“Universitet - iş dünyası əlaqələri”
mövzulu III Dəyirmi Masa
III Dəyirmi Masada BP, FAB Boya və Kimya
Sənayesi MMC, İpək Yolu Sahibkarlığın İnki-
şafına Dəstək İB, İTECA Caspian LLC, Qarant
Holding, Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası ASC, Deloitte, Saipem Asia,
AMEC Services Ltd, Veyseloğlu LLC, Avrora,
Koroğlu MMC kimi 12 iri miqyaslı şirkət
iştirak ediblər.
Danışıq və müzakirələr sonunda əldə
olunan nəticə və təkliflər:
1) Universitetlərdə əmək yarmarkalarının sıx-
sıx
təşkil olunması və təhsil ilə praktikanın
bir-birinə daha çox inteqrasiya olunma-
sının təmini.
2) Tələbələrin şirkət ziyarətlərinin intensiv-
ləşdirilməsi və ixtisaslı tələbələrin yetişdi-
rilməsi.
3) Müəllimlərin motivasiya olunması və tələ-
bələrin demotivasiyasının qarşısının alın-
ması.
4) Pərakəndəliyin ortadan qaldırılması və
universitetlərin müştərək şəkildə çalışma-
sını təmin etmək.
5) Avropa, Amerika və dünyanın digər köklü
universitetlərdən təcrübəli müəllim heyə-
tinin gətirilməsi və ekspertlərin təcrübələ-
rindən faydalanaraq tədris proqramları-
nın zənginləşdirilməsi və inteqrasiyası.
6) Məzunların iş həyatına hazırlanması və iş
bazarının araşdırılması və hansı sahələr
üzrə tələbatın olduğunun müəyyənləşdi-
rilməsi.
7) Tələbələrin profillərinə uyğun işlə təmin
edilməsi, təhsil və bilikdən istifadə qabiliy-
yətinin artırılması.
8) Marketinq və biznesin inkişafı sahəsində
ixtisaslı kadrların yetişdirilməsi.
9) Yerli mütəxəssislərin təhsil proqramlarına
cəlb edilməsi, peşə məktəblərinin açılması
və ixtisaslı kadrların yetişdirilməsi.
10) Universitetlərdə müəllim heyətinin və
dərs verən akademik heyətin keyfiyyəti-
nin artırılması, tədrisin keyfiyyətinin artı-
rılması və iş bazarının standartlarına ca-
vab verməsini təmin etmək.
Dostları ilə paylaş: |