Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə19/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   15   16   17   18   19   20   21   22   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

nitrogenazanın
tərkibinə daxildir. Digər 
elementlərlə yanaşı olaraq (Fe, Co, Cu) dəyişkən valentli oksidləşdirici-reduksiyaedici ferment 
reaksiyası elektronların köçürülməsi zamanı vasitəçiliyə xidmət edir. Molibden turş torpaqlarda az 
hərəkətli halda olur, belə torpaqlarda səpin qabağı paxlalıların toxumları ammonium molibdenatla 
(1 hektarlıq toxum normasına 20-50 qr Mo) işlənilir. Gübrə normasını artıran zaman fır (yumurcuq) 
bakteriyalarının inkişafı təzyiqə məruz qalır, simbiozun aktivliyi aşağı enir. Neytral və qələvi mühit 
reaksiyalı torpaqlarda molibden mütəhərrik vəziyyətə keçir və paxlalı bitkilərin molibdenli 
gübrələrə ehtiyacları olmur. Beləliklə, simbiotik aparatın ölçüsünü və fəallığını artırmaq üçün turş 
torpaqlarda molibdenli, neytral torpaqlarda isə borlu gübrələrin tətbiq olunması zəruridir.
Simbiotik sistemin fəallığına bioloji amillər müəyyən təsir göstərir. Xüsusilə, kök ətrafı (üstü)
mikroflora onun növ tərkibindən asılı olaraq fır bakteriyalarının inkişafına təzyiq göstərir yaxud 
təkan verir. Yumurcuqların içərisində fır bakteriyalarının hüceyrələrinə bakteriofaqlar əhəmiyyətli 
dərəcədə ziyan gətirərək onların əriməsinə (lizis) səbəb olurlar. 
Müxtəlif növ həşəratlar içərisində yumurcuqlara daha çox sərt və zolaqlı yumurcuq 
uzunburununun süfrələri zərər vuraraq yumruların içərisi ilə qidalanırlar. Bu zərərvericilərin 
miqdarı çox olduqda demək olar ki, yumurcuqları tamamilə məhv edirlər. Uzunburunlara qarşı 
süfrələrin torpaqdan çıxışı dövründə bitkilərin mühafizəsi üçün kimyəvi vasitədən müvəffəqiyyətlə 
istifadə edilir.
Yumurcuqlara müxtəlif paxlalı bitkilərin kök ətrafında qidalanan nematodlar da böyük ziyan 
vururlar. Məsələn, noxudun kök ətrafı zonasında 47 növ nematod müəyyən edilib, o cümlədən 25-i 
tüfeyli (parazit) həyat keçirənlərdir. Bu nematodlar fırların içərisinə girərək onları məhv edirlər, 
nematodların bəziləri fırların əmələ gəlməsini tamamilə boğurlar. Nematodlarla əsas mübarizə 
tədbiri növbəli əkindir. 
Beləliklə, paxlalı bitkilərlə fır bakteriyalarının hava azotunu müştərək təsbit etməsi üçün 
müəyyən kompleks şərait tələb olunur. Hər bir zonanın öz amil həddi var: məsələn: torpağın yüksək 
turşuluğu, torpağın nəmliyi, bəzi torpaqların fosforla kifayət qədər təmin olunmaması, neytral və 
qələvi mühitli torpaqlarda bor elementinin, turş torpaqlarda isə molibdenin çatışmaması. Bəzi 
bitkiləri (soya, lüpin) ilk dəfə hər hansı bir ərazidə becərmək üçün fır bakteriyalarının (
rhizobium

müvafiq ştamlarının olmaması amilidir. Buna görə də, əgər simbiotik əlaqə üçün kompleks əlverişli 
şərait yaratmaq mümkün deyilsə, onda simbiozun fəallığı aşağı olur, hava azotu az (15-30 kq/ha) 
mənimsənilir, yaxud o tamamilə mənimsənilmir. Bitki bu halda azot aclığı çəkir (hiss edir) və aşağı 
məhsul verir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin