Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 11/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
7.10.1. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər
semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit
müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir.
Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar ümumi yükünün
həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin
həcmi 1,5 kreditdir. Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə,
eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin
keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
7.10.2. İxtisasın (ixtisaslaşmanın) illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı,
tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında ali təhsil müəssisəsi tərəfindən hazırlanır.
7.10.3. Müəllimlərin illik işçi tədris planı ixtisasın (ixtisaslaşmanın) illik işçi tədris qrafiki və
tələbələrin fərdi tədris planları əsasında hazırlanır.
7.10.4. Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən
məhrum edilir. Əgər həmin tələbə cari semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa,
onun təqaüdü növbəti semestrdən bərpa olunur.
Dostları ilə paylaş: