Qabdulla Tukay professor Pənah Xəlilovun tədqiqatlarında Töhfə Talıbova



Yüklə 61,96 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix19.12.2023
ölçüsü61,96 Kb.
#185409
1   2   3   4   5
04.01.2021

 
29 
Comparative Literature Studies 2021, № 1 / / www.comp.lit.literature.az 
etmişdir. Bu fəsildə o, tatar ədəbiyyatının bir çox görkəmli nümayəndələrinin həyat və fəaliyyəti haq-
qında məlumat vermişdir. Müəllif daha çox Q.Tukayın yaradıcılığından bəhs etmişdir [3, s.372-376]. 
Əvvəlki əsərlərində olduğu kimi, müəllif bu əsərində də Tukaya həsr etdiyi fəsildə onun tərcümeyi-
halından qısaca bəhs etdikdən sonra, əsas diqqəti onun yaradıcılığına yönəltmiş, onun bir şair kimi 
doğma xalqı qarşısındakı vətəndaşlıq mövqeyini belə təsvir etmişdir: “Q.Tukay bütün şüurlu həyatını 
öz doğma xalqına həsr etmiş, onun tərəqqisi, azadlıq və səadəti uğrunda çalışmışdır... 
Xalqın keçmiş və müasir həyatına dərindən nəzər salan şair onun qəhrəmanlıq ruhunu, mübari-
zə əzmini, mütilik və cahilliyini də yaxşı görürdü. O, mərdlərlə məslək dostu olub, cahil və mütilərə 
ikrah hissi ilə yanaşmışdır. Birincilər Q.Tukayda qürur oyatmışsa, ikincilər acı kədər doğurmuşdur. 
Hər iki təəssüratı əsl vətəndaş kimi yaşayan şair xalqın alqışından ruhlanmış, avaraların töhmətindən 
isə qəzəblənmişdir” [3, s.374]. 
Müəllif bu oçerkində Tukayın bir neçə şeirinin nümunəsində onun yaradıcılığına xas olan əsas 
əlamətləri göstərmişdir. O göstərir ki, “Q.Tukay xalqı elə okeana bənzədir ki, onun qasırğalı, fırtınalı 
günləri ilə yanaşı, sakit anları da vardır. Onun sevincinə şərik olan, qəm yükünə də gərək dözsün!” 
[3, s.374]. Müəllif bu fikrinin davamı olaraq, şairin “Öz xalqıma” adlı şeirini onun lirik yaradıcılığı-
nın ən qiymətli nümunəsi kimi dəyərləndirərək yazmışdır: “Doğma xalqına münasibətini bu qədər aş-
kar edən əsərlər içərisində Q.Tukayın “Öz xalqıma” adlı şeirini ən hərarətli and kimi qiymətləndir-
sək, səhv etmərik. Şair qəzəldən, adətən, öz lirik və daxili duyğularını, bəzən də elmi-fəlsəfi fikirləri-
ni ifadə üçün istifadə etmişdir. Q.Tukay qəzəl janrını ən hərarətli vətənpərvərlik lirikası səviyyəsinə 
yüksəltmişdir” [3, s.374]. 
Qabdulla Tukay böyük amallar şairi idi. O, heç zaman milli çərçivədə qapanıb qalmamış, bəşəri 
ideallar uğrunda mübarizə aparmışdır. Məqalədə də qeyd edildiyi kimi, “Xalqını, onun dilini, mədə-
niyyətini, sənət məbədini böyük məhəbbətlə sevən Q.Tukay əsl beynəlmiləlçi idi. Çünki o, milli inki-
şafa məhdud millətçilik mövqeyindən yox, Rusiyada yaşayan xalqların xoşbəxt gələcəyi və qardaşlığı 
idealı mövqeyindən baxmış, millət, milli müqəddarat pərdəsi altında öz xudpəsənd məqsədlərini giz-
lədən burjua millətçilərinin iç üzünü açmışdır” [3, s.375].
Professor P.Xəlilov bu oçerkində Q.Tukayın lirik yaradıcılığı kimi, onun epik yaradıcılığından 
da bəhs etmiş, onun “ Yeni kəsik baş” poeması haqqında qısa da olsa məlumat vermişdir. Müəllif ya-
zır ki, “Kəsik baş” dini möcüzələr mövzusunda yazılan poemadır ki, ondan ayrı-ayrı şairlər müxtəlif 
məqsəd üçün mövzu götürmüşdür. Q.Tukayın əsəri öz məzmunu etibarı ilə bir tərəfdən köhnə “Kəsik 
baş”a parodiyadır. Müəllif həmin dini əsərin möcüzələrinə, dini “müqəddəslərə” gülür, onları kəskin 
boyalarla canlandırır. Digər tərəfdən “Yeni kəsik baş” poeması müəllifin müasiri olduğu tatar həyatı-
nın rəzalətlərini üzə çıxarır. “Kəsik baş” süjeti Q.Tukayın əlində öz zəmanəsini qamçılamaq üçün bir 
vasitə olmuşdur. Köhnə əsrin məntiqinə gülmək üçün Q.Tukay poemaya müasir real həyatla bağlı 
təfsilatlar gətirmişdir” [3, s.375-376]. Məqalənin sonunda müəllif, Q.Tukayın müasiri oladuğu tatar 
həyatından poemaya daxil etdiyi süjetlərdən bəhs etmişdir. 
Professor P.Xəlilov Ali məktəblərin filologiya fakültəsinin tələbələri üçün dərs vasaitini sonra-
kı illərdə daha da təmilləşdirib, yeni əlavələrlə birlikdə yenidən nəşr etdirmişdir. Dərsliyin II hissəsi-
nə, əvvəlki əsərində yazdığı oçerkə heç bir dəyişiklik etmədən yenə də “Tatar ədəbiyyatı” fəslini və 
Q.Tukaya həsr etdiyi bölməni olduğu kimi daxil etmişdir [2, s.273-277]. 
Azərbaycan ikinci dəfə öz müstəqilliyini qazandıqdan sonra (18 sentyabr 1991-ci il) Azərbay-
canın ali tədris məktəblərində türk xalqlarının ədəbiyyatının öyrənilməsinə xüsisi diqqət ayrılmış, 
“Türk xalqları ədəbiyyatı” fənni tədris olunmağa başlamışdır. Bu tədris fənni üçün ilk dərs vəsaitini 
yazan və tədris edən yenə də professor Pənah Xəlilov olmuşdur. O, uzun illər müəllimlik etdiyi Bakı 
Dövlət Universitetinin tələbələri üçün müstəqillik illərinin əvvəllərində “Türk xalqlarının və Şərqi 
slavyanların ədəbiyyatı” adlı dərslik hazırlayıb nəşr etdirmişdir [4]. Həmin dərsliyə yenə də “Tatar 
ədəbiyyatı” fəslini daxil etmiş, Q.Tukayın yaradıcılığından geniş bəhs etmişdir [4, s.330-336]. Müəl-
lif Tukaya həsr etdiyi bölmənin əvvəllinə 1977-ci ildə nəşr etdirdiyi “SSRİ xalqları ədəbiyyatı”nın II 
hissəsinə daxil etdiyi oçerki salmışdır. Məqalənin son hissəsində müəllif Q.Tukayın Avropanın və 
Şərqin dahi söz ustalarının yaradıcılığını daim mütaliə etməsindən, türk dünyasının korifey sənətkar-
larından Xəyyam, Nizami, Füzuli, Nəvai və Məhtimqulunun bədii yaradıcılığı ilə yaxından tanış ol-


INSTITUTE OF LITERATURE NAMED AFTER NIZAMI GANJAVI OF ANAS 
www.comp.lit.literature.az / / Müqayisəli ədəbiyyatşünaslıq 2021, № 1 
30 
duğundan, Azərbaycan mütəfəkkirləri M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, N.Nərima-
nov, H.Zərdabinin yaradıcılıqlarına böyük hörmətlə yanaşdığından bəhs etmişdir [4, s.334-335]. Mə-
qaləsinin sonunda Q.Tukayın Azərbaycan mətbuatı ilə sıx əlaqədə olduğuna xüsusi diqqət yetirmiş-
dir. Onun Azərbaycanın məşhur qəzetlərindən “Şərqi rus”, “İrşad”, “Həyat” kimi qəzetlərini, xüsusən 
məşhur “Molla Nəsrəddin” satirik jurnalının daim izlədiyini qeyd etmişdir [4, s.335].
Professor P.Xəlilov bu məqaləsində Q.Tukayın M.Ə.Sabirin satirik yaradıcılığına xüsusi müna-
sibət bəslədiyindən, onadan bəhrələndiyindən, jurnalistlik fəaliyyətində “Molla Nəsrəddin”i örnək ki-
mi götürdüyündən bəhs etmişdir. Müəllif məqaləsini bu fikirlərlə yekunlaşdırmışdır: “Molla Nəsrəd-
din” və M.Ə.Sabir satirası Q.Tukay üçün örnək olmuşdur. Amma Tukayın jurnalist fəaliyyətini, sati-
ralarını yalnız ədəbi təsirə bağlamaq, Tatarıstan ədəbi mühitini nəzərdən qaçırmaq, bu mühitdə boy 
atan ədəbi qüvvələrə tarixən yanaşmamaq olmaz. Sabir və Tukay XX əsrdə ictimai-siyasi və ədəbi-
mədəni mühitin yetişdirdiyi, bir-birini tanıdıqca yaxınlaşan iki orijinal dühadır. Onların ədəbi irsi nə 
qədər müştərək olsa da, bir o qədər fərdi hadisədir” [4, s.336]. 

Yüklə 61,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin