Q ərbi Kaspi Universiteti SƏRBƏst iŞ TƏLƏBƏ: kafedra


Türkiyə Cümhuriyyətinin daxili quruculuq məsələləri



Yüklə 71,95 Kb.
səhifə2/2
tarix16.05.2023
ölçüsü71,95 Kb.
#114243
1   2
türk xalqları

Türkiyə Cümhuriyyətinin daxili quruculuq məsələləri
Anadolunun türkləşməsindən sonra Anadoluda yaranan və sonra genişlənən türk dövlətçiliyinin tarixidir. İlk iki əsrində Səlcuqlular, XIII əsrin sonlarından isə Osmanoğullarının siyasi idarəçiliyi ilə davam edən bu dövlətçilik 1923-ci ildən başlayaraq Cumhuriyyət şəklində mövcuddur. Kiçik Asiyada bir çox mədəniyyət və qədim dövlətlər yaranmış, burada birbaşa və ya dolayısı yolla dünyaya təsir edəcək böyük güc mərkəzləri meydana gəlmişdir. Səlcuqlar XI əsrdə Bizans İmperiyasını çökdürən və bu ərazilərdə böyük kök salıb, regionu dünyanın ən böyük mədəni, elmi və siyasi mərkəzlərindən birinə çevirmiş ilk türk sülaləsidir.

Cumhuriyyət dövrü


  • 1923-1924-cü illər - Türkiyə Cümhuriyyətinin elan olunması. Paytaxt Ankaraya köçürülür. Anayasa (Konstitusiya) qəbul olunur.

  • 1925-1935-ci illər - Mustafa Kamal (Atatürk) bütünlükdə türk cəmiyyətində köklü islahatlar həyata keçirir. Çox arvadlılıq, ənənəvi geyimlərin geyinilməsi (fəs - Osmanlı imperiyasının nişanəsi) qadağan olunur. Avropa hüquq sisteminə keçid, mütləq ailə nikahının bağlanması, Qreqorian təqvimi, bazar gününün istirahət günü elan olunması tətbiq olunur. Din hökumətdən ayrılır, ərəb əlifbası ləğv edilərək latın əlifbası tətbiq olunur. Qadınlara seçmək hüququ verilir. Bütün vətəndaşlar soyadı daşımağa başlayır və Mustafa Kamala parlament Atatürk (Türklərin atası) soyadını verir.

  • 1938-ci il - Atatürkün ölümü. Hakimiyyət Atatürkün silahdaşı olan və II dünya müharibəsində Türkiyəni birtərəf elan etmiş İsmət İnönüyə keçir. Yeganə qərar verən siyasi partiya Cümhuriyyət Xalq Partiyası (Atatürkün partiyası) olur.


İkinci Dünya müharibəsi başlayanda Qərb dövlətləri SSRİ ilə Almaniyanı Türkiyə vasitəsilə toqquşdurmağa çalışırdılar. Buna görə də Türkiyə sovet hökumətinə qarşılıqlı yardım haqqında müqavilə imzalamağı təklif etdi. SSRİ bu müqavilə vasitəsilə Fransa və İngiltərə ilə əlaqə yarada bilərdi. Lakin özünü bitərəf elan edən SSRİ bu təklifi rədd etdi. O, əvəzində Türkiyəyə Qara dəniz və boğazlar rayonunda qarşılıqlı yardım haqqında ikitərəfli saziş təklifini irəli sürdü. Türkiyə isə bu təkliflə razılaşmadı. 1939-cu il oktyabrın 19-da, İkinci Dünya müharibəsinin başlanmasından bir ay sonra Türkiyə İngiltərə və Fransa ilə qarşılıqlı yardım haqqında hərbi müqavilə imzaladı.


Yüklə 71,95 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin