansı xüsusiyyətiniz var? Kontent hazırlanması işinə başlayandan qabaq bunları müəyyən etmək olduqca vacibdir, çünki izləyiciləriniz sizi məhz buna görə tanıyacaq.