2.10 addımda kontent hazırlanması
Kontent hazırlanması işi çətindir, gözəl (oxu keyfiyyətli) kontent hazırlamaq isə olduqça çətindir. Amma mümkünsüz deyil. Dahi kontent hazırlamaq üçün nə dahi yazıçı, nə də peşəkar tərcüməçi olmaq lazım deyil. Bu yazıda siz 10 addımda yüksək keyfiyyətli kontentin hazırlanma qaydası ilə tanış olacaqsız. (A.Abbasbəyli, E.Nəcəfov, “Beynəlxalq münasibətlər nəzəriyyəsi”, Bakı – 2007. (səh. 30))
1. İzləyicinin dərdini öyrənin – İzləyicinin diqqətini çəkəcək kontent hazırlamaq üçün onun dərd-sərini bilmək lazımdır. Dərd deməklə sadəcə neqativ mənanı nəzərdə tutmuram – ümumi mənada izləyicinin maraq və istəkləri, düşüncə və meylləri, problem və ehtiyacları, bir sözlə onu yatandan qabaq düşündürən, gecə yatmağa qoymayan nədirsə öyrənin. Bu məlumatı necə əldə etmək olar? İzləyicinizi dinləməklə. Dinləmək həm üzbəüz söhbət şəklində də ola bilər, həm də internetdə, sosial mediada yazdıqlarını, izlədiklərini, oxuduqlarını, paylaşdıqlarını izləməklə.
Dostları ilə paylaş: |