Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Mineral və bioloji azotun antaqonizmi



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə20/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   16   17   18   19   20   21   22   23   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Mineral və bioloji azotun antaqonizmi.
Əlverişli şəraitdə dənli-paxlalı bitkilər atmosfer 
azotunun hesabına bir hektardan 3 tona qədər toxum, 12 tona qədər üçyarpaq və 14-15 tona qədər 
quru yonca otu formalaşdıra bilər. Bu zaman dənli-paxlalı bitkilər 150-200 kq, yonca, sürünən 
üçyarpaq 300-400 kq-a qədər atmosfer azotunu mənimsəyir. Mövcud halda azot gübrəsinin 
verilməsi faydasızdır. Mineral azot bioloji azotun təsbit olunmasını boğmaqla təsbit olunan hava 
azotunun miqdarını aşağı salır və məhsuldarlığı yüksəltmir (cədvəl 5). Dənli-paxlalı bitkilərdə dən 
məhsulunun azalması istiqamətində hətta davamlı ideya (tendensiya) nəzərə çarpır, eyni zamanda 


22 
vegetativ kütlənin toplanması artır, hərçənd o riyazi yolla sübut olunmamışdır. Yoncada quru ot 
məhsulu bir qədər yüksəlir, lakin bu gübrəyə çəkilən xərci ödəmir. Bundan əlavə çoxillik paxlalı 
otlar altına azot gübrələrinin verilməsi zamanı ayrı-ayrı bitkilər bir bərabərdə inkişaf etmirlər, 
əkinlərin seyrəlməsi güclənir, tarlada uzun ömürlülük azalır. 
Əfsuslar olsun ki, kənd təsərrüfatı praktikasında hər hansı mühit amilləri simbiotik əlaqə üçün 
əlverişli ola bilmir, hava azotu az mənimsənilir yaxud o tamamilə mənimsənilmir, bitki aşağı 
məhsul verir. Bu halda azot gübrəsi vermək lazımdırmı? Bu suala birmənalı cavab vermək olmaz. 
Onu dənli-paxlalı bitkilər qrupu misalında müzakirə edək.
Hava azotunun müştərək təsbit olunmasının başlanğıcına kimi dənli-paxlalı bitkilər altına 
hektara 20-30 kq azot gübrəsinin start normasının tətbiqinin tövsiyə olunmasına elmi ədəbiyyatlarda 
tez-tez rast gəlmək mümkündür. Start azot nəzəriyyəsi vegetasiya təcrübələrinin qum kulturasında 
qoyulduğu dövrdən yaranıb, burada bitki üçün yeganə azot mənbəyi toxumdur. Təmiz qumda bu 
normalar həqiqətən bitkilər üçün yardım etmək rolunu oynayır. Tarla şəraitində azotun təsbit 
olunmasının başlanğıcına qədər dənli-paxlalı bitkilər bir hektara 6-7 kq, lakin çoxillik paxlalı otlar 
isə 1,5-2,0 kq azot sərf edir. Bu elementin belə miqdarı hər hansı torpaqlarda daima var və bitki heç 
vaxt inkişaf fazasının əvvəlində azot aclığından məhv olmur.
Cədvəl 5 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin