Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Fitosenoz (fito-bitki, senoz-qrup, cəmiyyət) –



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə410/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   406   407   408   409   410   411   412   413   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Fitosenoz (fito-bitki, senoz-qrup, cəmiyyət) – 
bitki qrupu. Təbii fitosenoz – davamlı 
çoxnövlü bitki qrupu. 
Generativ dövr –
qönçələmə fazasının başlanğıcından toxumun tam yetişməsinə qədər olan 
dövr. 
Generativ indeks –
generativ dövrün davamlılığının vegetativ dövrün davamlılığına nisbəti. 
Xam məhsul –
mövcud məhsulun təsərrüfatda (rayon, vilayət, ölkə) ümumi istehsalı (dən, 
kartof). 
Xora – 
biçildikdən yaxud otarıldıqdan sonra bitkinin yerüstü hissəsinin inkişafı (zoğ əmələ 
gəlməsi). 
Kövşən (kövşənlik) –
taxıl biçən maşınla yaxud kombaynla, biçindən sonra kök üzərində 
saxlanılan dənli bitkilərin gövdələrinin aşağı hissəsi. 
Kövşənlik bitkiləri –
növbəli əkinlərdə dənli bitkilərin yığımından sonra səpilən bitkilər. 
Qarışıq səpin –
iki yaxud bir neçə bitkilərin səpin qabağı toxumları qarışdırılır, yaxud eyni 
tarlada iki dəfə bir-birindən asılı olmayaraq (müstəqil) səpin aparılır (ikinci bitki səpilən zaman 
cərgələrin yerləşməsi və cərgə aralarının eni nəzərə alınmır). 
Qeyri-müntəzəm mühit amili –
insanın tənzimləyə bilmədiyi amillərin parametri. 
Qida elementlərinin məhsulla aparılması - 
bir ton əsas və əlavə məhsulla (küləş və s.) 
tarladan mineral qida elementlərinin aparılması.
 
Qida elementlərinin maksimal sərfi –
vahid əmtəəlik məhsulun yaranmasında iştirakı edən 
qida elementlərinin ən çox miqdarı. 
Qismən tənzimlənən amillər –
məhdud ərazidə tənzimlənməsi mümkün olan yüksək enerji 
tutumlu yaxud qeyri-kafi səmərəli aqrotexniki üsullar, amillər (fitosenozda havanın nəmliyi və s.). 
Qışadavamlılıq –
qış dövründə bitkilərin kompleks əlverişsiz şəraitə dözməsi. 
Laboratoriya cücərmə qabiliyyəti –
hər bir bitki üçün dövlət standartına uyğun təyin 
edilmiş, müəyyən dövr ərzində normal cücərti verən toxum faizlə. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   406   407   408   409   410   411   412   413   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin