Qafqaz Universitetində Mexanika Mühəndisliyi Laboratoriyalarının



Yüklə 10,44 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix02.01.2022
ölçüsü10,44 Mb.
#2193
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
”Yeni fikir müsabiqəsi - 2014”

Qafqaz Universitetinin Texnoparkının təşkil 

etdiyi “Yeni Fikir Müsabiqəsi 2014”ün (“YFM 

2014”)  final  proqramında  gördüklərimiz   

onu deməyə əsas verir ki, Qafqaz Universite-

tinin  ölkə  Prezidenti  İlham  Əliyevin  sərən-

camından  irəli  gələn  məqsədlərin  reallaş-

dırılması baxımından böyük xidmətləri var.

İsa  Qasımov:  “QUTechnopark”  qurulduğu 

gündən  etibarən  Azərbaycanda  sahibkar-

lığın  və  sənayenin  inkişafını  dəstəkləmək, 

eləcə  də  texnoparkda  ekosistemin  inkişaf 

etdirilməsi məqsədilə müxtəlif layihələr hə-

yata keçirir.

Elvin Vəliyev: 15.05.2014 tarixində Azərbay-

can Respublikasının Prezidenti İlham Əliyev 

“Texnologiyalar parkı haqqında” nümunəvi 

əsasnaməni  təsdiq  etdi.  Bu  əsasnamədə 

qeyd olunur ki, ölkə iqtisadiyyatının davamlı 

inkişaf  və  rəqabət  qabiliyyətinin  artırılması 

texnoparkın yaradılmasının əsas məqsədlə-

rindən biridir. Eyni zamanda müasir elmi və 

texnoloji nailiyyətlərə əsaslanan innovasiya 

və yüksək texnologiyalar sahələrinin geniş-

ləndirilməsi, elmi tədqiqatların aparılması və 

yeni texnologiyaların işlənilməsi üzrə müasir 

komplekslərin  yaradılması  da  “Texnologi-

yalar  parkı  haqqında”  əsasnamənin  məq-

sədləri  sırasına  daxildir.  Bu  mənada   

“QUTechnopark”ın  (Qafqaz  Universitetinin 

Texnoparkı)  fəaliyyəti  təqdir  olunandır.  Bu 

texnoparkın  təşki  etdiyi  “Yeni  Fikir  Müsa-

biqəsi  2014”ün  (“YFM  2014”)  final  proqra-

mında gördüklərimiz onu deməyə əsas verir 

ki,  Qafqaz  Universitetinin  ölkə  Prezidenti 

İlham  Əliyevin  sərəncamından  irəli  gələn 

məqsədlərin  reallaşdırılması  baxımından 

böyük xidmətləri var.

“Zaman-Azərbaycan”a YFM haqqında ətraflı 

məlumat  verən  “QUTechnopark”ın  müdiri, 

YFM  Layihəsinin  rəhbəri,  dos.  İsa  Qasımov 

bildirdi ki, “QUTechnopark” qurulduğu gün-

dən etibarən Azərbaycanda sahibkarlığın və 

sənayenin inkişafını  dəstəkləmək,  eləcə  də 

texnoparkda ekosistemin inkişaf etdirilməsi 

məqsədilə müxtəlif layihələr həyata keçirir. 

Onun  sözlərinə  görə,  YFM  də  belə  layihə-

lərdən biridir. YFM məqsədləri haqqında da 

danışan İ. Qasımov qeyd etdi ki, əsas hədəf-

ləri  gənclər  arasında  sahibkarlıq  yanaşma-

sının inkişaf etdirilməsidir.  

Qaliblərin  mükafatlandırma  mərasimində 

çıxış  edən  münsiflər  heyətinin  sədri,  “Yeni 

Həyat” Şirkətlər Qrupunun Direktorlar Şura-

sının  üzvü  Mədət  Rüstəmov  YFM-in  Azər-

baydanda bir yenilik olduğuna diqqət çəkə-

rək, Qafqaz Universitetinə və YFM təşkilinə 

dəstək  olan  “İpək  yolu”  Sahibkarlığın  İnki-

şafına Dəstək İctimai Birliyinə və Azərbaycan 

Türk  Sənayeçi  və  İşadamları  Beynəlxalq 

Cəmiyyətinə  (TÜSİAB)  minnətdarlığını  bil-

dirdi.  O  həmçinin  qeyd  etdi  ki,  iş  dünyası 

olaraq  bu  kimi  layihələri  həmişə  dəstəklə-

yiblər.


“YFM  2014”ün  qalibi  Rəşid  Əliyevin  müsa-

biqə haqqında təəssüratlarının oxucularımız 

üçün  maraqlı  ola  biləcəyini  nəzərə  alıb, 

onunla da həmsöhbət olduq: “YFM keçən il 

də keçirilmişdi. Bəzi səbəblərdən qatıla bil-

mədim. Çox obyektiv və müsbət bir müsa-

biqədir”. Münsiflərin qiymətlərdirməsindən 

də  razı  qaldığını  dilə  gətirən  R.  Əliyev  bil-

dirdi  ki,  onlar  real  layihəni  seçdilər.  Müsa-

hibimiz onu da bildirdi ki, növbəti il YFM-ə 

elektrik  enerjisinə  qənaət  edilməsindən 

bəhs  edən  layihə  ilə  qatılacaq:  “Elektrik 

enerjisinə  qənaət  olunması  haqqında  layi-

həmin keçən il Sinqapurda təqdimatını et-

mişəm. Sadəcə, investor dəstəyi tapa bilmə-

diyim üçün o layihəni dondurdum. Növbəti 

il YFM-ə bu layihəmi təkmilləşdirib təqdim 

edəcəm.  Ümid  edirəm  ki,  bu  layihəm  də 

layiqli qiymətini alacaq”. R. Əliyev qalib la-

yihəsi  haqqında  da  ətraflı  məlumat  verdi: 

“Layihəm  texnoloji  avadanlıqlar  arasında 

materialların  kopiyalanması  işinin  yeni 

metodundan bəhs edir. Mən istənilən faylı 

heç  bir  əlavə  avadanlığa  ehtiyac  olmadan 

texnoloji  avadanlıqlar  arasında  eyni  anda 

köçürməyin  proqramını  hazırlamışam”. 

Məlumat üçün bildirək ki, “YFM 2014”-də I 

yerə “BethClip”,  II  yerə “TUNING  FORK”,  III 

yerə “Smartplane”, IV yerə “Antiviruslar.az “, 

V yerə “GriG” layihələri layiq görüldülər.




Qafqaz  Universitetinin  komandaları 

qazanmışlar.

2-ci  yerin  qalibi  isə  M.V.  Lomonosov 

adına  Moskva  Dövlət  Universitetinin 

Bakı  fili-alının  “MSU  Programmers” 

komandası olmuşdur.

Olimpiada  qalibləri  17  may  -  Dünya 

Telekommunikasiya və İnformasiya Cə-

miyyəti  Gününə  həsr  olunan  tədbirdə 

“HP”  şirkətinin  qiymətli  hədiyyələri  ilə 

mükafatlandırılmışdır.

həmişə ümumxalq bayramı kimi 

qeyd edilir. Ənənəvi olaraq Qaf-

qaz Universiteti gənclərinin işti-

rakı  ilə  ümummilli  lider  Heydər 

Əliyevin  91  illik  yubileyi  ərəfə-

sində  təşkil  olunan  və  vətənin 

gələcəyini  tərənnüm  edən  VI 

Gənclik Şənliyi təşkil olunub.

Respublikamızın  mütərəqqi  fi-

kirli, təmiz vicdanlı vətəndaşları 

çox  gözəl  bilir  ki,  Azərbaycan 

elminin, maarifinin, mədəniyyə-

tinin  inkişafı,  tərəqqisi  Heydər 

Əliyevin  adı  ilə  bağlıdır.  “Dahi 

öndərin  doğum  gününə  həsr 

olunmuş  silsilə  tədbirlər  çərçi-

vəsində  ənənəvi  olaraq  hər  il 

təşkil  olunan  şənlikdə  müstəqil 

yaradıcılıq  və  fəaliyyət  növünü 

seçmiş  klub  üzvlərinin  hazırla-

dıqları  milli  və  qardaş  xalqların 

mətbəxindən  nümunələr,  türk 

xalqlarının  qədim  sənət  nümu-

nələri,  çərpələng  uçurtma  və  s. 

əyləncələr, özfəaliyyət kollektiv-

lərinin rəngarəng çıxışları xüsusi 

yer alıb. 

Qafqaz  universitetinin  rektoru 

professor Ahmet Saniç çıxışında 

bildirdi ki, səma təmiz olduqca, 

uzaq  üfüqlər  daha  aydın  görü-

nür.  Doğma  vətənimizin  göylə-

rində  qara  buludlar  çəkildikcə 

yeni,  müstəqil  Azərbaycanımı-

zın  gələcəyi  daha  parlaq,  daha 

işıqlı görünür. Bunun üçün hör-

mətli prezidentimiz İlham Əliyev 

cənablarının ətrafında sıx birləş-

məli, öz işimiz, əməyimiz, hünə-

rimizlə  ona  yardımçı  olmalıyıq. 

Bunu bizdən xalqımızın ümum-

milli lideri Heydər Əliyevin ruhu 

tələb edir! 

Tədbirdə Qafqaz Universitetinin 

tələbələrindən  il  ərzində  keçi-

rilən  müsabiqə,  yarış  və  festi-

vallarda  müxtəlif  nominasiyalar 

üzrə  uğur  qazananlar  müxtəlif 

diplom  və  hədiyyələrlə  müka-

fatlandırılıb.

Azərbaycan! Sən əsrlər boyu ta-

rixdə adsan qazanmış şəxsiyyət-

ləri – Tomrisi, Cavanşiri, Babəki, 

Şah  İsmayıl  Xətaini  və  başqala-

rını yetişdirmisən. Sən belə tarixi 

simalardan  yenə  də  yetirməliy-

din  və  yetirdin  də!  Bu  sima  XX 

əsrin adamı, Heydər Əlirza oğlu 

Əliyev oldu. Azərbaycanın müa-

sir  tarixi  xalqımızın  ümummilli 

lideri  Heydər  Əliyevin  adı  ilə 

bağlıdır.  Bəli,  Azərbaycan  dün-

yanın  cənnət  misalıdır.  Heydər 

Əliyev də bu cənnət diyarın rə-

şadət, fədakarlıq, mərdlik, məğ-

rurluq  timsalıdır.  O,  Günəş  kimi 

təmənnasız  bir  şəxsiyyət  idi. 

Onun  həyatının  mənası  Azər-

baycan  üçün  daim  yanmaq  idi. 

Ulu öndərin anadan olduğu gün 


Yüklə 10,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin