7.9. Fənnin təkrar alınması və məzmunu əsaslı dəyiĢən ixtisas fənləri
7.9.1. Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət ala
bilməyən tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə akademik borcu qalır. Fənn
(fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir.
7.9.2. Almış olduğu fənlərdən akademik borcu qalan tələbə birinci növbədə akademik borcu qalan
fənləri təkrar götürmək məcburiyyətindədirlər. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı
tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir.
Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn
(fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir.
7.9.3. Seçməli dərslərdən müvəffəqiyyətsiz olan tələbələr növbəti semestrdə başqa seçməli dərs
açılarsa seçdikləri dərsi dəyişə bilərlər.
7.9.4. Bölmə tərəfindən müəyyənləşdirilən ardıcıllığı vacib olan fənlərdən müvəffəqiyyətsiz olan
tələbələr növbəti semestrlərdə bu dərslə bağlı dərsləri götürə bilməzlər. Ardıcıllığı vacib olan
dərslərin siyahısı hər bölmə tərəfindən müvafiq semestrin əvvəlində elan edilir. Ardıcıllığı vacib
olan dərslərin siyahısı bölmələr tərəfindən qeydiyyatların başlanmasından ən az 1 ay əvvəl elan
edilir.
7.9.5. Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil
müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya
bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər
qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu yönetmeliğin ələblərinə uyğun olaraq yenidən
yığmalıdır.
Dostları ilə paylaş: |