Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə24/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

 
15.7.Se
yid Əbülqasim Xoyi 
Əbülqasim bin Əli Əkbər bin Haşim Tacəddin əl-Musəvi əl-Xoyi müasir dövrdə 
h
ədis elminin ən görkəmli nümayəndələrindən  biri  olmuşdur.  O,  miladi  tarixlə 
19.11.1889-cu ild
ə  cənubi Azərbaycanın  ən qədim insan məskənlərindən biri olan 
Xoyda alim v
ə fəzilətli bir ailədə doğulmuşdur. Onun nəsəbi VII imam Musa Kazimə 
(
ə) gedib çıxır. Kiçik yaşlarında ilahiyyat elmlərini öyrənməyə başlayan Xoyi gənc 
yaşlarında ikən İraqın Nəcəfül-Əşrəf şəhərinə təhsil üçün səyahət etmiş və oranın ən 
görk
əmli alimlərindən elm öyrənmişdir.  Onun  ustadları  arasında  Əli  əl-Kazruni, 
790
 V
əliyəddin Xətib ət-Təbrizi, Mişkatül-məsabih, II çap, c. I, Beyrut, 1399/1979, səh. 9 
791
 H
əmin mənbə, səh. 10 
[205] 
 
                                                 

M
əhəmməd  Şirazi,  Şeyxüş-şəriət  əl-İsfahani  (öl.1339  h/q),  Mehdi  əl-Məzandarani 
(öl.1342 h/q), Ziya
əddin  əl-İraqi  (1278-1361 h/q), Məhəmməd Hüseyn Qərəvi  əl-
İsfahani  (1296-1361 h/q), Məhəmməd Hüseyn ən-Naini (1273-1355), Hüseyn 
Badkubeyi (1293-1258 h/q), M
əhəmməd Cavad əl-Bəlaği  (1282-1352),  Əliağa  əl-
Qazi (1285-1366) kimi müasir ilahiyyat elml
ərinin nəhəng nümayəndələrini misal 
göst
ərmək olar.  
Seyid  Əbülqasim  tez  bir  zamanda  ictihad  dərəcəsinə  yetişmiş  və  artıq  gənc 
yaşlarında ikən fətva vermək səlahiyyətinə sahib olmuşdur. 
 
T
ələbələri 
Seyid Əbülqasimin çoxlu sayda tələbələri vardır ki, onların bir çoxu bu gün də 
h
əyatda fəaliyyət göstərirlər. Onun ən məşhur tələbələrindən aşağıdakıları göstərmək 
olar: 
1.Seyid M
əhəmməd Bağır əs-Sədr (1945-1979). 
2.Seyid Əli Hüseyni əs-Sistani (doğ.1932). 
3.M
əhəmməd Hüseyn Fəzlullah (öl.2011). 
4.M
əhəmməd Səid ət-Təbatəbai əl-Həkim. 
5.M
əhəmməd Məhəmməd Sadiq əs-Sədr. 
6.M
əhəmməd İshaq əl-Fəyyaz. 
7.Murt
əza əl-Burucerdi. 
8.Əli əl-Fəlsəfi. 
9.Əli Behişti. 
10.Cavad T
əbrizi. 
11.Hüseyn V
əhid əl-Xorasani. 
12.Sadiq Hüseyni 
ər-Ruhani. 
13.M
əhəmməd Rza əl-Xalxali və b. 
 
V
əfatı 
Seyid  Əbülqasim  əl-Xoyi  08.08.1992-ci ildə  Nəcəfül-Əşrəf  şəhərində  vəfat 
etmiş və həmin şəhərdə də dəfn olunmuşdur. 
 
Əsərləri   
Onun din elml
ərinin müxtəlif sahələrinə  aid  əsərləri  vardır.  Onlardan 
aşağıdakıları qeyd etmək olar: 
1.Möc
əmu ricalil-hədis və təfsili təbəqatir-rüvvat. 
2.Əcvədüt-təqrirat. 
3.
əl-Bəyan (əsər dilimizə tərcümə olunub). 
4.N
əfhatül-ecaz. 
5.Minhacüs-salehin. 
6.M
ənasikül-həcc. 
7.Risal
ə fi libasil-məşkuk. 
8.Tövzihül-m
əsail. 
9.
əl-Məsailül-müntəxibə. 
[206] 
 

10.T
əkmilə minhacüs-salehin. 
11.M
əbani təkmliləl-minhac. 
12.T
əliqətu ürvətil-vüsqa və b. 
 
15.8.
Əllamə Təbatəbai və “Sünənün-Nəbi” əsəri 
XX 
əsr Azərbaycan hədisşünaslığının ən görkəmli və dahi nümayəndələrindən 
biri dünya şöhrətli alim və filosof Əllamə Məhəmməd Hüseyn Təbatəbai Təbrizidir. 
O, daha çox Əllamə Təbatəbai adı ilə tanınmaqdadır. Əllamə Təbatəbai 1904-cü ildə 
Az
ərbaycanın  ən qədim mədəniyyət  ocaqlarında  biri  olan  Təbriz  şəhərində  ruhani 
ail
əsində doğulmuşdur. Bəzi mənbələrə görə, onun nəsəbi şimali Azərbaycandan olan 
v
ə şeyxülislam kimi tanınan Mirəbdülvəhhabın nəslindəndir.  
Əllamə  Təbatəbai  beş  yaşında  olarkən  anasını,  doqquz  yaşında  isə  atasını 
itirmişdir.  Yalnız  yeganə  qardaşı  Məhəmməd Həsən ilə  tək qalan Təbatəbai yetim 
qalmalarına  baxmayaraq  yaxın  qohumlarının  himayəsi  altında  böyümüşlər. O, ilk 
t
əhsilini Təbriz şəhərindəki mədrəsələrin birində almış, burada ibtidai Quran elmləri, 
fars dili v
ə  riyaziyyat elmlərinə  yiyələnmişdir.    Daha  sonralar  isə  o, öz təhsilini 
T
əbriz şəhərindəki İslam Universitetində davam etdirmiş və burada ərəb dili, kəlam 
v
ə üsuli-fiqh elmlərini öyrənmişdir. Öz təhsilini daha da təkmilləşdirmək üçün 1927-
ci ild
ə  İslam  dünyasının  elm  və  mədəniyyət mərkəzi  kimi  tanınan  Nəcəfi-əşrəf 
şəhərinə getmiş və burada on bir il qalaraq mükəmməl şəkildə əqli və nəqli elmlərə 
sahib  olmuşdur.  Böyük  bir  alim  kimi  öz  doğma  vətəni Təbriz  şəhərinə  dönən 
T
əbatəbai burada əkinçilik və ticarət işləri ilə məşğul olmuş, on il Təbrizin Şadabad 
k
əndində  yaşamışdır.  Lakin  kənddə  yaşaması  onun  elmi  fəaliyyətinə  heç bir 
maneçilik tör
ətməmiş, əksinə kənd həyatının bəxş etdiyi sakitçilikdən istifadə edərək 
irfan v
ə fəlsəfə elmləri sahəsində əsərlər yazmışdır. Onun burada yazdığı əsərlərdən 
“İnsan dünyadan qabaq”, “İnsan dünyada”, “İnsan dünyadan sonra”, “Rəsailül-ərbəə” 
v
ə digər bəzi əsərlərini qeyd etmək olar.  
İkinci dünya müharibəsi illərində rus qoşunlarının İrana daxil olması ilə Cənubi 
Azərbaycanında vəziyyətin gərginləşməsi, eləcə də yerli kommunistlərin dinə və din 
alimlərinə  qarşı  başladığı  amansız  repressiyaların  nəticəsində  Əllamə  Təbatəbai 
məcburiyyət  qarşısında  qalaraq  doğma  Təbrizi  tərk  etmiş  və  1947-ci ildə  İslam 
ilahiyyatının beşiyi sayılan Qum şəhərinə köçmüşdür. Bu illər ərzində İranın bir çox 
elmiyyə hövzələrində elmi-tədqiqat işləri və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 
II  Dünya  müharibəsi  başa  çatdıqdan  sonra  Qum  şəhərinə  yollanan  Təbətəbai 
burada  təfsir  və  fəlsəfə  dərslərini  verdiyi  elm  halqaları  yaradır.  Vaxtaşırı  Tehrana 
səfərləri ilə fəlsəfə və din elmlərinə maraq göstərən dairələrlə münasibətlər qurur, din 
əleyhdarları  ilə  girişdiyi  elmi  müzakirələr  ilə  bir  çox  insanın  hidayət  yolunu 
tapmasına vəsilə olur. 
Otuz 
beş il burada yaşayıb-yaradan dünya şöhrətli alim 1982-ci ildə elə həmin 
şəhərdə vəfat etmişdir. 
Əllamə  Təbatəbai öz dövrünün ən  tanınmış  və  ən görkəmli alimlərindən dərs 
almışdır.  Onun  müəllimləri Nəcəfi-əşərfin o dövrdə  ən böyük alimləri olublar ki, 
[207] 
 

onlardan da Mirz
ə Məhəmmədhüseyn Naini (1867-1938), Əbülhəsən əl-İsfahani və 
başqalarını qeyd etmək olar.  
Əllamə  Təbatəbainin  müasir  İslam  ilahiyyatındakı  xidmətləri  danılmazdır.  O, 
daha çox t
əfsirçi və  filosof kimi məşhurlaşsa  da,  fiqh,  hədis və  digər elmlərə  aid 
fundamental 
əsərlərin müəllifi olmuşdur. Buna görə də tədqiqatçılar onu ilahiyyatın 
bütün sah
ələri ilə  yanaşı,  təfsir, tarix, fəlsəfə, riyaziyyat və  astronomiya elmləri 
sah
əsində  də  ustad  bir  şəxsiyyət kimi xarakterizə  edirlər. Həqiqətən də  o, Qum 
şəhərinə  köçdükdən  sonra  buranın  məşhur  elmi  hövzəsində  (Hüciyyə 
akademiyasında) bir canlanma baş vermiş, burada təfsir və fəlsəfə elmlərinə yeni bir 
canlılığ və metod gətirmişdir. Əllamə Təbatəbai 1951-ci ildə Qum elmi hövzəsində 
irfan v
ə əxlaq dərslərinin təməlini qoymuş, bu elmlərin fəlsəfi mahiyyətini elmi, lakin 
sad
ə  və  başa  düşülən bir dildə  ifadə  etməklə  tez bir zamanda ətrafına  xeyli  tələbə 
toplamışdır.  
Maraqlı  faktlardan  biri  də  budur  ki,  ardıcıl  olaraq  bir  neçə  il,  payız  fəslində 
Əllamə  Təbatəbai  ilə  professor  Henri  Korben  arasında  bir  çox  alim  və  tələbələrin 
iştirakı ilə elmi diskussiyalar, fikir mübadilələri təşkil edilirdi. Yüksək mənəviyyatlı 
bir şəxsiyyətlə həqiqət axtaran elm xadimi arasında təşkil olunan fəlsəfi-teoloji, eləcə 
də  psixoloji,  sosioloji  və  digər  dünyəvi  elmlərlə  əlaqədar  aparılan  mübahisələr 
zamanı  çox  maraqlı  məsələlər  araşdırılır,  bu  görüşlər  müntəzəm  olaraq  mühüm  və 
müsbət nəticələrlə sona çatırdı. Bu elmi müzakirələr elə yüksək səviyyədə keçirilirdi 
ki,  bəlkə  də  İslamla  xristianlıq  arasında  mənəvi-ideoloji  əlaqələrin  kəsildiyi  orta 
əsrlərdən  bu  vaxta  qədər  Qərb  mütəfəkkirləri  ilə  müsəlman  alimlər  arasında  bu 
müstəvidə əlaqələr yaradılmamışdı.
792
 
Uzun  illər  boyu  prof.  Henri  Korbin  və  digər  alimlərlə  keçirdiyi  toplantılarda 
dövrün 
mənəviyyat problemlərini gündəmə gətirir, həqiqət axtarışında olan şəxslərin 
qarşısındakı çətinliklərin həllinə çalışır. Bu qəbildən olan görüşlər İslam-xristianlıq 
münasibətlərində həmin dövr üçün nadir rast gəlinən hadisə idi. 
Əllamə  Təbatəbai uzun müddət pedaqoji fəaliyyətlə  məşğul  olmuş  və  xeyli 
sayda t
ələbələr yetişdirmişdir. Onun yetişdirdiyi tələbələr müasir İslam ilahiyyatında 
öz sözünü demiş və müsəlman dünyasında kifayət qədər tanınan alim və filosoflardır. 
H
əmin alimlərdən Məhəmmədhüseyn Hüseyni  Tehrani, Mürtəza Mütəhhəri, 
M
əhəmmədhüseyn  Behişti,  Həsənzadə  Amili, Məhəmmədtəqi Misbah Yəzdi, 
M
əkarim Şirazi, Əbdülkərim Musəvi Ərdəbili, İbrahim Əmini, Əli Miyanəçi, İzəddin 
Z
əncani, Musa əs-Sədr, Cəfər Sübhani və başqalarını qeyd etmək olar. 
Əllamə  Təbatəbai  müasir  İslam  ilahiyyatında  fundamental  əsərləri ilə  tanınan 
ensiklopedik  bilik  sahibidir.  Yuxarıda  da  qeyd  etdiyimiz  kimi  o,  ilahiyyatın  bütün 
sah
ələrinə  aid dəyərli  əsərlər  yazmışdır.  Onun  yazdığı  əsərlərin bir hissəsi 
Az
ərbaycan, türk, ingilis və fransız dillərinə də tərcümə olunmuşdur. Onun yazdığı 
əsərlərdən aşağıdakıları qeyd etmək olar: 
1.“Üsuli f
əlsəfə  vəl-məzhəbil-vaqii.”  2.“Haşiyə  əla kitabil-əsfaril-ərbəə.” 
3.“Biday
ətül-hikmət.” 4.“Nihayətül-hikmət.” 4.“ər-Risalətüs-səbə.” 5.“əş-Şiə  fil-
792
 http://ar.wikipedia.org 
[208] 
 
                                                 

İslam.”  6.“Haşiyətül-kifayə.” 7.“Risalətül-vilayə.” 8.“Risalətüt-təşəyyu.” 9.“Risalə 
M
əhəmməd fi mənhəcil-İslami.” 10.“Təliqə əla kitabi üsuli-kafi.” 11.“Risalə fil-eşq.” 
12.“Risal
ə  fi hukumətil-islamiyyə.” 13.“əl-Vəhy.” 14.“Risalə  fis-sifaat.”15.“Risalə 
fil-
bürhan.” 16.“Ələl-fəlsəfətil-ilahiyyə.” 17.“əl-Quran fil-İslam.” 17.“Üsulil-əqaid.” 
18.“Üsulil-f
əlsəfətil-madiyyə.” 19.“Təliqə  əla kitabil-üsul.” 20.“Sünənun-Nəbi.” 
Xatırladaq  ki,  bu  əsəri  müəllif  hədisi-şəriflərə  həsr  etmişdir.  Belə  ki,  o,  ən  qədim 
qayna
qlardan istifadə edərək Peyğəmbərin (s) buyurduğu hədisləri bir araya toplamış 
və  onun  adını  “Peyğəmbərin  sirəsi”  qoymuşdur.  Əsər  doğma  dilimizə  tərcümə 
olunmuşdur. 21.“Təfsirül-Mizan” və s.   
Mütəfəkkirin ərsəyə gətirdiyi ən mühüm əsəri müasir dövrdə ən böyük və nəfis 
təfsirlərdən  sayılan  iyirmi  cilddə  yazdığı  “əl-Mizan  fi  təfsiril-Quran”  kitabıdır.  Bu 
əsər  indiyə  qədər  müxtəlif  dillərdə  dəfələrlə  çap  olunmuşdur.  Qədim  dövrlərdə 
yazılan təfsirlərin əksəriyyəti  müasir tələblərə cavab vermədiyi üçün ustad belə bir 
əsər yazaraq XX əsrdə İslam dünyasına misilsiz xidmət göstərmiş, onu hal-hazırkı və 
gələcək nəsillər üçün yadigar qoyub getmişdir. Əllamə Təbatəbai həmin təfsirdə yeni 
metoddan  – 
əsas etibarilə bir ayənin sair müvafiq ayələr kontekstində təfsir olunma 
üslubundan istifadə etmişdir. 
Müəllifin bu əsəri dilimizə tərcümə edilməkdədir. 
Əllamə  Təbatəbainin  “Siyərün-Nəbi” əsəri müasir hədisşünaslıqda yazılmış ən 
məşhur  əsərlərdəndir.  Bu  əsəri  müəllif hədisi-şəriflərə  həsr etmişdir.  Belə ki, o,  ən 
qədim  qaynaqlardan istifadə  edərək  Peyğəmbərin  (s)  buyurduğu hədisləri  bir  araya 
toplamış  və  onun  adını  “Peyğəmbərin  sirəsi”  qoymuşdur.  Onun  “Təfsirül-mizan” 
əsəri də adı çəkilən sahə ilə əlaqədar mühüm əhəmiyyət kəsb edir. 
 
15.9.C
əfər Sübhani və əsərləri 
XX 
əsr  Cənubi Azərbaycan  ilahiyyatşünaslığının  ən görkəmli 
nümay
əndələrindən biri heç şübhəsiz ki, Əllamə Cəfər Sübhani Təbrizidir. O, 1928-ci 
ild
ə Təbriz şəhərində alim və fəzilətli bir ailədə dünyaya gəlmişdir. O, ilk təhsilini 
ail
ə  ocağında  almış  və  ibtidai dini təhsilini Təbrizdə  Mirzə  Mahmud Fazilin 
m
ədrəsəsində bitirmişdir. Cəfər Sübhani Mirzə Mahmudun mədrəsəsində fars və ərəb 
ədəbiyyatına  aid  kitabları,  o  cümlədən Sədi  Şirazinin  “Gülüstan”  və  “Bustan”, 
“Tarixi-möc
əm”, “Nəsəbüs-sibyan”, “Əbvabül-cinan” və digər əsərlər öyrənmişdir. 
Sonralar C
əfər Sübhani ərəb ədəbiyyatı elmlərini öyrənmiş və Təbrizdəki Həsən 
N
əhvi və Əli Əliəkbər Nəhvidən qrammatikaya aid kitabları oxumuşdur. O, on yeddi 
yaşında təhsilini təkmilləşdirmək üçün Qum şəhərinə getmiş və orada üsul dərslərini 
Mirz
ə Məhəmməd Mücahidi Təbrizi və Mirzə Əhməd Kafidən öyrənmişdir. 
“Kifay
ətül-üsul” əsərini isə Məhəmməd Rza Gülpəyaqaninin nəzarəti altında mütaliə 
edib başa vurmuşdur. Bundan sonra o, təfsir, fiqh, fəlsəfə və kəlam elmlərini 
öyr
ənməyə başlamış və tez bir zamanda müəllimlərinin diqqəti-nəzərini cəlb edə 
bilmişdir. O, fəlsəfə elmini Seyid Məhəmməd Badkubeyidən və Seyid 
M
əhəmmədhüseyn Təbatəbaidən almışdır. Böyük filosof Təbatəbainin yanında 1948-
ci ild
ən 1950-ci ilə kimi, yəni iki il müddətində Molla Sədranın “Kitabül-əsfar” 
əsərini bitirmişdir. 
[209] 
 

Hal-
hazırda Qum elmi hövzəsinin böyük müctəhidlərindən olan Cəfər Sübhani 
yüzd
ən  artıq  elmi,  dini  və  fəlsəfi  əsərlərin müəllifidir.  Onun  ilahiyyatın  müxtəlif 
sah
ələrinə aid olan ona yaxın əsəri doğma dilimizə tərcümə olunmuşdur.  
Onun 
əsərləri aşağıdakılardır: 
1.“R
əsaili-fiqhiyyə.” 2. “Nizamün-nikah  fiş-şəriətil-İslamiyyətil-ğərra.” 3. 
“Nizamül-
irs fiş-şəriətil-İslamiyyətil-ğərra.” 4. “Nizamül-qəza vəş-şəhadə fiş-şəriətil-
ğərra.” 5. “Nizamül-müzaribə fiş-şəriətil-ğərra.” 6. “əl-Xums fiş-şəriətil-İslamiyyətil-
ğərra.” 7. “Əhkamüs-saum fiş-şəriətil-İslamiyyətil-ğərra.” 8. “Nəblül-vitr fi qaidəti la 
z
ərər.” 9. “əl-İtisam  bil-Kitab vəs-Sünnə. 10. “əl-Məvahib fi təhriril-məkasib.” 11. 

əl-Muxtar fi əhkamil-xiyar.” 12. “Qaidətani fiqhiyyətani.” 13. “Səbu məsailil-
fiqhiyy
ə.” 14. “Ziyaun-nazir fi əhkami salatil-müsafir.” 15. “Nizamüt-talaq  fiş-
şəriətil-İslamiyyətil-ğərra.” 16. “əl-Buluğ  və  təliyyə  risalə  fi təsiriz-zaman vəl-
m
əkan.” 17. “əl-Həcc  fiş-şəriətil-İslamiyyətil-ğərra.” 18. “əz-Zəkat  fiş-şəriətil-
İslamiyyətil-ğərra.” 19. “Əhkamüs-səfər və adabuhu.” 20. “əl-Məhsul fi ilmil-üsul.” 
21. “
ər-Rəsailil-ərbəa.” 22. “ət-Təsamuh fi ədillətis-sünən.” 23. “əl-İctihad fi ədilətis-
sün
ən.” 24. “əl-Muciz fi üsulil-fiqh.” 25. “əl-Vəsit fi üsulil-fiqh.” 26. “İrşadül-üqul 
ila m
əbahisil-üsul.” 27. “Risalə  üsuliyyə.” 28. “Üsulul-fiqhil-məqarin.” 29. 
“Risal
ətüt-tərəttüb.” 30. “Məfahimül-Quran.” 31. “ət-Tövhid vəş-şirk  fil-Quranil-
k
ərim.” 32. “Təfsire sureyi Rəd be name Quran və  əsrare  afriniş.”  33.  “Buhusül-
Quraniyy
ə  fit-Tövhid vəş-şirk.”  34.  “Təfsire-sureyi-Quran.” 35. “Təsire-sureyi-
Tövb
ə.” 36. “Təfsire-sureyi-Münafiqun.” 37. “Təfsire-sureyi-Hədid.” 38. “Təfsire-
sureyi-Hucurat.” 39. “T
əfsire-sureyi-Loğman.”  40.  “Mənşure  cavide-Quran.” 41. 
“M
əbane Tövhid əz didgahe-Quran.” 42. “Əsalte ruh əz nəzəre Quran.” 43. “Şura dər 
Quran v
ə  Nəhcil-bəlağa.”  44.  “Əhməd mövudu-İncil.”  45.  “Xatəmiyyət  əz nəzəre 
Quran, h
ədis və  Əql.” 46. “Mərəzhaye  ecaz.”  47.  “Bürhane  risalat.”  48.  “Şunaxte 
sifate-
Xoda.” 49. “Aşinaye ba üsule İslam.” 50. “Cəhan beni İslami.” 51. “əl-Həyat 
v
ə məarifil-İslami.” 52. “Məade insan və cəhan.” 53. “Məsdəre vücud.” 54. “Cəbr və 
İxtiyar. 55.“Husn və qubuhi əqli.” 56. “Təvəssül.” 57. “əl-Bəda fil-Kitab vəs-Sünnə.” 
58. “R
əhbəre-ümmət.” 59. “Pişvaye əz nəzəre İslam” (İmamət və xilafət), 60. Şəfaət 
əz didgahe Quran, hədis və  əql.” 61. “Ruyətullah.” 62.“əz-Ziyarət.” 63.“Buhusül-
mil
əl vən-nihəl” (8 cilddə). 64. “Fərhənge əqaide və məzahibe İslami.” 65. “Məaş-
şiətil-imamiyyə  fi  əqaidihim.” 66. “əş-Şiə  fi məvkibit-tarix.” 67. “əş-Şiə  və  ilmül-
k
əlam abərə qurunül-ərbəa.” 68. “əl-Vəhhabiyyə fil-mizan.” 69. “Hiyə vəhhabiyyə.” 
70. “
əl-Əsmaüs-səlasə:  əl-İlah,  ər-Rəbb,  əl-İbadət.”  71.  “Əsma  və  sifat.” 72. 
“V
əhhabiyyə  məbani fikri və karname əməli.” 73. “Üsulul-fəlsəfə.” 74. “Fəlsəfeyi-
İslami və üsuli dialektik.” 75. “Nəzəriyyətül-mərifə.” 76. “Sərnəvişt əz didgahe elmi 
f
əlsəfə.”  77.  “Şenaxt  dər fəlsəfeyi-İslami.”  78.  “Fəlsəfətu  əzabud-daim.” 79. 
“Sinay
ətül-asaril-İslamiyyə.” 80. “Təhlili  əz fəlsəfeyi-Marks.”    81.  “Furuğe-
əbədiyyət.”  82.  “Furuğe  vilayət.” 83. “əl-Əimmə  isna  əşəriyyə.” 84. “əs-Sirətu-
Muh
əmmədiyyə.”  85.  “Tarixe  İslam.”    86.  “Üsulul-hədis və  əhkamuhu fi ilmid-
diray
ə.” 87. “Külliyyat fi ilmir-Rical.” 88. “əl-Qovlus-sərax fil-Buxar.” 89. “Durusul-
muciz
ə  fi ilmir-rical vəd-dirayə.” 90. “əl-Movsulətür-ricaliyyətil-meysirə.” 91. 
“M
əsaili fiqhir-rical və  mənabihi.” 92.“Tarixül-fiqhül-İslam  və  əduruhu.” 93. “əl-
[210] 
 

H
ədisun-Nəbəvi beynəd-dirayə  vər-rivayə.”  94.  “İrşadül-üqul.” 95. “Təbəqatül-
füq
əha” (14 cilddə).  96.  “Şəxsiyyəthaye  İslamiye-şiə.” 97. “Zendəgiye bozorgane-
şiə.” 98. “Siyame fərzəngan.” 99. “Rəsail və məqalat.” 100. “Rumuze piruze mərdane 
bozorg” v
ə s. 
Əllamə Cəfər Sübhani hədisşünaslığa aid altı əsərin müəllifidir. Onun yazdığı bu 
əsərlər  hədis  elminin  müxtəlif  sahələrini,  o  cümlədən  rical,  dirayə  və  s.  sahələrinə 
aiddir. Onun “Üsulul-
hədis  və  əhkamuhu  fi  ilmid-dirayə”  əsəri  hədis  elminin 
metodologiyasına aid müasir dövrdə yazılmış ən yaxşı əsər hesab olunur. Müəllif bu 
əsərinin  müqəddimə  hissəsində  dirayə  (hədis  üsulu)  elminin  tarixi  inkişaf 
mərhələlərəinə  diqqət  yetirmiş  və  bu  sahədə  ilk  əsərin  kim  tərəfindən  yazıldığını, 
məzhəb  alimlərinin  bu  mövzudakı  ixtilaflarını  və  onların  səbəblərini  geniş  şəkildə 
işıqlandırmışdır. O, dirayə elminin tərifi haqqında yazır: “Dirayə istilahda bir elmdir 
ki, onunla hədisin  mətni,  onun sənədi, nəql  olma  yolları öyrənilir,  səhihindən zəifi 
araşdırılır. Həmçinin bu elm vasitəsilə məqbul hədislər mərdud  hədislərdən seçilib 
öyrənilir.”
793
 
Alimin hədisşünaslığa aid yazdığı əsərlərdən biri də rical elmi sahəsinə aid olub 
“Külliyyat fi ilmir-
rical” adlanır. Müəllif bu əsərində üç böyük fəsil açmış, hər bir 
fəsilə ad verərək mövzu ilə əlaqəli məsələləri həmin fəsillərdə izah etmişdir. Əsərin 
bi
rinci  fəslində  rical  elminin  mənası,  ehtiva  etdiyi  mövzular,  onun  problemləri, 
ravilərin avtobioqrafiyalarının rical elmində aydınlaşdırılması yolları, rical və dirayə 
elminin oxşar və fərqli cəhətləri və bu fəslin nəticələri haqqında məlumatlar öz əksini 
tapmışdır.  
İkinci fəsildə isə rical elminə olan ehtiyac  və onun dəlillərini, etibarlı ravilərin 
xəbərlərinin  dəlil  olması,  ravilərin  daşıyacağı  əlamətlər,  yalançı  və  hədis  uyduran 
ravilər  və  onların  tanınması  yolları,  rəvayətlərin  sənədləri  və  bununla  əlaqəli 
problemlər,  alimlərin  icma  etiyi  məsələlər,  ravinin  ədalətinin  isbat  edilməsi  və 
nəhayət üç şeyxin (Nəcaşi, Tusi və əl-Kuşşi) ravilər haqqındakı şahidlikləri haqqında 
məlumatlar işıqlandırılmışdır. 
Əsərin  üçüncü  fəslində  isə  müəllif  rical  elminin  əsas  qaynaqları,  onların 
müəllifləri,  hər  bir  müəllifin  əsərində  izlədiyi  metod,  rical  və  fihrist  adlı  əsərlər 
arasındakı fərqli məqamlar, zəif ravilər və onların əhvalı haqqındakı mövzular geniş 
şəkildə tədqiq edilmişdir. 
Bunlardan başqa “əl-Qovlus-sərax fil-Buxari”, “Durusul-mucizə fi ilmir-rical vəd-
diray
ə”, “əl-Movsulətür-ricaliyyətil-meysirə”, “Məsaili fiqhir-rical və mənabihi”, 
“Tarixül-fiqhül-
İslam və əduruhu”, “əl-Hədisun-Nəbəvi beynəd-dirayə vər-rivayə” 
əsərləri də müasir hədisşünaslıq baxımından çox qiymətli və mötəbər mənbələrdir. 
 
 
 
 
 
 
793
 C
əfər Sübhani, Üsulil-hədis və əhkamuhu, səh. 14 
[211] 
 
                                                 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
[212] 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
II HİSSƏ 
 
 
HƏDİS ELMİNİN METODOLOGİYASI 
 
(
HƏDİS ÜSULU) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I FƏSİL 
 
HƏDİS ELMLƏRİNİN BÖLÜMÜ VƏ HƏDİS ÜSULU SAHƏSİNDƏ 
YAZILMIŞ İLK ƏSƏR 
[213] 
 

 
1.1.H
ədis elmlərinin təsnifatı 
H
ədis elmləri ilahiyyat elmlərinin  əsasını  təşkil  edir. Bu elm vasitəsilə 
müs
əlmanlar həqiqi mənada Qurani-kərimin doğru-düzgün mənasına və Allah dininin 
qay
ələrinə bələd olurlar. Əbəs deyildir ki, Peyğəmbər (s) başda olmaqla digər Məsum 
imamlar  (
ə) bu elmə  yiyələnməyi və  onu var qüvvəsi ilə  hifz edib digərlərinə 
öyr
ətməyi öz səhabələrinə  tövsiyə  etmişdilər. Bu barədə  mənbələrdə  kifayət qədər 
x
əbər və  rəvayətlər  vardır.  Belə  ki, həmin rəvayətlərdən bir neçəsini qeyd etmək 
h
ədisin dinimizdə mühüm əhəmiyyət kəsb etdiyini və bunun bir elm kimi öyrənilib 
öyr
ədilməsini bizə izah edəcəkdir. 
Peyğəmbər (s)  buyurub:  “Hər kəs mənim sünnəmdən üz çevirərsə,  məndən 
deyildir.”
794
 
“Allah  m
ənim sözlərimi  eşidib,  onu  olduğu  kimi  qoruyub  və  başqalarına 
öyr
ədən şəxsin üzünü ağartsın.”
795
 

Allahım, xəlifələrimə rəhmət et! Dedilər: ey Allahın Rəsulu, sənin xəlifələrin 
kiml
ərdir? Həzrət buyurdu: hədisimə  və  sünnəmə  tabe olub və  sonra  onları 
ümm
ətimə öyrədən şəxslər.”
796
 
İmam Sadiq (ə) buyurub: “Ey Füzeyil! Bizim hədislərimiz qəlbləri dirildir.”
797
 
H
əmçinin buyurub: “Ey Cabir! And olsun Allaha, bir hədis haram və halal haqqında 
s
ənə bildirirsə, Günəş çıxandan batanadək üzərinə düşən hər bir şeydən sənin üçün 
xeyirlidir.”
798
 
Yuxarıda qeyd olunan hədislərdən belə məlum olur ki, hədis elmlərini bilmədən 
h
əqiqi ilahi maarifdən xəbərdar olmaq qeyri-mümkündür. Elə  bu səbəbdəndir ki
Peyğəmbər (s)  və digər  Məsum  imamların  (ə) yaxın səhabələri onlardan eşitdikləri 
h
ədisləri möhkəm bir əzmlə qoruyaraq edərək gələcək nəsillərə ötürmüşlər. 
M
əlumdr ki, Qurani-kərim ilahi bir kitabdır və orda yer alan bütün ayələr Allah 
t
ərəfindən  Cəbrayıl  (ə) vasitəsilə  peyğəmbərimiz həzrət Məhəmmədə  (s) nazil 
edilmişdir. O elə  bir kitabdır ki, batil və  puç  əfsanələrin ona  yol tapması  mümkün 
olmayan, h
ər cür təhrif və  təbdildən uzaq və  eyni zamanda hər  bir  şeyi  açıqlayan 
sif
ətləri özündə toplamışdır. Lakin bütün bunlara baxmayaraq Quran ana prinsipləri 
g
ətirmiş, onları açıqlayıb izah etmək üçün Peyğəmbər (s) və Məsum imamların (ə) 
h
ədis və  xəbərlərinə  ehtiyac  duymuşdur. Bunun  bariz misalını Quranın ayələrində 
keç
ən bəzi hökmlərin necə  icra edilməsində  görmək mümkündür. Belə  ki, Quran 
buyurur:  
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin