Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları -4



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə22/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   18   19   20   21   22   23   24   25   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Tapşırıq və yoxlama sualları -4
1. Simbiotik və assosiativ azotfiksasiyanın (azotun təsbit olunması) üstünlükləri və 
çatışmazlıqlarını göstərin. 
2. Sizə 
Rhizobium
cinsinin hansı bakteriya növləri məlumdur? Onlar hansı bitkilərə 
uyğunlaşmışlar? 
3. Rhizobium ştamlarının spesifikliyinin mahiyyəti nədən ibarətdir? 
4. Rhizobium ştamlarının fəallığı nə ilə müəyyən edilir? 
5. Səpinqabağı toxumların yoluxdurulması hansı hallarda həyata keçirilir? 
6. Hansı paxlalı bitkilərə neytral reaksiyalı, hansılara turş və zəif turş torpaqlar tələb olunur?
7. Hansı torpaq nəmliyində ən böyük simbiotik aparat formalaşır və nəyə görə? 
8. Qranulometrik tərkibinə görə paxlalı bitkilər üçün hansı torpaqlar daha yaxşı hesab edilir? 
9. Hansı paxlalı bitkilər daha yüksək, hansılar isə daha aşağı torpaq temperaturuna dözürlər? 


24 
10. Nə üçün azotla avtotrof qidalanmaya nisbətən simbiotrof qidalanma zamanı bitkinin 
fosfora tələbatı yüksək olur?
11. Turş torpaqlarda simbiozun fəal getməsi üçün molibdenli gübrələrin tətbiq edilməsinin 
zəruriliyini əsaslandırın. 
12. Atmosfer azotunun simbiotik yolla təsbit olunmasında bor elementinin əhəmiyyətini 
danışın. 
13. Hansı orqanizmlər kök yumurcuqlarına zərər vura bilər? Onlara qarşı mübarizə 
tədbirlərini danışın. 
14. Paxlalı bitkilərin mineral və bioloji azotla qidalanmasında antaqonizmin mahiyyəti nədən 
ibarətdir? 
15. Atmosfer azotunun simbiotik fəal təsbit olunmasının proqnoz meyarını göstərin.
16. Atmosfer azotunun simbiotik təsbit olunmasının fəal gedişini tarla şəraitində necə 
yoxlamaq olar? 
 
 
FƏSİL 5. GÜBRƏLƏMƏ SİSTEMİNİN BİOLOJİ MEYARI
Məlumdur ki, həyat amilləri minimum və maksimum miqdarda olduqda bitkilərdən məhsul 
almaq mümkün olmur. Ən çox məhsul həyat amili optimal miqdarda olduqda alınır. Bu qanuna 
(optimum qanununa) uyğun olaraq bitkinin potensial məhsuldarlığı yalnız hər bir qida elementinin 
optimal miqdarda təmin olunması zamanı real ola bilər

Bir halda ki, torpaq növləri kimyəvi 
tərkibinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir (pH-a, ayrı-ayrı mineral qida 
elementlərinin miqdarına, mənimsənilə bilən qida maddələrinin miqdarına görə və s.), o vaxt 
formalaşmış bitki müxtəlif pH və ayrı-ayrı elementlərlə təmin edilməyə tələbat göstərir. Hər bir 
bitki yaxud bitki qruplarının potensial məhsuldarlığı reallaşdırmaq üçün öz optimal pH
duz 
dərəcəsi 
vardır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin